Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

Gündəm / 17.03.2020 12:34

Koronavirusun yayılması ilə əlaqədar Azərbaycanda, xüsusən də sosial şəbəkələrdə müəyyən narahatlıq süni şəkildə yaradılıb və öz bizneslərində mənfəət artırmağa çalışan bəzi sahibkarlar, eləcə də təxribatçılar tərəfindən dəstəklənir.

Bunu Trend-ə "Revival Institute for Future” təşkilatının direktoru, infeksiyaçı Vadim Aristov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun yayılması məsələsi fəal müzakirə olunur:

"Ölkədə yeni, əvvəllər məlum olmayan infeksiyaya yoluxma hallar baş verəndə insanlar təhlükə, qeyri-müəyyənlik və inamsızlıq hiss edir. Onlar KİV-ləri oxuyur və öz davranışlarını daha yaxşı şəkildə dəyişməyə çalışır. Bu informasiya aclığını hökumətin və biznesin adekvat tədbirlərini nümayiş etdirməklə doyurmaq olar. Başqa sözlə, bu cür narahatlıq "mənfəət” və "insan həyatı və sağlamlığı” dəyərlərinin mübarizəsidir. Bu narahatlıq sayəsində cəmiyyət daha ehtiyatlı olur. Belə hallarda insanlara başa salmaq lazımdır ki, bu tək bir nəfərin problemi deyil, bir neçə sistemin – milli təhlükəsizlik sisteminin, səhiyyə sisteminin, korporativ təhlükəsizlik sisteminin problemidir”.

V.Aristov qeyd edib ki, Azərbaycan bir çox ölkənin etdiyi səhvləri təkrarlamayıb:

"Azərbaycan hökuməti yeni infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə bütün zəruri və təcili preventiv tədbirləri görüb. Operativ tədbirlər sayəsində koronavirusun yayılmasının qarşısını almaq mümkün olub. Bir çox ölkələrdə isə bu problemlə bağlı vacib qərarları tibb təhsili olmayan dövlət xadimləri qəbul edir. Əksər hallarda bu, humanitar və ya texniki təhsilə malik şəxslərdir. Beləliklə də, həkimlər və alimlər söz sahibi olmur. Buradan da səriştəsiz dövlət qərarları üzə çıxır”.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən bu günədək atılan addımlar müsbət nəticə verir:

"Bu gün regionda ən az yoluxma sayı məhz Azərbaycandadır. Bu da yaxşı göstəricidir. Amma bununla kifayətlənmək olmaz. Epidemiyaya müqavimət göstərməyin bir çox elementləri mövcuddur ki, onları diqqət mərkəzində saxlamaq lazımdır. İlk növbədə, bütün hökumətlər qadağa tədbirləri qəbul edir. Sözsüz ki, bu, çox vacibdir. İnsanlar daha az təmas qurduqca, yoluxma ehtimalları da azalacaq. Başqa sözlə, bəzi ölkələrdə müşahidə olunan yoluxma piki ağıllı qadağa tədbirləri sayəsində daha geniş müddətə yayılacaq və nəticədə tibb müəssisələrinə eyni anda daha az insan müraciət edəcək, beləliklə də tibb işçiləri lazımi tibbi xidmətləri daha rahat göstərə biləcək. İndi ən əsası testlər üzrə milli infrastruktur yaratmaqdır ki, infeksiyanın toxunduğu ölkələrin hökumətləri düzgün adekvat addımlar ata bilsin”.



SON XƏBƏRLƏR

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

18:57 “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

16:50 Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

15:39 Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir

13:56 Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

12:07 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

11:50 Füzulidə 14 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

11:45 Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

10:27 QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib

10:24 Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

2020-04-02

10:57 Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

10:13 Saralmış payız yarpaqlarıdır yazdıqlarım

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Product image

16:40 Bakı Şəhər Halqası Formula 1 yarışlarının ən yaxşı trasları arasındadır

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb