“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur

Mədəniyyət / 03.04.2020 18:57

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur.

Trend-in məlumatına görə, bu gün bəşəriyyətin ciddi bir təhlükəylə üzləşdiyi bir vaxtda çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün hər birimiz vətəndaş məsuliyyətini dərk edərək özünə və cəmiyyətə qarşı duyarlı olmağa, sosial izolyasiya qaydalarına əməl etməyə, mövcud resurslardan istifadə olunmaqla bu sürəci səmərəli və yaradıcı dəyərləndirməyə çalışmalıyıq. İnsanların fiziki sağlamlığının qorunması ilə yanaşı, mənəvi zənginləşməsi də böyük önəm kəsb etməkdədir.

Bununla əlaqədar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 6-16 yaş qrupuna daxil olan məktəblilər arasında "Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsini elan edir və onları bu müsabiqədə fəal iştirak etməyə dəvət edir.

Müsabiqə bədii təxəyyülə malik istedadlı məktəblilərə dəstək olmaq, onların yaradıcılığının tanıdılmasına əlavə imkanlar yaratmaqla rəssamlıq fəaliyyətini stimullaşdırmaq, eləcə də gənc nəsilləri türkdilli xalqların zəngin mədəni irsinin, qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və dünyada təbliğinə cəlb etmək məqsədini daşıyır.

Rəsm əsərləri türkdilli xalqların günümüzədək yaşadılan milli adət-ənənələrini, mərasimlərini, həmçinin Türk Dünyasının ortaq mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirməlidir.
Müsabiqədə iştirak edəcək məktəblilərin özləri barədə ətraflı məlumat (adı, soyadı, təvəllüdü, yaşadığı ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, eləcə də təsvir etdiyi kompozisiya və ya adət-ənənə haqqında ana dili və ingilis dilində qısa məlumat) əlavə edilməklə rəsm əsərləri 1 may 2020-ci il tarixinədək [email protected] elektron poçtuna göndərilməlidir. Təqdim olunan rəsm əsərləri xüsusi olaraq yaradılacaq internet saytında onlayn qaydada sərgilənəcəkdir.

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ləğv edildikdən sonra rəsm əsərləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun A.Bakıxanov 73A, Bakı şəhəri, Azərbaycan Respublikası ünvanına poçt vasitəsi ilə göndərilməlidir.
Qaliblər xüsusi diplom və mükafatlarla təltif olunacaqdır.



SON XƏBƏRLƏR

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

11:52 Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

11:40 “Tariximizin qəhrəmanlıq imzası” milli qəhrəmanlarımıza həsr olunub

10:35 Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb