“Prezident oğlunu əsgər göndərməklə məmurlara örnək göstərdi”

Siyasət / 17.09.2018 12:35

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu.

ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı "N” saylı hərbi hissəsində hərbi and içib.

Azərbaycan Milli Məclisinin deputatlarıModern.azsaytına bu dəfə Prezidentin oğlunun həqiqi hərbi xidmətə yollanmasından danışıblar.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblideyib ki, ölkə başçısının hər bir addımı hər kəs üçün nümunə olmalıdır:

"Cənab prezidentin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə yollanması hər birimiz üçün iftixar hissidir. Yaxşı olardı ki, bu, hər bir məmurumuz üçün örnək olsun”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəilk növbədə bütün həqiqi hərbi xidmətdə olan şəxslərə müvəffəqiyyətlər arzulayıb:

"Arzu edirəm ki, Heydər Əliyev də daxil olmaqla bütün əsgərlərimiz hərbi xidməti şərəflə və uğurla başa vuraraq sağ-salamat evlərinə qayıtsınlar. Cənab prezidentin nəinki dünənki addımı, onun bütün addımları məmurlar üçün örnək olmalıdır. Amma çox təəssüflər olsun ki, zaman – zaman bəzi məmurlar cənab prezidentin təqdim etdiyi, ortaya qoyduğu davranış və dözümlülük qaydalarını pozurlar. Bəzən biz harınlamış, yolunu azmış, haqdan uzaq düşmüş, özünün var-dövləti ilə öyünməyə çalışan, dövlətinə, xalqına qarşı əks mövqe tutan ayrı-ayrı məmurları görmüşük. Mən həmişə demişəm ki, yerlərdə icra başçıları, nazirlər, millət vəkilləri, məmurların hər biri cənab prezidentdən həmişə örnək götürməlidir. Məmurlar sadəliyi ilə vətəndaşlara doğru yol göstərməlidir, onların həmişə yanında olmalı və rəğbətini qazanmalıdır. Dünənki hadisə də məmurlara örnək olmalıdır”.

Deputat bildirib ki, çoxsaylı məmurlar var ki, onlar övladlarını hərbi xidmətdən yayındırmaq üçün Avropada, Amerikada təhsil almaq adı altında ölkədən çıxarıblar.

"Hələ də bu proses davam edir. Xaricdə təhsil aldıqdan sonra onların müəyyən hissəsi ölkəyə qayıtsa da, ancaq müəyyən hissəsi də guya təhsillərini davam etdirmək adı ilə hələ də Avropada və başqa ölkələrdə qalaraq, hərbi xidmətdən yayınırlar. Mən çox istərdim ki, hər bir kəs ölkə başçısının təqdim etdiyi kimi, öz övladını hərbi xidmətə yola salarkən sadə vətəndaşların arasında olsun. Və vətənin keşiyində məğrur durmağı övladına tövsiyə etsin”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasqeyd edib ki,ölkə başçısının oğlunun hərbi xidmətə yollanması təbii ki, bir nümunədir:

"Həm də getməlidir. Çünki onun da gələcəyi var. Hərbi xidmətdə olmayan şəxsin gələcəkdə inkişafı da ola bilməz. Hərbi xidmətdə olmayan şəxs gələcəkdə dövlət işində işləyə bilməz. Prezident bir nümunə göstərərək oğlunu hərbi xidmətə yollayıb”.

Deputat bildirib ki, onun tanıdığı məmurların övladlarının hamısı hərbi xidmətə gedib və ya hazırda əsgərlikdədirlər:

"Əgər çağırış yaşlı vətəndaşın səhhətində problem yoxdursa, mütləq hərbi xidmətdə olmalıdır. Türkiyədə belə bir şey var ki, hərbi xidmətə getməyənlərə qız vermirlər. Bizdə də hər bir sağlam vətəndaş hərbi xidmətə getməlidir. Bu, hər bir şəxsin vətən qarşısında vətəndaşlıq borcudur”.





SON XƏBƏRLƏR

2023-06-03

10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO

09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb

09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"

09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"

09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB

08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları