Özbəkistanda “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” rəsm müsabiqəsi elan olunub

Mədəniyyət / 23.04.2020 17:55
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsinə start verilib.

qhtxeber.az Mədəniyyət nazirliyinin saytına istinadən xəbər verir ki, sözügedən layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi "Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsini elan edib.
Müsabiqə Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir.

"Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik olan yeniyetmə və gənc rəssamların evdə qaldıqları müddətdə səmərəli vaxt keçirərək gözəl sənət əsərləri yaratmalarına sövq etmək, onların fəaliyyətini stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək, dostluq və qardaşlıq bağlarının daha da dərinləşdirməkdir.

Müsabiqədə ən çox duyğu və düşüncələrlə işlənmiş, ideya və mənaya malik, habelə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, bölgənin özəlliyi və tarixinin daha geniş əks etdirilən rəsm əsərlərinə üstünlük veriləcəkdir. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə xüsusi önəm veriləcəkdir.
Rəsm müsabiqəsində Özbəkistan və Azərbaycanın yeniyetmə və gənc rəssamları (14 yaşdan yuxarı) iştirak edə bilərlər.

Təqdim olunan rəsm əsərlərinə xüsusi Münsiflər heyəti qiymət verəcəkdir ki, buraya Azərbaycan və Özbəkistanın tanınmış rəssamları daxil edilib.
Müsabiqəyə 2020-ci ilaprel ayının 24-dənstart veriləcək, müsabiqə əsasən14-30 yaşkateqoriyası üzrə keçiriləcək.

Cari il 15 iyun tarixində yekun vurulacaq müsabiqəyə rəsmlərin fotoları, habelə əsəri çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənəd – pasportunun surəti və özü haqqında məlumat (əlaqə nömrələri, email) Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərilməlidir ([email protected]).

Rəsm əsərlərinin orginalı isə Özbəkistan tərəfdən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (Daşkənd şəhəri Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, +998 71 293 50 92, 293) ünvanına, Azərbaycan tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62, AZ1025, (+994) 12 490 84 51/52/53) göndərilməsi zəruridir.

Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsinin pul mükafatları, habelə Fəxri diplomları təqdim olunacaq.

Müsabiqə üçün göndərilən bütün rəsm əsərlərinin Azərbaycan və Özbəkistanda sərgi salonlarında təqdimatı keçiriləcək, habelə sözügedən əsərlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan ocaqlarına daimi olaraq hədiyyə ediləcək.

Bundan başqa müsabiqəyə təqdim olunmuş rəsm əsərləri və onlar haqqında məlumat, fotoşəkil Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında və Vikipediya Elektron ensiklopediyasında yaradılacaq səhifədə yerləşdiriləcək.

Müsabiqənin digər şərtləri haqqında əlavə məlumat Azərbaycan Mədəniyyət Mərkəzinin saytında (http://azculture.uz/musabiqeler.php?link=musabiqeler) veriləcək.


SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb