Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib
Siyasət / 27.04.2020 17:28

Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.
Onun sözlərinə görə, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir: "Gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hazırlanıb. Məcəlləyə təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur".
Məsələ barədə məlumat verən vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov diqqətə çatdırıb ki, bu dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır. Bununla bağlı məcəlləyə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.
Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.
Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.
Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.
Mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Ağalar Vəliyev, Məşhur Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev məcəlləyə təklif olunan vergi güzəştlərini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini veriblər.
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun səsləndirilən fikirlərə münasibəti dinlənildikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
İclasda, həmçinin "Dövlət rüsumu haqqında” qanuna biri ikinci oxunuşda, digəri isə üçüncü oxunuşda olmaqla iki dəyişiklik layihəsi, "Dövlət satınalmaları haqqında” Qanuna, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, həmçinin "Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.
2023-03-27
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları