Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Siyasət / 28.04.2020 16:49

Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, gündəliyə 4 məsələ daxil edildiyini bildirən komitə sədri Tahir Mirkişili öncə Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat barədə məlumat verdi.

Komitədə hesabatı təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğuladı ki, sənəd qanunun tələblərinə uyğun hazırlanıb. Mütərəqqi təcrübə öyrənilib, hesabatda 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, Hesablama Palatasının ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr əks etdirilib.

Qeyd edildi ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihəsi, eləcə də dövlət büdcəsinin icrasıyla bağlı Milli Məclisdən daxil olan qanun layihələrinə dair Hesablama Palatasının verdiyi rəylərdə həm icra, həm də layihə sənədləri ciddi təhlil edilib, mümkün risklər sadalanıb, problemlər göstərilib və onların aradan qaldırılması məqsədilə tövsiyələr verilib. Həmin tövsiyələrin 19-u büdcə qanunvericiliyi, 16-sı gəlirlərin inzibatçılığı, 18-i maliyyə inzibatçılığı və hesabatlılıqla bağlı olub.

Palata sədri məlumat verdi ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. İlk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilib. Ötən il Hesablama Palatası 561 nöqsan müəyyən edib. Əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular da üstünlük təşkil edib.

Vüqar Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə də məlumat verdi.

Hesabat dinlənildikdən sonra komitədə müzakirələr aparıldı. Deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Əli Məsimli, Aydın Hüseynov, Məşhur Məmmədov müsbət fikirlərini bildirdilər. Təkliflərini diqqətə çatdırdılar. İclasda iştirak edən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev fikirlərini bölüşdü.

Çıxışlarda hesabatın təqdimatındakı yeniliklər və mütərəqqi cəhətlər xüsusi vurğulandı. Komitə sədri Tahir Mirkişili çıxışları yekunlaşdırdıqdan sonra Hesablama Palatasının sədri müzakirədə səslənmiş təkliflərə münasibət bildirdi, suallara cavab verdi.

Yekunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi müsbət rəylə Hesablama Palatasının 2019-cu ildəki fəaliyyətinə dair hesabatı Milli Məclisin plenar iclasına tövsiyə etdi.

Sonra komitədə gündəlikdəki növbəti məsələlərə münasibət bildirildi. Yekdil qərarla "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında”, "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi barədə” və "1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyanın Sənaye nümunələrin mühafizəsinə dair” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri parlamentin plenar iclasına tövsiyə olundu.




SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları