“Vətəndaşlar dövlətin siyasətini dəstəkləyir, Prezidentlə həmrəylik nümayiş etdirirlər”

Gündəm / 28.04.2020 17:51
"2020-ci il başlayandan bu günə kimi bütün dünyanı qayğılandıran bir problem oldu ki, bu da məlum yeni növ koronavirusun pandemiya halını almasıdır. Əlbəttə heç bir ölkə, o cümlədən superdövlətlər belə, bu cür qəfil yaranacaq bir virusun törətdiyi fəsadlara- ağır iqtisadi, sosial böhrana hazırlıqlı deyildi. Ona görə də Azərbaycanın bu çətin vəziyyətdən daha az zərər və fəsadlarla çıxması müsbət məqamdır”.

Bunu "Palitra”ya verdiyi açıqlamada Milli QHT Forumunun regional məsələlər üzrə vitse-prezidenti Qalib Nəbiyev bildirib.

O dedi ki, pandemiya bitməsə də, indidən proqnozlaşdırmaq olar ki, Azərbaycan bu bəladan ən az itkiylə çıxan ölkələrdən olacaq: "Təbii ki, bütün bunların, hazırkı uğurlu nəticələrin arxasında düşünülmüş, dərin və ən əsası müdrik siyasət dayanır. Bəlkə də ilk gündən işlərə məsuliyyətsiz yanaşılsaydı, dünyanın əksər ölkəsinin dırnaqarası baxdığı xəstəliyə bizdə də adi baxılsaydı, indi ölkəmizdə faciəvi durum yaranmışdı. Operativ addımlar atılmasaydı nəinki iqtisadiyyatımız, səhiyyə sistemimiz çökmüşdü, dərin sosial böhran yaşayacaqdıq, kütləvi insan itkilərinin qarşısını da almaq mümkün olmayacaqdı. Bu mənada vətəndaşlarımız dövlətin hazırkı sosial-iqtisadi, eləcə də səhiyyə ilə bağlı bəlli siyasətini, tədbir və qərarlarını dəstəkləyirlər, Prezident ilə həmrəylik nümayiş etdirirlər. Biz də, vətəndaş cəmiyyəti institutu olaraq dövlətimizlə həmrəylik nümayiş etdiririk”.

Qalib Nəbiyev qeyd edib ki, son günləri sosial dəstək aksiya və tədbirləri bir daha onu göstərdi ki, dövlətimiz həqiqətən də vətəndaşın yanında olduğunu əməli işlərlə sübut edir: "Təkcə bir məqamı qeyd edim ki, son iki ay ərzində o qədər sosial dəstək tədbirləri reallaşdırılıb ki, düşünürsən lazım gəlsə dövlətimiz hətta vətəndaşların maddi durumunu, rifahını yaxşılaşdırmaq üçün son qəpiyinə qədər maddi resurslarını xərcləyib yalnız insanlarımızın maraqlarını nəzərə alacaq. Minlərlə misallar, nümunələr göstərmək olar ki, tənha yaşlılara, sağlamlıq imkanları məhdud vətəndaşlara, aztəminatlı ailələrə sosial xidmətlər gucləndirildi. Yəni, bəlkə də başqa ölkələrdə də bu tip nümunəvi sosial qayğı nümunələri, aksiya və tədbirlər var. Amma düşünmürəm ki, həmin ölkələrdə Azərbaycandakı qədər aktiv işlər görülə. İlk gündən vətəndaşlarımız sosial şəbəkələrdə də yaşı 65-dən yuxarı tənha şəxslərin dərhal nəzarətə götürülməsini alqışladılar, onlara elə öz evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işlərinin günbəgün artırılmasını təqdir etdilər.

Rəsmi statistikada 16 minə yaxın tənha yaşlıya sosial xidmətlərin göstərildiyi deyilir. Bu əlbəttə nəinki vətəndaş cəmiyyətləri tərəfindən, bütün cəmiyyətimiz tərəfindən alqışlanmalıdır!

Qısası, həqiqətən də son dövrlərdə koronavirus pandemiyası ilə əlaqədar yalnız sosial rifahın dəstəklənməsi deyil, sadalamadığmız məşğulluğun dəstəklənməsi sahəsində də görülən bu və digər tədbirlərin əhəmiyyəti böyükdür. Biz doğrudan da birlikdə güclü olduğumuzu sübut edirik və bu həmişə də belə olub!”.


SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları