“QHT-lərin karantin dönəmindəki fəaliyyəti onların uğuru kimi dəyərləndirilməlidir”

Siyasət / 28.04.2020 12:53
Ölkəmizdə koronavirusla bağlı xüsusi karantin rejiminin tətbiq edildiyi günlərdə yalnız əlaqədar dövlət qurumlarının deyil, ayrı-ayrı xeyirxah şəxslərin, özəl qurumların da imkansız, aztəminatlı ailələrə yardımları müşahidə edilməkdədir. Sevindirici haldır ki, bu məsələdə QHT-lər də öz aktivliyi ilə diqqət çəkir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının karantin müddətində həyata keçirdiyi çevik siyasət, QHT-lərin yardım kampaniyalarında iştirakını müxtəlif üsullarla təqdir və təbliğ etməsi, cəmyyətin ölkə başçısının ətrafında daha sıx birləşməsini təmin edən bir-birindən önəmli yeniliklərə imza atması və s. vətəndaş cəmiyyətlərinin yardımlaşma kampaniyalarında fəallığını təmin edib.

Maddi büdcəsinin məhdud olmasına baxmayaraq, QHT-lərin şəhid ailələrinə, işsiz və aztəminatlı aillələrə göstərdiyi yardımlar, bu ailələrə sadəcə maddi baxımdan deyil, həm də mənəvi-psixoloji baxımdan dəstək olub, onlarda sabaha ümid və inam aşılayıb. QHT-lər tərəfindən həyata keçirilən yardım kampaniyasının miqyasını təsəvvür etmək üçün bəzi faktlara diqqət yetirmək kifayətdir.
Məsələn, "Sağlamlığın Qorunması” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fondu ilə bağlı ölkə başçısına səs verməklə kifayətlənməyib, həm də Gədəbəy rayonunda 100 aztəminatlı ailəyə ərzaq yardımı göstərib, onların dolanışıq probleminin həllini təmin edib. Habelə, "Sağlamlığın Qorunması” İctimai Birliyi tərəfindən Gədəbəy rayonundakı insanların qoruyucu ləvazimatlara olan ehtiyacını qarşılamaq üçün rayona 2 min tibbi maska, əlcək, tibbi papaq və bir sıra dezinfeksiyaedici məhsullar göndərilib. Yardım məqsədi ilə ucqar rayonlarımızda olan Gədəbəyin seçilməsi, sadəcə paytaxda məskunlaşan insanlarımızın deyil, əyalətlərdəki, ucqarlardakı vətəndaşlarımızın da diqqət mərkəzində saxlanıldığını göstərir.

"Sağlamlığın Qorunması” İctimai Birliyi əhalinin koronavirus təhlükəsindən qorunması üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı maarifləndirici tədbirlər həyata keçirib, ölkənin aparıcı media orqanlarında, eləcə də sosial mediada həkim-mütəxəssislərin iştirakı ilə bu yöndə ardıcıl, sistemli iş aparıb.

"Sağlamlığın Qorunması” İctimai Birliyinin karantin dönəmində atdığı addımların təhlili QHT-lərin koronavirus və onun nəticələrinə qarşı mübarizədə bütün cəbhələrdə ciddi aktivlik və fədakarlıq sərgilədiyini göstərir.(moderator)

Moderator.az-a açıqlamasında QHT və eləcə də xeyrixah insanların bu yöndəki fəaliyyətini dəyərləndirən millət vəkili Elman Məmmədov, bu fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edib:
"Bu çətin məqamda paylaşmaq, yardımlaşmaq ənənəsini olduqca yüksək qiymətləndirirəm. Yardımlaşmaq Azərbaycan xalqına məxsus olan dədə-baba adətidir. Min illərdən bəri davam edən bu ənənə bu gün də davam edir, özünü gündəlik həyatımızın çətin dönəmlərində büruzə verir. Azərbaycan xalqı həmişə zəifə, köməksizə, ehtiyacı olana əl tutubdur. Həmin ənənə bu gün də davam edir.
Xeyirxahlıq çox gözəl ənənədir və bu ənənəni davam etdirmək lazımdır. Bu baxımdan QHT-lərin, vətəndaş cəmiyyətlərinin aztəminatlı ailələrə, işsizlərə göstərdiyi yardımları olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, vətəndaş cəmiyyətlərinin karantin dönəmindəki fəaliyyəti QHT-lərimizin uğuru kimi dəyərləndirilməlidir. Bu, onların həm də mənəvi dəyərlərimizə, adət-ənənələrimizə bağlılığını, xalqın rifahı naminə fədakarlıq göstərmək bacarığını ortaya qoydu.
Onu da qeyd edim ki, xeyirxahlıq dinimiz baxımından da təqdir edilən bir əməldir. Əgər sən evdə tox olaraq oturduğun halda qonşun acdırsa, bu, sənə başucalığı gətirən bir hal deyil. Ehtiyacı olan insanlara əl uzatmaq vacibdir. Imkanı olan hər bir şəxs öz imkanı daxilində ehtiyacı olana kömək etməlidir. Biz bu ənənəni davam etdirməli, imkansız ailələrə müansibətdə əlimizdən gələni əsrigəməməliyik ”.


SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları