Rəşad Mahmudov: Yoluxma sürətinin azalması üçün hər birimiz qaydalara əməl etməyə borcluyuq

Müsahibə / 30.04.2020 14:34

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad MahmudovunTrend-ə müsahibəsi

- Karantin qaydalarına əməl edilməməsi hansı fəsadlara gətirib çıxara bilər?

- Əvvəla onu qeyd edim ki, ilk dəfə Çinin Uhan şəhərində qeydə alınmış bu xəstəlik virusa yoluxmuş insanın öskürməsi və yaxud asqırması zamanı ətrafa yayılan tənəffüs damcıları vasitəsilə çirklənmiş səthlərə təmas və toxunma yolu ilə ötürülür. Koronavirusun yoluxma sürətinin insanlar arasında yüksək olmasına baxmayaraq, adi gigiyenik tələblərə və sosial izolyasiya tədbirlərinə riayət etməklə bu virusla uğurla mübarizə aparmaq olar. Məhz bu səbəbdəndir ki, biz həkimlər mütəmadi olaraq əhalimizə maskadan istifadənin, əlləri yumağın və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə dezinfeksiya etməyin, eləcə də sosial məsafəni qorumanın vacibliyi barədə məlumatlandırma aparırıq. Danılmaz faktdır ki, hazırda bütün dünya koronavirusla məhz bu məsələləri ön plana çəkməklə mübarizə aparır. Məhz bu səbəbdən də bizim ölkəmizdə də karantin qaydalarına riayət edilməsi çox vacibdir. Buna görə də vətəndaşlarımızı bir qədər səbrli davranaraq karantin şərtlərinə əməl etməyə səsləyirəm. Digər tərəfdən, virusun yoluxuculuq qabiliyyətinin yüksək olması karantin qaydalarına riayət edilmədiyi təqdirdə, anidən çoxsaylı insanın yoluxmasına səbəb ola bilər. Elə buna görə də əhalimizin sağlamlığı dövlətimiz üçün prioritet məsələ olduğundan karantindən çıxış üçün də mərhələli plan hazırlanır. Bu məsələdə hər birimiz diqqətli olmalı və çağırışlara əməl etməliyik. Hazırda Azərbaycan koronavirusla mübarizə sahəsində örnək göstərilən ölkələrdən biridir. Təbii ki, bu uğurda cənab Prezidentimiz başda olmaqla hər birimizin payı var. Bu baxımdan mövcud ola biləcək risklərin qarşısını almaq və bu uğurun davam etməsi üçün karantin şərtlərinə ciddi şəkildə riayət etməliyik.

- İnsanların karantin qaydalarının yumşalmasından sonra əvvəlki kimi qaydalara əməl etməsi üçün hansı işlər görülməlidir?

- Əlbəttə, bu ilk növbədə fərdi məsuliyyətimiz və bir vətəndaş olaraq ölkəmizə qarşı borcumuzdur. Çünki yoluxma sürətinin azalması üçün hər birimiz bu qaydalara əməl etməyə borcluyuq. İlk növbədə sosial məsuliyyət məsələsi təbii ki, vacibdir. Maksimum maarifləndirmə işləri davam etdirilməli, təbliğat-təşviqat kampaniyaları vasitəsilə insanlar məlumatlandırılmalıdırlar. Müxtəlif dövlət qurumlarının əlaqəli çalışması, eyni zamanda vətəndaş-dövlət birliyimizin davam etməsi bu dövrdən üzüağ çıxmağımıza səbəb olacaq.

- Koronavirus pandemiyasının ikinci dalğasının yayılma təhlükəsinin davam etdiyi bu günlərdə karantin qaydalarının yenidən sərtləşdirilməsi mümkündürmü?

- Təbii ki, bu məsələ ilə bağlı müzakirələr davam etdirilməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdəki vəziyyəti təhlil edir və ən uyğun versiyaları qiymətləndirərək seçim edir. Bu baxımdan qarşıdakı günlərin böyük əhəmiyyəti var. Karantin qaydalarına, sosial izolyasiya tədbirlərinə, eləcə də gigiyenik tələblərə riayət etməyimiz bu dövr üçün ən yaxşı virusdan qorunma üsulumuz ola bilər. Buna görə də əhalimizin bu dövrdə tələblərə uyğun davranması bu prosesdə bizə dəstək üçün çox vacibdir. Qarşıdakı günlərdə virusun yayılma göstəricilərinə əsasən müzakirələr həyata keçiriləcək və bu məsələ ilə bağlı qərar verildiyi təqdirdə ictimaiyyətlə paylaşılacaq. Buna görə də əhalimizi panikaya düşməməyə və yalnız Operativ Qərargahın verdiyi məlumatları dinləməyə səsləyirəm.



SON XƏBƏRLƏR

2022-11-28

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

15:08 Azərbaycan QHT-lərindən Fransaya etiraz

14:14 İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu

13:45 İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları