Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib Mayın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Siyasət / 04.05.2020 18:08

Mayın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlarda edilən dəyişiklikdən məqsəd "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunun icrasıyla bağlıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 3-cü maddəsinə "Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclaslarına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət Himni ifa edilir" məzmununda əlavə olunur; adı çəkilən digər 3 qanuna edilən dəyişikliklər də ölkəmizdə fəaliyyət göstərən televiziya və radio yayımlarının əvvəlində Azərbaycanın Dövlət Himnindən istifadə qaydalarını tənzimləməyə xidmət edir.

Sonra "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunlara təklif edilən dəyişikliklərdən (üçüncü oxunuş) bəhs edən komitə sədri bildirib ki, uyğunlaşdırma xarakteri daşıyan yeni qanuna əsasən, reklam qurğuları tarix və mədəniyyət abidələrində, memarlıq abidələrində, həmçinin mühafizə zonalarında yerləşdirilərkən 5 dekabr 2019-cu il tarixli "Reklam haqqında" qanunla müəyyən edilmiş qaydaya əməl olunmalıdır.

Gündəlikdəki 3-cü məsələni şərh edən Qənirə Paşayeva vurğulayıb ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanı Azərbaycan dilinin hüquqi statusunun qorunmasıyla bağlı mühüm vəzifələr qoyub. Fərmanın icrasıyla əlaqədar olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər (üçüncü oxunuş) ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək. Onlayn iclasda komitə sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Sabir Rüstəmxanlı, Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Mixail Zabelin və Ülviyyə Həmzəyeva bu qanun layihələrinin əhəmiyyətindən danışıblar.

Fikir mübadiləsinin yekununda müzakirə edilən məsələlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb