Qoşulmama Hərəkatının Zirvə görüşü – Azərbaycan bütün dünyanı qlobal həmrəyliyə dəvət edir

Siyasət / 04.05.2020 18:56
Prezident İlham Əliyev: "Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”

Bu gün Azərbaycan qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyası ilə beynəlxalq səviyyədə aparılan mübarizənin həqiqətən də ön sıralarında yer almışdır. Bildiyiniz kimi, hələ aprelin ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi və Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmiş ilk beynəlxalq təşkilat oldu. Bu gün isə yenədə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bilirsiniz ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana verilib və 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi məhz bizim ölkə edəcək.

Heç şübhəsiz dövlət başçımızın təşəbbüsü ilə keçirilmiş hər iki tədbir – Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə və eyni zamanda da Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi istiqamətində atılmış önəmli bir addım oldu.

İlk növbədə əlbəttə ki, hər bir azərbaycanlının qəlbini qürurla doldurmuş belə bir məqama diqqət yetirmək laımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev bu mötəbər tədbirdəki çıxışında da ilk növbədə "Bandunq prinsipləri”ndə yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı qaydalarını xatırladaraq, bir daha erməni təcavüzkarlığı məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.

Lakin əlbəttə ki, bu Zirvə Görüşünün əsas məqsədi koronavirusa qarşı mübarizə tədbirlərinin müzkirəsi idi. Möhtərəm Prezidentimizin də öz çıxışında qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının bu Zirvə Görüşü də bir daha sübut etdi ki, Azərbaycan dünyada koronavirusun yayılması ilə bağlı yaranmış yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Təbii ki, pandemiya bütün dünya dövlətlərinə mənfi təsir göstərir və ayrı-ayrılıqda bütün ölkələrin bu bəladan minimal itkilərlə qurtulması heç də asan olmayacaq. Məhz buna görə də möhtərəm Prezidentimiz konfrans iştirakçılarına qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-la mübarizə etmək prinsiplərini təklif etdi.

Bildiyiniz kimi, Azərbaycan artıq dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırmışdı. Bu gün isə dövlət başçımız pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdığını bəyan etdi.

Lakin Azərbaycanın koronavirusla mübarizədə dünya ictimaiyyətinə göstərə biləcəyi yardım sadəcə maliyyə vəsaitlərindən ibarət deyil. Belə ki, bu Zirvə görüşündə möhtərəm Prezidentimiz Azərbaycan adına bir çox dəyərli təkliflər irəli sürmüşdür ki, onlardan istifadə ediləcəyi təqdirdə həqiqətən də koronavirusla mübarizədə böyük irəliləyişlər əldəetmək olar. İlk növbədə dövlət başçımızın dediyi kimi, nəzərə almaq lazımdır ki, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Həmçinin cənab İlham Əliyev öz çıxışında tamamilə doğru olaraq bu məqamı da xüsusi vurğuladı ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır və Azərbaycan öz sədrliyi dövründə birgə səylərlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindədir. Möhtərəm Prezidentimizin bu Zirvə görüşündə irəli sürdüyü çox əhəmiyyətli təkliflərdən biri də bu oldu ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etsinlər.

Sonda bir məqama da xüsusi diqqət yetirmək istərdim. Məlumdur ki, Azərbaycanın koronavirusla mübarizə təcrübəsi dünyada kifayət qədər yüksək
qiymətləndirilir və bir çox hökumətlər tərəfindən öz ölkələrində tətbiq olunur. BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat öz çıxışlarında, eləcə də Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel və BMT-nin Baş katibi Antonio Quterreş öz videomüraciətində bu fikri bir daha təsdiq etdilər. Eyni zamanda da BMT Baş Assambleyasının prezidenti öz çıxışında dünyada müşahidə olunan qeyri-bərabərlik prinsipinə toxundu. Bildirildi ki, müəyyən qüvvələr koronavirusla mübarizə tədbirləri çərçivəsində yardım göstəriləcək ölkələrin seçimində qeyri-obyektivliyə yol verirlər. Məhz bu baxımdan da Azərbaycan bir daha dünyaya həmrəylik və şəffaflıq nümunəsi təqdim etdi. İlk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünya dövlətlərinə donorluq fəaliyyətini gücləndirməyi təklif etdi. Elə hesab etmək olar ki, Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırması da məhz bu təklifin həyata keçirilməsi istiqamətində atılan ilk örnəkverici addım oldu. İkinci bir tərəfdən isə Azərbaycan həmin vəsaitin xərclənməsinə nəzarət hüququnu özündə saxladı. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu vəsait məhz bizimlə razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və
Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

Bununla da Azərbaycan bütün ölkələrə qlobal həmrəyliyin həqiqi modelinin necə işləməli olduğu barədə çox qiymətli bir əyani vəsait təqdim etmiş oldu.

Aqiyə Naxçıvanlı,
millət vəkili, professor.


SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb