Vüqar Rəhimzadə: Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir
Siyasət / 05.05.2020 14:19

Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi qarşılıqlı dəstəyi, birgə səylərin göstərilməsini daha da aktuallaşdırır, birliyə, həmrəyliyə çağırış edir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, onun ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir.
Hər iki tədbir, eyni zamanda, göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar beynəlxalq səviyyədə dəstəklənməklə yanaşı, əksər ölkələrdə tətbiq olunur. Bir sözlə, Azərbaycan pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi təqdir olunur.
Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir. Təbii ki, heç bir ölkə bundan sığortalanmayıb:
"Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə bu reallığı bir daha diqqətə çatdırmışdır ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
Bu fikir də xüsusi qeyd edilir ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Hər bir ölkə bu öldürücü virusla mübarizədə özünəməxsus konsepsiya irəli sürərək bu istiqamətdə ciddi addımlar atır. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin üçdəikisini özündə birləşdirir, bu halda hər bir ölkənin ortaya qoyduğu yanaşmanın mübarizənin effektivliyində rolunu aydın görərik. Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində atdığı addımların davamlılığı göz önündədir. Məqsəd insanların sağlamlığını təmin etmək, həmçinin pandemiyanın iqtisadi və sosial fəsadlarını aradan qaldırmaqdır. Pandemiya şəraitində Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini təmin etmək, məşğulluq problemlərini həll etmək istiqamətində görülən işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu rəqəmi də xüsusi diqqətə çatdırmışdır ki, bu məqsədlə 3,5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketi qəbul olunub".
Baş redaktor qeyd edib ki, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə həmrəyliyə və əməkdaşlığa böyük ehtiyac olduğunu önə çəkən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən yüksək dəyərləndirilmiş, Azərbaycanın pandemiyadan az itki ilə çıxan ölkə olacağı böyük əminliklə qeyd edilib:
"Göründüyü kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına, qlobal koronavirus pandemsiyası ilə mübarizədə bütün səylərin səfərbər olmasına öz töhfələrini verir.
40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidentinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamı da xüsusi qeyd etmişdir ki, sədrliyi öz üzərimizə götürərkən Azərbaycanın beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan etmişdik”.
V.Rəhimzadə bildirib ki, Azərbaycanın ötən il qurumun XVIII Zirvə görüşünə ev sahibliyi etməsi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi, eyni zamanda, dünyanı bürüyən pandemiyaya qarşı mübarizənin gücləndirilməsində beynəlxalq birliyin, həmrəyliyin önəmini nəzərə alaraq qurumun Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik» mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bir daha ölkəmizin dünyanı narahat edən hər bir məsələyə uyğun addımlar atdığını, səylərin birləşdirilməsinə nail olduğunu təsdiqləyir:
"COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün Bəyannaməsində əksini tapan 18 maddənin hər birində də birlik, həmrəylik çağırışı özünün aydın ifadəsini tapıb. Bəyannamədə xüsusi vurğulanır ki, bəşəriyyət üçün ciddi problem olan, birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edərək Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq”.
2023-03-27
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları