Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi
Gündəm / 18.09.2018 16:30

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
”Veysəloğlu Qrup” MMC-nin "bolgexeber.com” xəbər saytına qarşı müraciətini arşdıran komissiya müəyyən edib ki, xəbər portalının dərc etdiyi "Veysəloğlu Şirkətində daha bir rəzalət-işçi bıçaqlandı” yazısında Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri pozulub. Material hazırlanarkən, şişirdilmiş, isbatı olmayan məlumatlara istinad olunub, təhqiramiz ifadələr işlədilib. Portal təmsilçisi material hazırlanarkən "tələskənliyə yol verildiyini” etiraf edib və təkzib verməyə hazır olduğunu bildirib. Bundan sonra portal təmsilçisinə materiallar hazırlanarkən, Etik Kodeksin prinsiplərinin pozulmasına yol verməmək yönündə tövsiyyələr verilib.
”Veysəloğlu Qrup” MMC-nin "24 saatxeber.com” protalına qarşı şikayəti araşdırılarkən, eyni mənzərə üzə çıxıb. Portal əməkdaşı şirkət barədə material hazırlayarkən, subyektiv mülahizələrini önə çəkib, lazımi araşdırma aparmayıb. Portala MŞ tərəfindən tövsiyyə edilib ki, Etik Kodeksin prinsiplərinə diqqətlə yanaşılsın.
Avropa Azərbaycanlıları Konqressinin İdarə Heyətinin sədri Sahil Qasımovun "veteninfo.com” xəbər portalına qarşı müraciəti də araşdırılıb. Komissiya müəyyən edib ki, portal əməkdaşları «AAK-nin prezidenti Sahil Qasımov Azərbaycanın siyasətinə zidd hərəkət edir» başlıqlı yazını hazırlanarkən, qarşı tərəfin mövqeyi öyrənilməyib; materialdakı ittihamedici fikrilərin reallığı araşdırılmayıb. Xəbər saytına tövsiyyə edilib ki, materiallar hazırlanarkən, Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri nəzərə alınsın, diaspor kimi ümummilli məsələlərə xüsusi həssaslıq göstərilsin.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin "miq.az” xəbər saytına qarşı müraciəti araşdırılarkən,Cəmiyyət haqqında hazırlanan materiallardaJPDQ prinsiplərinin pozulduğu müəyyənləşib: faktlar araşdırılmayıb, subyektiv mülahizələrə əsaslanılıb. Xəbər saytının təmsilçisi narazılıq doğuran materiallarda problemlərin olduğunu etiraf edib, təkzib verməyə hazır olduğunu bildirib.
İsmayıllı rayon İcra HakimiyyətiBaşçısının nümayəndəsi Habil Babayevin "dogruxeber.az” saytına qarşı şikayəti tərəflər arasında razılıq əldə edildiyi üçün, öz xahişlərinə əsasən gündəlikdən çıxarılıb.
"Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin "demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub. MŞ adından "demokratik.az” saytına qarşı ciddi xəbərdarlıq edilib.
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB
12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları