Aşıq sənəti və dastanyaratma ənənəsinə yeni baxış

Mədəniyyət / 03.05.2018 10:09

Bəşər tarixinin bir neçə yüzillik dönəmini əhatə edən aşıq sənəti XXI yüzildə də öz qədim ənənələri üzərində davam və inkişaf etməkdədir. XIX əsrdə ən yüksək zirvəyə ucalaraq, çicəklənmə dövrünü yaşayan bu fundamental sənət növü folklorumuzun ən mühüm qanadlarından biridir. Aşıq sənəti özündə bir neçə yaradıcılıq sahəsini birləşdirərək, onların qarşılıqlı əlaqədə, vəhdətdə inkişafının təzahürü kimi meydana çıxmış və intişar tapmışdır. Burada "söz musiqisiz mövcud deyildir, musiqi icrada, ifadə anlamlıdır. Aşıq sazla sözün vəhdətini anlayan sənətkardır” (Füzuli Bayat)

Aşıq sənətinin ən mühüm cəhətlərindən biri də dastançılıq, dastan söyləmə və dastanyaratma ənənəsidir. Qeyd edək ki, bu sahədə ustad sənətkardan daha böyük istedad və xüsusi məharət tələb olunur. Dastan söyləyən aşıq dinləyicini, auditoriyanı ələ alıb, onun ürəyinə yol tapa bilmək üçün ilk növbədə aktyorluq məharətinə malik olmalıdır. Burada o, həm saz çalır, həm şeirləri gözəl səslə, avazla oxuyur, həm də dastanın təhkiyə, yurd hissəsini xüsusi bəlağət və şirinliklə dinləyiciyə çatdırır.

Keçmişdə aşıqlar dövrün ən hörmətli ziyalıları, cəmiyyətin, el-obanın ağsaqqalı, bilicisi kimi dəyərləndirilmiş, bütün elmlərdən hali, yerin-göyün sirlərinə vaqif adamlar kimi hörmət-izzət sahibi olmuşlar. Bu da onların məsuliyyətini daha da artırmış, bir-birindən gözəl, daha maraqlı və təsirli şeirlər, saz havaları, dastanlar yaratmalarına səbəb olmuşdur. Lakin təəssüflə qeyd etməliyik ki, bu proses Azərbaycanda yalnız XX əsrin başlanğıcına qədər davam etmişdir. Sovet hakimiyyəti illərində əksər digər sənət sahələri kimi, aşıqlığın da qarşısında tələblər, planlar qoyulmağa başladı. Kommunist partiyası, sosializm ideologiyası bu qədim xalq sənətinin yaradıcıları, daşıyıcıları və ötürücüləri olan aşıqları da öz təbliğat işinin icraçılarına çevirdi və müəyyən mənada buna nail oldu da. Artıq necə yazmaq yox, hansı mövzuda, nədən yazmaq ön plana çəkildi. Bu da, təbii ki, yeni yaranan nümunələrin həm bədii-estetik sənətkarlıq baxımından sönükləşməsini şərtləndirdi, həm də klassik ənənədən müəyyən mənada uzaqlaşdırdı. Dini-irfani məsələlər, sufi dünyaduyumu arxa plana keçməyə başladı.

Lakin bütün bunlarla yanaşı, XX əsrdə də "aşıq sənətinin bəzi nümayəndələri əskidən gələn ənənəni yaşatmış, hətta dini-irfani şeirləri qismən də olsa qoruyub saxlaya bilmişlər (Bilal Alarlı)

Azərbaycan xalq dastançılığı ənənəsi bir neçə mühüm mərhələdən keçmişdir. İlkin dastan yaradıcılığı mərhələsi mifik təfəkkürə söykənən nağıllar üzərində inkişaf etmiş, tədricən janr keyfiyyəti qazanmışdır. Dastan yaradıcılığının çiçəklənmə mərhələsi orta yüzilliklərin son dövrünü, əsasən, XVIII-XIX yüzillikləri əhatə edir və dastanların variantlaşma prosesi də bu mərhələyə aiddir. XIX yüzillikdə dastan yaradıcılığı ənənəsini geniş arealda dastan ifaçılığı əvəz etmişdir. Bundan sonra Azərbaycan klassik dastançılığı ənənələri üzərində yeni dastanların yaradılması mərhələsi gəlir. Bu mərhələləri "Dastanlar" adlı araşdırmasında analiz edən M.Təhmasib yazır ki, XIX-XX yüzilliklərdə Aşıq Alı, Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn, Bozalqanlı Aşıq Hüseyn, Molla Cümə, Xaltanlı Tağı və başqa onlarla yaradıcı ustad aşıqlar zəngin poeziya irsi qoyub getsələr də, dastan yaradıcılığında elə bir ciddi keyfiyyət göstəricisi qazana bilməmişlər. M.Təhmasibin gəldiyi qənaət də maraqlıdır. "Bu aşıqların ətrafında "dastanvarı söyləmə-rəvayətlər yaradılsa da, onlar dastanlaşma prosesi keçirə bilməmiş və orijinal dastanlara çevrilməmişlər" (Təhmasib M. Seçilmiş əsərləri. İki cilddə, birinci cild. Bakı, Mütərcim, 2010, s. 257). Bəzi hallarda isə aşıqlar və el şairləri lokal-məhəlli xarakterli dastanlar yaratmışlar. Lokal-məhəlli xarakterli dastanlar, əsasən, dastan yaradıcılığının yeni mərhələsinə aiddir.

Yeni dastanları daha ətraflı şəkildə xarakterizə edən İsrafil Abbaslı yazır ki, müasir dastan adlandırılmış bu nümunələr şifahi ədəbiyyatımızın - aşıq-saz yaradıcılığının son məhsulu, dastan irsimizin yaxın illərdə yaranmış və yaranmaqda olan yadigarlarıdır. Bu dastanları aşıqlarla yanaşı, el şairləri də yaradırlar və "Bu özüyaratma, başqa şəkildə deyilsə, qələməalma heç də həmin nümunələrin yazılı ədəbiyyat əsərləri ilə eyniləşməsi deyildir" (Azərbaycan dastanları. Beş cilddə, beşinci cild. Bakı, Elm, 1972, s. 5). İ.Abbaslıya görə, yeni dastanlar kökünü müəyyən dərəcədə orta yüzilliklərin xalq romanlarından almış, onların müəllifləri klassik dastan irsindən faydalanmış, bu xəzinədən yaradıcı surətdə istifadə etmiş, bu çeşmədən su içmiş və bu qaynaqdan bəhrələnmişlər. O, bu sırada Şair Nəbinin də adını çəkir, onun çap edilən "Dilsuz və Xəzangül” dastanını nümunə gətirir, "Fəzli və Məhluqə dastanı”nın isə adını çəkir (Yenə orada, s. 7). Öz nəşrini gözləyən bir çox yeni dastanlar, təəssüf ki, arxiv materialı olaraq qalmışdır. Şair Nəbinin "Fəzli və Məhliqa dastanı” da belələrindəndir. Dastanın araya-ərsəyə gətirilməsi, toplanıb tərtib edilməsi bu məqsədlə həyata keçirilir.

Qeyd edək ki, aşıqların XX əsrin sonlarına doğru dastanyaratma ənənəsi tamamilə sönükləşsə də, sırf folklor nümunəsi sayılan klassik üslubda meydana çıxır, ayrı-ayrı müəlliflər tərəfindən dastanyaratma prinsipləri davam etdirilir. Belə dastanların meydana gəlməsini müsbət hal kimi qarşılamaq lazımdır. Sadəcə bir şərtlə ki, burda ənənə ilə yeniliyi bir arada tutmaq bacarığı özünü büruzə versin. Onu da nəzərə çatdıraq ki, çağdaş zamanımızda bu cür yeni dastanların yaradılması üçün xalq arasında, aşıqların yaddaşında, müxtəlif arxivlərdə kifayət qədər pərakəndə materiallar mövcuddur. Bunun üçün eləcə də hazırda aramızda olan və ya dünyasını dəyişmiş neçə-neçə görkəmli şair və aşıqlarımızın həyatlarında baş verən qəribə əhvalat, macəra və hekayətlər əsas materiallar kimi götürülüb işlənilə bilər. Misal üçün, elə bu sətirlərin müəllifinin son illərdə ərsəyə gətirdiyi "Səməd VurğunAşıq Şəmşir dastanı” (Bakı, Yazıçı, 2014, 208 s.), "Əyyub və Sənəm dastanı” (Bakı, "Milli Zəka”, 2015, 168 s.) bu cür materiallar əsasında tərtib olunmuşdur. Oxucuların ixtiyarına təqdim etmək üçün nəşrə hazırladığımız növbəti "Fəzli və Məhliqa dastanı”nda isə görkəmli folklorşunas alimlərimizdən olan Əhliman Axundovun arxivində saxlanılan (nəzm) əlyazmalardan istifadə edilmişdir. Qeyd edək ki, bu əlyazmalar XX əsrdə el arasında Molla Nəbi və ya Şair Nəbi kimi tanınan, "Dilsuz və Xəzangül” dastanının müəllifi, el sənətkarı Şair Nəbiyə məxsusdur. Dastanda surətlərin dilindən verilən şeirlərin hamısının müəllifi Şair Nəbidir. Lakin yurd (təhkiyə) hissə arxivdə pərakəndə halda, çox kiçik, yarımçıq epizod şəklində olduğundan biz onlardan istifadə etməklə və yaşlı nəslin nümayəndələri olan söyləyiciləri dinləməklə yurd hissəsinin bərpasına nail olduq. Yeri gəlmişkən qeyd edək ki, bunu biz özümüzə borc bildik və gördüyümüz işdən son dərəcə qürur duyuruq. Dastanla tanış olanlar məqsədimizə nə dərəcədə nail ola bilib-bilmədiyimizi isə daha dəqiq oxucular və mütəxəssislər aydınlaşdıracaqlar.

Yığcam şəkildə nəzərinizə çatdıraq ki, bu dastanın əsas aparıcı qəhrəmanları dəyərli el sənətkarlarının ümumiləşdirilmiş obrazı, istedadlı saz-söz bilicisi və ifaçısı Fəzli və onun sevgilisi Məhliqadır. Fəzli öz ədəb-ərkanı, sənətkarlıq məharəti, maraqlı, ibrətamiz söhbətləri, çalıb-oxuması, məclisi idarə etməsi, düzlüyü, sözübütövlüyü ilə el arasında sayılıb-seçilən, xüsusi hörmət sahiblərindəndir. Lakin tale elə gətirir ki, o, başqasına (öz əmisi oğluna) deyikli olan bir qıza (Məhliqaya) dəlicəsinə aşiq olur. Onun həsrətindən gecələr yuxusu ərşə çəkilir, gündüzlər qaranlıq gecəyə çevrilir. Təsəllisi bu olur ki, Məhliqa da onuFəzlini sevir. Lakin çox keçmir, bu aşiq-məşuqu bir-birindən ayırır, Məhliqanı razı olub-olmadığını soruşmadan əmisi oğlu Quluya nişanlayır, dərhal da toylarını eləyirlər. Lakin Fəzlini sevən, onunla bağladığı əhd-peymana sadiq qalan Məhliqa nə illah eləyirlər toy paltarını geyinmir, toydan sonra xəstə olduğunu bəhanə eləyib bəy otağına gəlmir. Atasına və əmisiQulunun atası Gülalıya nisbətən humanist, dünyagörmüş, ədalətli adam olan digər əmisi Sövdəgər Qasımın evinə qaçır. Qasım onu qardaşlarına təslim etmir, onları danlayır ki, əgər meyli yoxdursa, qızı məcbur etmək olmaz. Kimə meyli olar, ona da verərsiniz. Beləliklə, Məhliqa uzaq səfərə çıxmış sevgilisi Fəzlinin qayıtmasını gözləmək üçün vaxt qazanır.

Çox qovğa-qallardan, çox həngamələrdən, Məhliqanın başına gətirilən çox əzab-əziyyətdən sonra, nəhayət, Qulu da anlayır ki, sevmədən ailə qurmaq düzgün iş deyil. O özü də gözləmədiyi halda Fəzlinin bacısı Mənsuməyə vurulur. Qızın həsrətindən gecəsi-gündüzü zülmətə çevrilir. Nə yemək yeyir, nə su içir, günlərlə evdən bayıra çıxımır. Nəhayət, əmisi Sövdəgər Qasımın sayəsində onun da dərdinin əlacı tapılır. Dastanın sonunda cəmi sevgililər bir-birinə qovuşur, toy-toya qarışır.

Dastanda qoyulan problem keçmişdə də, günümüzdə də, hətta fikrimizcə, gələcəkdə də aktual olacaq son dərəcə ciddi bir problemdir. İlk növbədə burada yaxın qohumlar arasında bağlanan nikahlara ehtiraz bildirilir. Cəmiyyətin bundan imtina etməsinin vacibliyi ön plana çəkilir. Yaxın qohumlar arasındakı nikahların yarada biləcəyi fəsadlardan dastanda konkret söhbət açılmasa da, dolayısı ilə buna işarə var. Digər tərəfdən, Azərbaycan cəmiyyətinin, eləcə də bütövlükdə müsəlman Şərqinin daimi problemlərindən olan sevgi azadlığı, gender bərabərliyi məsələləri əsərdə qoyularaq özünün bədii, poetik həllini tapır. Saf məhəbbətin, həqiqi sevginin müqəddəsliyi, hər şeydən üstünlüyü diqqət mərkəzinə gətirilir.

Dastandakı şeirlərin öz ənənəviliyini, dini-irfani çalarlara bağlılığını qismən də olsa qoruyub-saxlaya bilməsi də, hesab edirik, təqdirəlayiq hal sayılmağa layiqdir.

Bizdən bu qədər. Hazırlayıb ortaya çıxardığımız işin əsl qiymətini oxucular və dəyərli folklorşünaslarımız verə bilər.

03.05.2018

Cəmilə Çiçək

tədqiqatçı-jurnalist,

AJB və AYB-nın üzvü,

filologiya üzrə fəlsəfə doktoru,

prezident təqaüdçüsü,



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb