İndoneziyanın “Minanews” saytında “Əbdürrəhim bəy Haqverdiyev - 150” adlı məqalə dərc olunub

Mədəniyyət / 13.05.2020 10:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinin qeyd edilməsi barədə sərəncamına əsasən, Azərbaycanın İndoneziyadakı Səfirliyinin müşaviri Gültəkin Həbiblinin İndoneziyanın nüfuzlu "Minanews” saytında "Əbdürrəhim bəy Haqverdiyev - 150” başlıqlı məqaləsi dərc olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinin Azərbaycanla yanaşı, ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri çərçivəsində də qeyd olunduğu, onun yaradıcılığının böyük oxucu kütləsinə tanıdıldığı bildirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin tarixinə, ədəbi və mədəni irsinə verdiyi qiymətin nəticəsi olaraq, bu gün Azərbaycanın tək neft ölkəsi kimi deyil, həm də bəşər tarixinin, ədəbiyyatının, mədəniyyətinin nadir beşiyi kimi tanındığı qeyd olunur. Azərbaycanın dünyaya həm də sözün dəyərini, zəngin tarixini, çoxşaxəli ədəbiyyatını ixrac etdiyi, Azərbaycanın bu sahədə də artıq öz modelini yarada bildiyi vurğulanıb.

Məhz bu cür tədbirlərin sayəsində bir sıra xarici ölkələrdə Azərbaycanın tanınmış mütəfəkkirlərinin, söz ustadlarının, sənət adamlarının, ictimai xadimlərinin heykəllərinin ucaldıldığı, mədəniyyət mərkəzlərinin yaradıldığı, zəngin çalarlara və dərin tarixi köklərə dayanan Azərbaycan mədəniyyətinin və onun simalarının tanıdılması istiqamətində əməli addımların atıldığı qeyd olunur. Azərbaycanın ədəbiyyat külliyyatının müxtəlif dillərə tərcümə edildiyi, Heydər Əliyev Fondunun bu istiqamətdə milliliyimizə, tariximizə, xalqımıza verdiyi töhfələrin yüksək qiymətə layiq olduğu bildirilir.

Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmış, milli ideologiyanın oyanışında misilsiz xidmətləri olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığının dövlət səviyyəsində, bəşəri qeyd olunmasının da sadaladığımız tədbirlərin tərkib hissəsi olduğu vurğulanır. Ə.Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərinin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsinin Azərbaycan ədəbiyyatına, onun tarixinə və zəngin irsinə verilən böyük dəyərin əyani təzahürü olduğu bildirilir.

Məqalədə vurğulanır ki, Ə Haqverdiyev Şuşamızın parçası, Azərbaycan milli ədəbiyyatının ölməz nümayəndəsidir. Bu gün Azərbaycanın dilbər guşəsi olan Qarabağın ürəyi sayılan Şuşa, çox təəssüf ki, Azərbaycanın həyata keçirdiyi kütləvi, mədəniyyət, ədəbiyyat tədbirlərindən uzaq qalıb. Halbuki, erməni silahlı birləşmələrinin işğalına qədər mədəniyyət və musiqi beşiyi sayılan Şuşada Azərbaycan mütəfəkkirlərinin doğum tarixləri dövlət səviyyəsində qeyd edilirdi, Şuşa beynəlxalq musiqi festivallarının beşiyinə çevrilmişdi. Ancaq Azərbaycan xalqı yenə o günlərinə qayıdacağına, bu halın müvəqqəti xarakter daşıdığına inanır.

Azərbaycanın dövlət başçısının həyata keçirdiyi uzaqgörən, düşünülmüş siyasəti nəticəsində, Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün, Haqverdiyevin, Xan Şuşinskinin və bir çox dünya şöhrətli Azərbaycan karifeylərinin yetişdiyi Şuşa da daxil olmaqla, ölkəmizin işğal altında olan 20 faiz ərazisi azad olunacaq, yenə də "Cıdır” düzündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tədbirlərimizə, beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyik.

Məqalədə, dövlət başçısının Sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı Səfirliyinin təşəbbüsü ilə "İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən üzərində "Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı arxa fonda "Şuşa qalası” təsvir olunmuş poçt markasının təsviri, o cümlədən, ədibin şəkli yer alıb.

Məqaləyəhttps://minanews.net/mengenang-sastrawan-besar-azerbaijan-abdurrahim-bey-hagverdiyev/internet səhifəsindən keçid edilə bilər.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb