Azərbaycan intellektual mədəniyyətində ailənin yeri

Sosial layihə / 30.06.2018 09:36


Azərbaycan milli dəyərlərinin, qayda-qanunlarının, etnik mədəniyyətinin, ailə dünyagörüşlərinin daha çox internet – sosial şəbəkələr, yazı və elerktron KİV, yeni media, onlayn-oflayn TV-lər, sosial şəbəkələr, foto-video paylaşım platformaları vasitəsilə dünyaya səpələnmiş 50 milyonluq soydaşımız, xüsusən də yeni nəsil nümayən­dələri arasında tanıdılmasına son dərəcə böyük zərurət var. Ailə dəyərləri sistemi – ağsaqqallıq, ağbirçəkliklə bağlı həyat bilgilərinin yayılması, bu sahədə məlumatların zən­ginləşməsi, elektron resurslarında daha geniş istifadə üçün açıq yerləşdirilməsi də sadalanan qrup nümayəndələrinin fəallığından çox asılıdır. Çünki milli-mənəvi irs bütün xalqa məxsusdur və hər bir vətəndaşın etnik dünyagö­rü­şünü, zövqünü formalaşdıran, tərbiyə edən mühüm fak­tordur. Eyni zamanda, folklorşünaslar, sosial-psixoloqlar, analitik psixoloqlar, mentaliteti və mədəniyyəti öyrənən filosoflar, tarixçilər, filoloqlar, elm və təhsil siyasətini həyata keçirənlər milli ailə sistemləri və dəyərləri haqqında analitik-elmi əsərlərlə, intellektual tədqiqatlarla, analizlərlə vaxtaşırı olaraq bu sahənin bilgilərinin ictimaiyyətin müxtəlif qrupları arasında populyarlaşdırılmasında fəal iştirak etməlidirlər.

Ailə planlaşdırılması, ailə dəyərlər sisteminin təhlili və analizi ilə bağlı müxtəlif layihələrdə, müzakirələrdə, tədqiqatlarda əldə edilən nəticələrdən parlamentdə – qa­nunyaratma fəaliyyətində və icra orqanlarının təbliğat işində istifadə oluna bilinər.

Azərbaycanın mənəvi-mədəni mərkəzi, adət-ənənələ­rimizi tədqiq edən elm-beyin mərkəzləri əsasən paytaxt Bakıda yerləşir. Eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlılar və dünyanın hər yerinə səpələnən 50 milyonluq soydaşımız da əsasən Azərbaycan paytaxtı vasitəsilə maarifləndiyinə görə bu istiqamətdə elmi-kütləvi fəaliyyət də məhz burada fokuslanmalı, bir məkandan – Bakı şəhərindən başqa yerlərə, məsələn, Qarabağ köçkünlərinin məskunlaşdığı rayonlara, yaxud Avropada, Rusiyadakı soydaşlarımızın kompakt halda yaşadıqları coğrafi ərazilərə daşınmalıdır.

Yuxarıda göstərilən məsələlərin həllini tezləşdir­mək üçün fəaliyyət planında aşağıdakı işlərin görülməsi təklif olunur:

– Müxtəlif yerlərə ekspedisiyaların göndərilməsi, əldə olunan nəticələrin elmi əsaslarla işlənməsi;

– Qərbi Azərbaycan, Qarabağ, Şirvan, Naxçıvan, şimal və cənub bölgəsindən olan ağsaqqallarla, ağbir­çək­lərlə, ailə bağlantılarını möhkəm saxlayan nəsil başçıla­rıyla görüşlərin keçirilməsi, onların bilik və təcrübəsinin araşdırılması;

– Ailə dəyərlərinin müqayisəli öyrənilməsi, yeni ailə modellərinin araşdırılması, ortaya çıxarılan materialların yazılı və elektron KİV, internet və sosial şəbəkələrdə yayımı;

– Azərbaycan qədim ailə sisteminin, ağsaqqallıq-ağbirçəklik institutunun şifahi və yazılı qaynaqlardan öyrənilməsi, tədqiqi, çağdaş dövrə uyğunlaşdırılması;

– Milli ailə bağlantılarını qoruyub saxlayan ağsaq­qallar və ağbirçəklərlə gənclərin müntəzəm görüşlərinin, müzakirələrinin təşkil edilməsi;

– Nüfuzlu yaşlı nəslin nümayəndələrinin iştirak etdiyi lokal, real, virtual, onlayn dəyirmi masaların, tanı­tım məclislərinin təşkil edilməsi, onların yazılı və vizual materiallarının geniş ictimaiyyətə təqdim olunmasını təşkil etmək;

– Ağsaqqallıq institutu – ailə dəyərlərilə bağlı əldə edilmiş bilik və təcrübələrin KİV-də, TV-lərdə internet və sosial şəbəkələrdə davamlı təbliğinin təşkili;

– Azərbaycan ailə modeli, ağsaqqallıq-ağbirçəklik institutunu, fəlsəfəsini beynəlxalq aləmə çıxarmaq, pla­netar etik normaya çevirmək və YUNESKO-nun xətti ilə bəşəriyyətin qeyri-maddi sərvətlər siyahısına salmaq üçün aksiyalar həyata keçirmək;

– Yeni dövrdə Azərbaycan ağsaqqallıq-ağbirçəklik institutunun, fəlsəfəsinin inkişafı və zənginləşməsi istiqa­mətində alimlər, araşdırmaçılar tərəfindən elmi məqa­lələrin yazılmasını təşviq etmək, toplular hazırlamaq və həmin materialların nüfuzlu elmi elektron saytlarda, intellektual dərgilərin səhifələrində nəşr edilməsi, eləcə də internet resurslarında yayımının genişləndirilməsi;

– İnternet dövrünün tələblərinə uyğun, Azərbay­ca­nın ailə dəyərləri, ağsaqqallıq-ağbirçəklik institutunun, onların yaşam fəlsəfəsinin beynəlxalq informasiya resurs­larında yerləşdirilməsi, ardıcıl zənginləşdirilməsi üçün gənc intellektualların, populyar bloqerlərin imkanların­dan səmərəli istifadə edilməsi, onların müxtəlifformatlı materialların hazırlanmasına həvəsləndirilməsi və bun­ların elektron resurslarda, sosial şəbəkələrdə yayımının təşkil edilməsi, internetdə çevik surətdə yayılması, inki­şafına təkan verəcək virtual aksiyaların təşkili;

– İKT dövrünün tələblərinə və Azərbaycan qanun­çuluğuna uyğun şəkildə saytlar və başqa resursların ya­radılması, burada ailə dəyərləri ilə bağlı aparılan işlərin, tədqiqatların nəticələri barədə geniş ictimaiyyətə ətraflı məlumat verilməsi;

– KİV ilə işin təşkili, monitorinqlərin keçirilməsi, hesabatların hazırlanması və əlaqədar orqanlara veril­məsi.

– Çağdaş dövrün İK texnologiyalarına uyğun olaraq, Azərbaycan milli ailə – ağsaqqallıq və ağbirçəklik dəyərlərinin beynəlxalq informasiya resurslarında tanıdıl­ması, yayılması, inkişafı və zənginləşməsi mövzularında gənc intellektuallar, populyar bloqerlər tərəfindən müx­təlifformatlı materialların hazırlanmasına təkan veril­məsi, eləcə də bunların e-resurslarda, müxtəlif sosial şəbəkələrdə yayımının təşkili;

– Nüfuzlu alimlərin, tədqiqatçıların, qələm adamla­rının, gənclərin, bloqerlərin Azərbaycan milli ailə də­yərləri, ağsaqqallıq-ağbirçəklik mövzusuyla bağlı görüş­lərinin keçirilməsi, hazırlanmış materialların elektron kitablar formasında e-nəşrə hazırlanması, internetdə yerləşdirilməsi və istifadə üçün açıq yayımlanması;

– Milli ağsaqqallıq-ağbirçəklik institutu, etnik-mənəvi dəyərlər ilə bağlı internet və sosial mediada ayrıca elektron resursların yaradılması, feysbuk səhifəsinin təşkil edilməsi, hazırlanacaq materialları orada yerləşdirməklə gənclər və dünyada yaşayan soydaşlarımız arasında Azər­baycan ağsaqqallıq-ağbirçəklik düşüncə-yaşam tərzləri­nin öyrənilməsinə, populyarlaşmasına, internetdə yayıl­ma­sına, inkişafına təkan verəcək virtual aksiyaların həyata keçirilməsi;

– Orta və ali təhsil ocaqlarında milli ailə dəyərlər sisteminin bir akademik kurs kimi tədris olunması;

– Azərbaycan ailə sisteminin tərkib hissəsi kimi ağsaqqallıq-ağbirçəklik dəyərlərinin qorunması və inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı, planetar etik dəyərə çevrilməsi üçün innovativ-kreativ formada aksiyaların həyata keçirilməsi, onların inkişaf tarixinin araşdırıl­masına yönəli tədbirlərin təşkil edilməsi;

– Bu fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV və TV-də, ailə mərkəzlərində, ali mək­təblərdə, elmi-tədqiqat müəssisələrində və s. Azərbaycan milli dəyərlərinin qorunması, inkişaf etdirilməsinin vacib­liyi barədə fikir mübadilələrinin aparılması, diskussiya­ların təşkili, görüş və tanıtım məclislərinin keçirilməsi;

– Ailə dəyərlərinin möhkəmləndirilməsiylə bağlı ya­zılı və elektron KİV-də media-aksiyaların təşkil edilməsi;

– Real və virtual formada kreativ-innovativ təşəb­büsləri dəstəkləməklə günümüzün tələblərinə uyğun ailə dəyərlərimizin zənginləşdirilməsi;

– Yeni innovativ üsullarla və elektron nəşrlərlə çalışmaq vərdişlərinin, bu istiqamətdə bacarıqların for­ma­laşdırılması, elektron kitabxana resurslarının daha da zənginləşdirilməsi;

– Mövcud şəraitdə milli ideya – azərbaycançılıq məfkurəsinin əsas atributlarından biri olan milli ailə dəyərlərinin saflığının qorunması...

Düşünürük ki, bu sadalanan məsələlərə diqqət artı­rılsa, əldə edilən nəticələr respublika ictimaiyyəti arasında bu problemə diqqəti də artıracaqdır. Belə hesab edirik ki, ağsaqqallıq-ağbirçəklik institutunun mənəvi dəyər seq­ment­lə­rinin izahı ilə cəmiyyətdə onun vacibliyi diqqətə çatdırılacaq, cəmiyyət ağsaqqallıq institutu haqqında aydın təsəvvürə malik olacaqdır. Ağsaqqallıq institutunun prob­lemləri və onun yaşadılması yolları da ictimaiyyətə təqdim ediləcəkdir. Cəmiyyət öz ağsaqqallarını tanıyacaq, onların faydalı fəaliyyətindən xəbərdar olacaq, onların yerini və rolunu öyrənəcəkdir. Xüsusilə gənc nəsil milli ailə institutu haqqında geniş məlumat ala biləcək, ağsaqqal şəxsiyyətləri tanımaq imkanı qazanacaqdır. Milli ailə dəyərlər sistemi haqqında əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi mənəvi dəyərlərimizin, o cümlədən ağsaqqallıq-ağbirçəklik institutunun qorunması və yaşa­dıl­ması istiqamətində atılmış önəmli addımlardan biri ola­caqdır...

Cəmilə Çiçək İsbəndiyarova,
AYB və AJB-nın üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb