Bakı, Sumqayıt və Abşeronun seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib

Siyasət / 15.05.2020 18:39

Mayın 15-də Milli Məclisin plenar iclas zalında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Aparat rəhbərinin müavini Yaşar Əməşov, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin Sədri iclası açaraq bildirdi ki, bugünkü görüşün məqsədi deputat köməkçiləri ilə qarşıda dayanan vəzifələr barəsində fikir mübadiləsi aparmaqdır. Spiker vurğuladı ki, hazırda Azərbaycan öz inkişafının yeni bir mərhələsini yaşayır.

2018-ci ilin Prezident seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən struktur və kadr islahatları geniş vüsət almışdır. Ölkəmizin qanunvericilik orqanı da bu islahatlardan kənarda qala bilməzdi. Bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində parlamentin yeni tərkibi formalaşmış və altıncı çağırış Milli Məclis fəaliyyətə başlamışdır.

Sədr Sahibə Qafarova vurğuladı ki, Prezident İlham Əliyev Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən etmişdir. Sədr dedi ki, bizim fəaliyyətimizin yol xəritəsi olan bu nitqində cənab İlham Əliyev dövlətin və cəmiyyətin parlamentdən gözləntilərini ifadə etmişdir.

Bu gözləntilərin nədən ibarət olması barədə Spiker dedi ki, ilk növbədə qanunvericilik fəaliyyəti təkmilləşdirilməli, yeni qanunların hazırlanması zamanı daha çox keyfiyyətə fikir verilməlidir. Qanunların qəbulu ilə yanaşı, onların icrasına nəzarət də gücləndirilməlidir.

Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün məlumatların dünyaya çatdırılması üçün deputatlar beynəlxalq təşkilatlarda daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Ən vacib vəzifələrdən biri isə budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar.

İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir. Spiker öz çıxışında vurğuladı ki, əlbəttə, deputatların vəzifələri bununla bitmir. Bu vəzifələrin uğurla yerinə yetirilməsində siz köməkçilərin üzərinə böyük məsuliyyət düşür. Sədr deputat köməkçilərinə müraciət edərək söylədi ki, siz öz fəaliyyətinizdə bu məqamı daim nəzərə almalısınız. Deputat köməkçisinin əsas vəzifələrindən biri deputatın fəaliyyətlərinin həyata keçirilməsinə təşkilati-texniki kömək göstərmək və onun tapşırığı ilə müxtəlif funksiyaları yerinə yetirməkdir.

Yaxşı köməkçi deputatın səlahiyyət və vəzifələrinin nədən ibarət olduğunu dəqiq bilməli, müəyyən mənada deputatın həmfikiri olmalıdır. Sədr öz çıxışında koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə də toxundu. Qeyd etdi ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də təsir göstərmişdir. İndi seçicilər ilə təmaslar məsafədən həyata keçirilir.
Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə göruşlər keçirilir.
Siz seçicilər ilə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız.

Əlbəttə, bu vəzifələri layiqincə yerinə yetirməyiniz üçün Milli Məclisin Aparatı sizə lazımi dəstək verəcəkdir. Sədr daha sonra söylədi ki, onun sərəncamları əsasında Milli Məclisdə struktur və kadr islahatları aparılmışdır. Bu barədə mətbuatda geniş məlumat verilmişdir.

Bir sıra şöbələr ləğv edilmiş, yeni şöbələr yaradılmış, parlament Aparatının fəaliyyəti müasir tələblər səviyyəsində qurulmuşdur. Yeni yaradılan şöbələrdən biri İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir. Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Ümumi işin səmərəsini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək üçün siz yeni şöbə ilə iş birliyi şəraitində çalışmalısınız.

Çıxışının sonunda Sədr deputat köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq dedi: "Ümid edirəm ki, siz öhdənizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, sizə bəslənən yüksək etimadı doğrultmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Əminəm ki, məhz bu yolla siz Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilən siyasi kursun uğurlarına parlamentin töhfəsinin artırılmasında yaxından iştirak etmiş olarsınız”.
Görüşdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, ölkəmizdə aparılan islahatlar həyatın bütün sahələrini əhatə edir. Bildiyiniz kimi, hər bir parlamentin 4 əsas funksiyanı vardır: qanunvericilik, nəzarət, beynəlxalq əlaqələr və ən vacib funksiyalardan biri təmsilçilik funksiyası.

Bu o deməkdir ki, Milli Məclis bütün Azərbaycan əhalisindən seçilmiş nümayəndələri özündə birləşdirir. Milli Məclisin deputatları hərəsi bir seçki dairəsinin tam səlahiyyətli nümayəndəsidir. Təmsilçilik funksiyasının həyata keçirilməsində isə deputat köməkçilərinin üzərinə böyük vəzifələr düşür. Müasir tələblərə görə deputat köməkçisi deputatın tapşırıqlarını yerinə yetirməklə yanaşı, Milli Məclis Aparatının müvafiq şöbələri ilə daimi əlaqədə olmalı, görülən işlər barədə hesabatları vaxtında təqdim etməlidir.

Səfa Mirzəyev diqqətə çatdırdı ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın bildirdiyi kimi, Prezident İlham Əliyevin bu il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentin qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün biz öz işimizi yenidən qurmalı və əlimizdən gələni əsirgəməməliyik.

Sonra görüş Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşovun sədrliyi ilə davam etdirildi. Yaşar Əməşov deputat köməkçilərinə bu vəzifəyə təyin olunmaları münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, parlament tarixində ilk dəfədir ki, Milli Məclisin plenar iclas zalında deputat köməkçiləri ilə görüş keçirilir. Qeyd olundu ki, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi köməkçilərlə sıx işləyəcəkdir.

Görüşdə çıxış edən Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Mahmudov və Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Elşad İsmayılov deputat köməkçilərinin qarşısında dayanan vəzifələrdən danışdılar, onlara öz tövsiyələrini verdilər.

Tədbirdə VI çağırış Milli Məclisin ilk iclasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı parlamentə verdiyi tövsiyələrə uyğun Milli Məclisdə görülən işlər, Aparatda aparılmış struktur və kadr islahatları, xüsusilə yeni çağırışlara uyğun deputat köməkçilərinə verilən tapşırıqlar barədə müzakirələr aparıldı, fikirlər dinlənildi. Görüşün sonunda deputat köməkçilərini maraqlandıran suallara aydınlıq gətirildi.



SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb