XXI ƏSRDƏ MİLLİ AİLƏ MODELİNİ QORUYA BİLƏCƏYİKMİ?

Sosial layihə / 20.07.2018 09:40


Çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına aparıb çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Bəs günümüzdə bu sahədə durum necədir? Azərbaycan ailəsində yaranan problemlər doğrudanmı dünyada gedən inkişafdan, dəyişən zamandan qaynaqlanır? Yeni texnologiyalar vasitəsilə tanış olub ailə qurmaq lazımlı və uğurludurmu? Bu bölmədə mənəviyya­tımızın əsas problemlərindən danışacaq, yazarlarımızı, dü­şüncə adamlarımızı bu milli məsələ ətrafında müzakirələrə dəvət edəcəyik.

Oğlanları evləndirmək üçün qız tapılmayacaq!

Qlobal bir dünyada yaşadığımızdan artıq Azərbaycan ailəsi məhfumu deyiləndə, yalnız Şimali Azərbaycanda yaşayan, 9 milyon insanı əhatə edən ailə institutları deyil, eyni zamanda dünyanın müxtəlif yerlərinə səpələnmiş 50 milyona yaxın soydaşımız, həmçinin qarışıq ailə tipləri nəzərdə tutulur. Son 10 ilin araşdırmaları göstərir ki, 130-140 oğlanla müqayisədə 100 qız uşağı doğulur. Deməli, 10-15 ilin statistikasının nəticələri üst-üstə gələndə bəlli olur ki, biz yaxın gələcəkdə oğlan uşaqlarımızı evləndirməyə qız tapmayacağıq. Ona görə də biz yaxın gələcəkdə qlobal ailə tipini Azərbaycan ailəsi ilə müqayisə etməyə, yaxud da Azərbaycan ailəsinin yeni bir tipi haqqında danışmağa məcbur olacağıq.

Klassik Azərbaycan ailəsi və onun dəyərləri, o dəyər­lərin müasir dövrdə necə olması barədə sosioloqlar, siya­sətçilər, kulturoloq və filosoflar arasında mübahisələr gedir. Əfsuslar olsun ki, Azərbaycanda bu mübahisələr radio və internet saytlarında aparılır. Daha ciddi konfranslarda və alimlərin əhatəsində bu mübahisələr getmir. Yaxud gedirsə də, orada iştirakçılar çox az olur. Baxmayaraq ki, əslində, bu, müasir dövrün ən böyük problemlərindən birinə çevrilib.

Kənd və şəhər ailələri nə ilə fərqlənir?

XX əsrə və XXI əsrin əvvəllərinə nəzər salanda, şərti olaraq Azərbaycan ailələrini iki qrupa bölmək mümkündür. Birincisi, daha çox əyalətdə yaşayanlar və Şərq ailə tipinə, milli mentalitetə tam uyğun ailə tipi. İkincisi isə, daha çox böyük şəhərlərdə, Bakıda və dünyanın müxtəlif ölkələrində yaşayan ailələr. Bunların arasında müəyyən fərqlər var və fərqlər get-gedə daha da kəskinləşməkdədir. Fərqlər ətra­fında mübahisələr edib fikir söyləmək olar, amma fakt budur ki, biz hazırda bu iki ailə tipi ilə rastlaşırıq və hətta bunların özlərinin də indi müxtəlif problemləri var.

Məsələn, əvvəllər kişi və qadından ibarət ailə tipləri var idi. Və bu ailə tipinə bütün dünyadan fərqli Azərbay­canda daha çox rast gəlinirdi. Amma indi tək qadın və tək kişidən, yaxud qadın və uşaq, kişi və uşaqdan ibarət ailə tipi ilə rastlaşırıq. Yaxud vətəndaş nikahı ilə evlənmiş insanlardan ibarət ailə tipləri var.

Eynicinslilər də evlənib "ailə” qurur?!

Son vaxtlar Azərbaycanda da "qadın+qadın”, "ki­şi+ki­şi” ailə tiplərinə rast gəlinir. Artıq Bakıda bir neçə dəfə cinsi azlıqların toylarının olması barədə KİV-də xəbərlər oxumuşuq. Bu, Azərbaycan cəmiyyəti üçün tipik deyil. Ümumiyyətlə, Azərbaycan üçün daha çox "qa­dın+kişi” ailə tipi məqbul sayılır və bu tip daha çox inkişaf edib. Bunun özü də klassik tip deyil. Çünki həm əyalətdə, həm Bakıda çoxlu sayda qadın və kişilər başqa ölkələrdə işləyirlər, bu da klassik ailə tipinin parçalanmasına aparıb çıxarır. Bəzən 2-3 və daha çox il ərzində qadın uşağı ilə yaşayır, amma ata olmur. Yaxud kişi yaxın qohumlarının yanında uşaqlarını qoyur, özü tək yaşayır. Qlobal dövrü­müzdə bu problemlər get-gedə aktuallaşır və son vaxtlar boşanmaların da sayı artıb. Bu da klassik ailə tipinin in­kişafında və dəyərlərin saxlanmasında mənfi tendensiyalara səbəb olur.

Bəs müasir ailə modeli necə olmalıdır?

Normal qəbul edib-etməməyimizdən asılı olmayaraq, bu gün ailə modelində aşınmalar baş verir. Bunun qarşısını almaq üçün tarixdə və yaxın keçmişimizdə ən yaxşı ailə ənənələrimizi dirçəltməli, möhkəmləndirməliyik. Əvvəllər çoxuşaqlı, 5-10 uşaqlı ailə modelləri daha çox idi. Üstəlik də, əvvəllər ailələr yaxın qohumların əhatəsində olurdular. Söhbət xala, bibi, dayı, əmi, baba, nənədən gedir. Amma indi bunların çoxu yoxdur. Artıq 80-ci illərin axırlarına yaxın bizdə yalnız ən uzağı 3 uşaqdan ibarət ailələrin sayı çoxalmağa başladı. İndi əksər uşaqların xala, bibi, əmi, dayı deyilən qohumları yoxdur. Bundan sonra daha böyük problemlərlə rastlaşacağıq. Çünki bu qohumluq anlayışları azalacaq. Evdə bir oğlan və bir qız varsa, onlar evlənəndə uşaqlarının xalası, yaxud dayısı, bibisi olmayacaq. Digər tərəfdən, demək olmaz ki, klassik Azərbaycan ailəsinin bütün dəyərləri idealdır.

Evlilik yaxşıdır... Amma boşanma da pis deyil

Bizdə boşanma əvvəl ictimai qınağa məruz qalıb pis hal sayılırdı, amma sonra psixoloqlar, xüsusilə sosioloq­ların araşdırmaları göstərdi ki, boşanmalar olmayanda ailədaxili zorakılığın gizlədilməsi baş verir. Bu da psixoloji problemlər yaradır. Çox vaxt gənclər ata-ana məsləhəti ilə evlənirlər və psixoloji cəhətdən bir-birlərinə uyğunluqları nəzərə alınmır.

Son araşdırmalar göstərir ki, qadın və kişi müna­si­bətləri, xüsusən ailə modelində 3 ildən artıq davam etmə­yib. Daha sonra ya uşaqlarla bağlı maraqlar və yaxud ailəni qorumaqla bağlı dəyərlər ailəni saxlayıb. İntim müna­sibətlərə bütün dünyada önəmli məsələ kimi baxılır. Bu münasibətlər də 3 ildən sonra ya zəifləyir, ya da adiləşir. Eyni zamanda ailə modelinin möhkəm qalmasında bir çox dəyərlərin yaşamasının və ictimai qınağın önəmli rolu var.

Əsas problem iqtisadi-sosial amillərlə bağlıdır. Bo­şan­malarla bağlı statistikaya baxanda məlum olur ki, ya­ranmış və dağılmış ailələrə əsasən iqtisadi məsələlər prob­lem yaradır və ən qəribəsi budur ki, pulun həm az, həm də çox olması bu məsələlərdə önəmlidir. Pul az olanda kişi ilə qadın arasında münasibət kəskinləşir və bu da boşanmaya aparıb çıxarır. Yaxud ailəni saxlaya bilməyən kişi məcbur olur ki, Rusiyaya və ya digər yerlərə işləməyə getsin. Yaxud qadın karyera qurur və iqtisadi cəhətdən müstəqil olan kimi öz fikirlərini diktə etməyə başlayır ki, bu da ailənin dağılmasına aparıb çıxarır. Çünki mentalitetimizə görə, ailədə əsas söz sahibi kişidir. Bunun qarşısını, əlbəttə ki, dünyanın ən qabaqcıl sivil cəmiyyətlərində olan modelləri götürüb müqayisəsini aparmaqla və Azərbaycan cəmiyyəti üçün optimal modelləri ortaya qoymaqla ala bilərik. Amma bunun üçün böyük institutlar olmalıdır.

Hər ailənin psixoloqu olmalıdır

Mənim bildiyimə görə, bizdə ailəyə elmi yanaşma çox zəifdir, dünyanın hər yerində ailə psixoloqları deyilən böyük bir mütəxəssislər ordusundan ibarət sistem var. ABŞ, Rusiya və digər ölkələri nümunə göstərmək olar. Bu ölkələrdə məktəb psixoloqundan tutmuş ailə psixoloquna qədər var. Əlbəttə ki, ailə modelinin möhkəmliyində bunlar böyük rol oynayır. Bəzən problemlərin olduğunu görürük, amma onları həll edib, müzakirə etmək əvəzinə qaçırıq ata-ananın, qaynana-qaynatanın yanına. Əslində bu problemlər olanda psixoloq və psixoanalitikə müraciət etmək lazımdır. Onlar ailənin qorunması ilə bağlı müəyyən bilgilər verə bilərlər. Mən milli ailə modelini inkişaf etdirməyin və onun qədim ənənələrinin yaşadılmasının tərəfdarıyam. Nə qədər qəribə olsa da, xaricdə yaşayan və hər ikisi azərbaycanlı olan ailələrdə milli adət-ənənələr və ailə modeli daha çox qorunur, nəinki indi müasir dövrdə Azərbaycanın özündə yaşayan ailələrdə.

İnternet, televiziyalar vasitəsilə

evlilik uğurludurmu?

Bu gün telekanalların çoxunda ailə qurulması ilə bağlı müxtəlif verilişlər yayımlanır. Sosial şəbəkələrdə insanlar bir-birləri ilə tanış olub ailə qururlar. Onların içində mənim tanışlarım da var. Əlbəttə, onlar yüzfaizli xoşbəxt olmur­lar, real həyatda olduğu kimi, virtual və digər formalarda ailə quran insanlar arasında da problemlər yaşanır. Yeni texnologiyaların tətbiqinin tərəfdarıyam, amma unutma­malıyıq ki, biz azərbaycanlıyıq və öz dəyərlərimiz var. Ən yeni texnologiyalar insanlara xoşbəxtlik verməklə bərabər, onlara böyük bədbəxtliklər də gətirə bilər. Bunun da artıq bir çox işartılarını görürük.

İnternetdə, sosial şəbəkələrdə sevgi oyunları, cürbəcür əhvalatlar baş verir, bunun axırı isə çox zaman qanla, bıçaqlanma ilə bitir. Artıq ölkəmizdə bir neçə belə fakt baş verib. Gələcəkdə kütləviləşəcək bu cür mənfi halların qarşısını almaq üçün insanların intellektual səviyyəsini qaldırmaq lazımdır. Bunun üçünsə bizim milli ailə müna­sibətlərinin ən yaxşı cəhətlərini müasir zəmanənin stan­dartlarına uyğunlaşdırmağı təklif edirəm...

Cəmilə Çiçək İsbəndiyarova,
AYB və AJB-nın üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb