“Könüllülər ili” ilə əlaqədar bəyannamə qəbul edilib

Gündəm / 15.05.2020 20:16
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib

Qeyd edilib ki, konfransda deputatlar Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Milli Məclis Aparatının bir qrup əməkdaşı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, həmçinin ölkəmizdə fəaliyyət göstərən əksər gənclər və könüllülər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin "Könüllülər ili” elan edilməsi barədə 2019-cu il 30 dekabr tarixli Sərəncamının mühüm əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bu sənəd ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bariz nümunələrindəndir, dövlət başçısının imzaladığı bu qərar gənclərin öz potensiallarına inamlarının artmasına mühüm töhfə verib.

"Könüllülər ili” ilə əlaqədar gənclər və könüllülər təşkilatlarının iştirakıyla keçirilən konfransın yekununda birgə bəyannamə imzalanıb. Bəyannamədə deyilir:

- Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır;
- Könüllülük fəaliyyəti vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir;
- Könüllülər koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər;
- Könüllülər koronavirus pandemiyası ilə mübarizənin ön xəttindədirlər;

2020-ci ilin 9 may tarixində "Könüllülər ili” və gənclər təşkilatlarının fəaliyyəti ilə əlaqədar təşkil olunan konfransda aparılan müzakirələrin nəticəsində könüllülük fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün qanunvericilik təklifləri, o cümlədən, gənclərin şəxsi bilik və bacarıqlarının artırılmasıyla bağlı təkliflər hazırlanacaq, bu sahədə keçiriləcək bütün tədbirlərə hərtərəfli dəstəyin verilməsi təmin ediləcək.

Bəyannaməni aşağıdakı qurumlar imzalayıblar:
1.Yeni Azərbaycan Partiyası Gənclər Birliyi
2.Regional İnkişaf İctimai Birliyi
3.Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası
4.Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı
5.ASAN Könüllüləri
6.Avropa Gənclər Parlamenti
7.Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
8."Miqrasiya Könüllüləri” İctimai Birliyi
9."Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyi
10."Bir könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyi
11.Böyük İpək Yolu Gənclər Təşkilatı
12.ELSA Azərbaycan.


SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb