Uğurlar olsun, gənclər!

Gündəm / 16.05.2020 16:58

İKİ KƏLBƏCƏRLİ GƏNCƏ ETİMAD GÖSTƏRİLİB

Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə Azər Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı, Aqil Şirinov isə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifələrinə təyin ediliblər

Azərbaycan gəncliyi zaman-zaman ictimai-sosial həyatda öz fəallıqları ilə seçildikləri üçün daim dövlətin qayğısı ilə əhatə olunublar. Hələ Ulu Öndər Heydər Əliyevin istər sovetlər birliyi dövründə, istərsə də müstəqllik illərində Azərbaycan gəncliyinin inkişafı istiqamətində yürütdüyü siyasət örnək sayılıb. Onların keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində oxuyub müxtəlif sahələrin mütəxəssisləri kimi yetişmələrində göstərdiyi atalıq qayğısı bu gün də öz bəhrəsini verməkdədir.

Azərbaycan gəncliyi dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi, gələcəyin ən etibarlı təminatçılarıdırlar. O da sevindirici haldır ki, ölkə gəncliyi öz dövlətinə, Prezidentinə və xalqına sədaqəti ilə daim seçilir.

Azərbaycan Prezidenti İlham Əliyevin son illər gənclərə göstərdiyi etimad da məhz bu qarşılıqlı münasibətdən irəli gəlir. Dövlət başçısı Aqil Şirinovu Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Azər Qocayevi isə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında imzaladığı hər iki yeni sərəncam da göstərir edir ki, ölkə gəncliyinə inam gücləndikcə onlara göstərilən etimadların sayı da artır.

Azərbaycan Prezidenti İlham Əliyev may ayının 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha xatırlatdı ki, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar.

Azərbaycan Prezidenti yeni təyinat alan gəncə öz tövsiyələrini verərkən bir daha onun timsalında gəncliyə göstərilən etimadın çox məsuliyyətli olduğunu vurğuladı. Yaxşı bilirik ki, həmin etimadın doğruldulması, gənclərin fəaliyyətləri üçün dövlət münbit şərait yaradıb. Doğrudan da 34 yaşlı gəncə belə etimad, məsul vəzifə etibar etmək inamdan irəli gəlir. Son vaxtlar bu sahədə ciddi addımların atılması da göz qarşısındadır. Gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir. Dövlət başçısı da hesab edir ki, bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Onların əksəriyyəti milli, vətənpərvərlik ruhunda tərbiyə alıb. Buna görə də bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar.

Dövlət başçısının da qeyd eydiyi kimi, 1993-cü ildən Ermənistanın işğalı altında olan Kəlbəcər Azərbaycanın ən gözəl diyarlarından biridir. Ümummili Lider Heydər Əliyevin 1996-cı ilin aprel ayının 1-də də bir qrup kəlbəcərli ziyalılarla görüşündə xüsusi vurğuladığı kimi, Kəlbəcərin füsunkar təbiəti, gözəl meşələri, dağları, çayları, tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir.

Adıçəkilən videoqəbulda daha bir vacib və olduqca mühüm məsələ də diqqətdən yayınmadı: Kəlbəcərin işğal altına düşməsinin səbəbkarlarının xəyanətkar AXC-Müsavat hakimiyyətinin olması. Dövlət başçısı bu məsələyə bir daha qayıdaraq Kəlbəcərin işğalının səbəbkarlarının xəyanətini haqlı olaraq xalqa çatdırdı: " Məhz onların xəyanətkar və yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür, vətəndaşlarımız həlak olmuşdur və Kəlbəcərdən olan bütün soydaşlarımız məcburi köçkün şəraitində yaşamağa məcbur olmuşlar. Bu cinayət AXC-Müsavat hakimiyyətinin birinci cinayəti deyildi. Şuşanın və Laçının işğal altına düşməsində də AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur. O vaxt onlar Azərbaycanda hakimiyyət davası aparırdılar. Onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur: Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, "beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək”.

Dövlət başçısı Azər Qocayevin timsalında gənclərin bu gün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi onların həm də vətəndaşlıq borcu olduğunu xatırlatdı: ilk növbədə, məcburi köçkünlərə böyük diqqət göstərməlisiniz. Bəli, gizli deyil ki, dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı dövrdən dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlar yürütdüyü sosial-humanitar siyasəti əsas xətt kimi bu gün də davam etdirir: "Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı. Onu da bildirməliyəm ki, çadır şəhərciyi, o acı mənzərə də AXC-Müsavat hakimiyyətinin məhsulu idi. Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir. Keçən il mənim Sərəncamımla məcburi köçkünlərin maddi təminatı da yaxşılaşdırılmışdır. Onlara verilən müavinətin həcmi 50 faiz artmışdır”.

Azərbaycan Prezidenti son illər bir neçə vəzifəli şəxsin, xüsusilə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin dövlətin və xalqın malını acgözlükvə hərisliklə mənimsəməsi faktlarının üzə çıxarılmasına da diqqət ayırdı. Ona görə də gənc kadra xatırlatdı ki, siz daim xalq içində, vətəndaşlarla bir yerdə olmalı, onların problemlərini təhlil etməlisiniz: "...Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək...”

Azərbaycan Prezidenti rəhbər vəzifəyə təyin etdiyi A. Qocayevin nəzərinə onu da çatdırdı ki, sizə göstəriləın böyük etimadı öz işinizlə doğrultmalısınız: "Mən göstəriş vermişəm ki, bütün icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar müntəzəm olaraq təhlillər aparılsın, onların əldə etdikləri nəticələr təhlil edilsin. Çünki hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır... Bir daha demək istəyirəm, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır. Mən vətəndaşlara üz tutub deyirəm, ictimai nəzarət olmayan yerdə, adətən, pozuntular da olur. Ona görə siz də ictimaiyyəti bu işlərə cəlb edin, xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də. Əgər vətəndaşlar sizin fəaliyyətinizdən razı olsalar, mən də razı olacağam. Sizə uğurlar arzulayıram, əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız”.

Azərbaycan Preziidenti bununla bir daha diqqətə onu da çatdırdı ki, dövlətin və xalqın malına, payına göz dikənlərə cəmiyyətimizdə yer olmayacaq. Göstərilən etimadlar isə inamdan irəli gəlir. Heç kim bu aksiomanı unutmamalı, ona tapşırılan vəzifədən sui-istifadə edərək xalq-hakimiyyət sevgisinə kölgə salmamalıdır.

Azərbaycan Prezidentinin gənclərə göstərdiyi dəstəyə və böyük etimada görə yeni təyinat alan Azər Qocayevin də öz növbəsində üzərinə düşən məsul vəzifənin öhdəsindən bacarıqla gələcəyinə söz verməsi, yüksək nəticələr, nailiyyətlər əldə etmək üçün dayanmadan çalışacağına söz verməsi bir daha yeni nəslin hərtərəfli inkişafından, dünyagörüşündən, onlara bəslənən ümidlərin doğulacağından soraq verdi. Bu isə tərəflərin bir-birinə səmimiyyəti deməkdir. Dövlət başçısının gənclərə inamı, onların isə Azərbaycan Prezidentinin xalq-hakimiyyət birliyi istiqamətində yürütdüyü siyasəti dəstəkləmələri bu təyinatlarda diqqəti çəkən amillərdəndir.


Cəmilə ÇİÇƏK,

Məhəmməd NƏRİMANOĞLU



SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb