Qarabağın bağrıqan qızı

Cəmiyət / 18.05.2020 11:51

İllər öncə, Kəlbəcərdən əli üzülən günlərim idi . "Qarabağ” qəzeti redaksiyasına baş çəkirdim. İş axtarırdım, bir simsar istədiyim zülmlü günlərimin birində bir qarabuğdayı, əsmərsima qızı "Qarabağ”da gördüm. Hansı qəzetdən olduğumu soruşdu. "Kəlbəcərliyəm, heç harada işləmirəm, dedim. Onda "Yenilik” qəzetində işləyirdim. Necə bir ah çəkdisə elə bildim ki, kəlbəcərlidir. Dedim ki, ağlamayın, inşallah, tezliklə qayıdarıq. Hansı kənddənsiz?Gözlərinin yaşını silib:

-Kəlbəcərli siz yoox, ay qardaş, mənəm,-dedi. Başladı bircə-bircə o yerlərin adlarını sadalamağa: Xanım dərəsini, Pişiklini, Keytini, Dəli dağı, Yelli gədiyi, Taxta düzü, Ceyran bulağını, Balaca, Böyük və Qoturlu istisuların hamısını, uşaq vaxtlarında gəzdiyi yerlərin hər yayı Kəlbəcərin dağlarında, yaylaqlarında, obalarında keçirdiyi günləri yana - yana danışdı . Siz kəlbəcərlilərdən çox bizi yandırır Kəlbəcərin itirilməsi-dedi.

Dilim tutar-tutmaz kəlbəcərli olmağıma inanmağı üçün bu şeirimi dedim:

Əzəldən yaranıb hüsnü-tamaşa,

Vurğunam qışına Kəlbəcərimin.

Sübhün işından axşam çağına,

Dolanam başına Kəlbəcərimin.

Həsrətəm lilparlı bulağa, çaya,

Aran haraylayır, tələsir haya.

Göylərə ucalan min-min sal qaya

Şahiddir yaşına Kəlbəcərimin.

Dərmandı bitkinin burda hərəsi,

Bir zəngin muzeydir bəndi-bərəsi.

Məhəmməd, tarixin sədası, səsi

Yazılıb daşına Kəlbəcərimin.

...Aradan illər keçib . Əlbəttə, dünya yaxşılardan xali deyil. Qarşıma yaxşılar çıxdı. Özümə iş də tapdım, qəlbimin həsrətini gözlərimin nuru ilə məqalələrə, az keçməmiş kitablara da köçürdüm. Xocalı, Şuşa, Laçın, kəlbəcərsizlik ağrıarına Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan... itkilərinin dərdi də qoşuldu. Bir ətək dərdlə qaldıq baş-başa.

Zəkurə xanımın "Qarabağ”dakı haraylarını daha tez-tez oxuyurdum. Sonralar öyrəndim ki, hələ Ağdamda yaşadıqıarı vaxtlardan qələmini süngüyə çeviribmiş..

Ətrafında görüb-tanıdığım qələm adamlarından da hiss edirdim ki, onu tanıyanların hamısı da vətənpərvər insanlardı. "Qarabağ”ın baş redaktoru Çingiz Tofiqoğlu, mərhum dostum-qardaşım, redaktor müavini Sarvan Ağayev, uzun illər qarabağlı bildiyim, əslində, İsmayıllıda doğulsa da, itirilmiş yurdlarımızın həsrətini bizim kimi çəkən, "Ədalət” qəzetindən tanıdığım Daşdəmir Əjdəroğlu, Salman Alıoğlu... kimi tanınmış qələm adamlarının əhatəsində gördüyüm Zəkurə Quliyeva, sən demə, nə qədər sakit, fağır, "dilsiz-ağızsız” hiss olunsa da, qəlbi də nəmli gözləri kimi dolu bir istedad imiş...

30 ilə yaxın bir müddətdə yazılarını oxuduğum, az qala, hər gün salam verib qardaş-bacı səmimiyyəti ilə hal-əhval tutduğumuz Zəkurə Quliyevanın bədii yaradıcılıq nümunələrini "saf-çürük” eləməyə çalışıram. İndi Azərbaycan Mətbuatına daxil olan bir sosial media da var. Dünyamızı koronavirus pandemiyasının bürüdüyü bir dövrdə "evdəqal-sağlamol”da olsaq da, dövlətimizin rəsmi orqanı olan "Azərbaycan” qəzetinin əməkdaşları xalqımızı narahat edən bu bəla haqqında həqiqətləri yazmaq üçün gecə-gündüz iş başındadırlar, lap evdən olsa da. Belə əməkdaşlarımızdan biri də Zəkurə xanımdır. "Qarabağ”da Qarabağın dərdini dəstə-dəstə yazan Zəkurə xanımın məqalələrinin tolanıb kitab kimi buraxılmasını eşidəndən onun haqqında ürəyimdən keçənləri qələmə almağa çalışsam da, buna hazır deyildim. Müxtəlif mövzularda qələmini sınayan və bu sınaqdan "yüksək balla” çıxan Zəkurə Quliyeva imzası tanınır, sayılır, oxunur və münasibət bildirilir.Söz adamlarının qəlbini çağlayan, qaynayan bulağa - çeşməyə bənzədənlər səhv etməyiblər. Bulaq suyu yerin dərin qatlarından necə süzülüb saflaşıb çıxırsa, Söz də, əsl və kamil ifadə də beləcə doğulur: müəllifin ürəyinin cövhərindən, bəkirət gözünün nurundan, duyğularının süzgəcindən qaynayıb-daşır.

Təəssüf ki, bir çox hallarda belə istedadlılar hay-küyçü "jurnalistlər" in kölgəsinə düşür və lazımi dəyərini ala bilmirlər. Yaxşı xatırlayıram, bir dəfə Ulu Öndərimiz Heydər Əliyev özünü gözəsoxan bir tele-müxbirə üzünü çevirib, yarızarafat-yarıciddi dedi ki, yaxşı, imkan ver, bu biri jurnalistlər də suallarını versin. Hay-küylü həmin müxbir cəmiyyətdə mövqe tutmağın yolunu ancaq bunda görürdü. Sən demə, haqlı imiş...

Daim sakit tərzdə fikrini yazan,cəmiyyətdəki antipotları, yaramazları tənqid atəşinə tutan bəzi qələm sahibləri abırlarına qısılaraq çox halda gözə görünmürlər, "mən də varam”,-demirlər. Zəkurə Quliyeva da məhz belə jurnalistlərimizdəndir.

Qarşımda bir kitabı var: "Yurda xəbər elə” adlı. Əslində, maddi imkanı çatsaydı,çoxlu - çoxlu kitabları olardı. Qələminin məhsulu vətənpərvərlik olduğundan, şoudan yazmadığından, bədii yaradıcılıq nümunələrinin hamısını da bir araya toplayıb kitab kimi oxuculara təqdim etməsi imkanı xaricindədir. Bəlkə də heç buna marağı da yoxdur.

Adını çəkdiyim kitab ədəbi düşüncələr və məqalələr toplusu olsa da, ana xəıtti Qarabağdır. Şuşada güllələnmiş heykəllərdən, Xocalıda qanına qəltan edilən körpələrdən, Ağdabanın qanla açılan səhərindən, Ağdamın müqəddəs məkanlarından… Çörək muzeyindən Seyid Lazım ağanın pak ruhundan… bəhs edən yazılardan ibarətdir.

Zəkurə xanım, zəhmətinin və qələminin qədrini bilən jurnalistlərimzidəndir. O, haqsızlıqla heç vaxt barışmayıb. Hələ bircə dəfə onun hansısa imkanlı, pullu məmurdan bayağı,saxta təriflərdən ibarət "yazısı”na rast gəlməsən. Üç Qarabağ əlilinin, qeyrətli vətən oğullarının bacısıdır Zəkurə xanım. 30 ildir "Qarabağ" adlı bir məcburi köçkün qəzetin məcburi köçkün əməkdaşıdır . Qarabağda savaşlar getdiyi ərəfədə mərhum jurnalistimiz Salatın Əsgərovadan sonra yeganə qadın müxbirdir ki, o qaynar döyüş nöqtələrində, ekstremal şəraitdə reportajlarnı, məqalələrini hazırlayıb. Bu gün həmin məqalələr Qarabağda gedən döyüşlər haqqında daha dəqiq məlumatların ünvanıdır və çoxlarımız Qarabağ həqiqətlərinin arxivindən istifadə edirik.

Zəkurə xanım eyni zamanda, yuxarıda qeyd etdiyim kimi, 13 ildir həm də paralel olaraq rəsmi dövlət qəzeti "Azərbaycan"da da çalışır. Hər iki iş yerində həmişə məsuliyyəti, səmimiyyəti, iş yoldaşları ilə mehribanlığı ilə seçilir. Müxtəlif illərdə bir sıra diplomlara, mükafatlara layiq görülsə də, düşünürəm ki, o, layiq olduğu qiymətini hələ almayıb...

Zəkurə Quliyeva sözə öz varlığı kimi, məsuliyyətlə yanaşıb həmişə. Sosial şəbəkədə özünün Facebook səhifəsində yazdığı bu cümlə də diqqətimi çəkdi :"Söz mənimçün məsuliyyətdir, ilk növbədə Allah, sonra məsləyim qarşısında..."

Əlbəttə, ədəbi və bədii söz mülklü karvanın sarvanı olmaq o qədər də asan deyil. Söz zaman-zaman mütləqi-hakim olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib və qorunub saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var, dağa qaldırır, söz də var ki, dağları təpəyə çevirir, güclü və müasir texnika kimi...

Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma, nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar, Zəkurə xanım kimi...

Sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib. Sözə "ehya” verənlərimiz isə Dədə Qorquddan bugünümüzədək fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.

Belə söz sahiblərimiz az olmayıb və nə yaxşı ki, Zəkurə Quliyeva kimi davamçıları azalmır. Bu da, əlbəttə, millətimizin və xalqımızın mənəvi sərvətlərindəndir.

Mən də bir qələm dostum, iş yoldaşım, həmkarım, həmdərdlim haqqında nəsə demək istədim. Dərd kitabını vərəqləməyə çalışdım. Orada nə yaxşı ki, həm də kamil söz mülkünün karvanı ilə qarşılaşdım, sarvanı tanıdığımız, həm də yaxşı tanımadığımız Zəkurə xanım idi. Üzü Qarabağa, Şuşaya... Laçına, Dəlidağa yol alan bu karvanın önündəki Zəkurə Quliyeva, arxadan axsaya-axsaya gedənsə mən idim, tanıdınız?

Məhəmməd Nərimanoğlu



SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb