AİLƏ DƏYƏRLƏRİMİZƏ QİYMƏT VERSƏK, DÜNYADA TANINARIQ

Sosial layihə / 30.07.2018 09:41

Dünyada çox az ölkə tapılar ki, ona şairlər diyarı, poeziya məkanı, böyük sənətkarlar yetişdirən məmləkət adı versinlər. Belə ölkələrdən biri də Odlar diyarı sayılan, Şərqlə Qərbin, Avropa ilə Asiyanın, İslam sivilizasiyası ilə xristian mədəniyyətinin sərhədlərində yerləşən Azərbay­candır. Azərbaycan həm də ailə dəyərlərinin ciddi qorun­duğu bir ölkə olaraq tanınır. Əgər əlimizin altında xəritə varsa, ona diqqətlə nəzər salsaq, görərik ki, qədim – bütöv Azərbaycan həmişə dünyanın aparıcı sivilizasiyalarının mərkəzində durub. Oda pərəstişliyin bünövrəsi də burada qoyulub, Zərdüşt peyğəmbərin atəşpərəstliyi vahid allah­lığa çevirməyi də. İstər ilkin xristianlığın sürətlə yayılması, istərsə də böyük İslam mədəniyyətinin zənginləşməsi məhz Azərbaycanımızla bağlıdır.

Dünyada elə bir millət də tapmaq çox çətindir ki, ailə dəyərləri ilə yaşayan insanların həyatı bütövlükdə poeziya ilə əhatələnsin: azərbaycanlı doğulanda – bayatı ilə qarşılanır, evlənəndə nəğmələrlə təbrik edilir, həyatdan köçəndə də mərsiyələrlə – ağılarla yola salınır.

Azərbaycan milli bədii söz sənəti kimi, kökləri qə­dimlərə çıxan poeziyası da bu təsirlərə görə həm açıq, həm sinkretik, həm də qlobal kulturoloji hadisədir. Bunu biz miladdan əvvəlki Qobustan qayalarına həkk olunmuş ilkin qayaüstü poetik rəsmlərdə də, xalqın lirik geninə çevrilmiş bayatılarda da, dini baxışlarının toplusu olan «Avesta»da da, ədəbi-bədii fikirlərin cəmi kimi qiymətləndirilən "Kitabi-Dədə Qorqud” eposunda da görürük, eyniliklə qədim türkcəmizdə, ərəbcə, farsca, çağdaş azərbaycanca, daha sonralar rusca, ingiliscə və başqa dillərdə yaradılan ədəbi-bədii nümunələrdə də müşahidə edirik. Daha peşəkar baxışla nəzər salsaq, Qədim Şərq, türk, Azərbaycan, yunan, ərəb, İslam, Avropa, Qərb, Rusiya, keçmiş sovet, eləcə də dünyanın modern ədəbi-poetik texnologiyalarının tələblə­rinə cavab verən zəngin ədəbi irsin də biz araşdırıcılara yuxarıdakı kulturoloji mülahizəni yürütməyə imkan yarat­dığını görərik.

Müqayisəli-tarixi metodla Azərbaycan, deməli, həm də Şərq və Qərb – dünya ailə-məişət əlaqələrini tədqiqə cəlb edəndə görürük ki, bu kulturoloji hadisə çox mürəkkəb və ənənəviliyini qoruyub saxlamaqla, həm də istənilən zaman üçün moderndir – yenilikdir.

Ailəni, qarşılıqlı sevgini ictimai-sosial model kimi təsvir edən dünya ədəbiyyatının böyük korifeyi Nizami Gəncəvinin yaradıcılıq enerjisində bunu daha aydın gö­rürük. Dövrünün qədim yunan, Roma, xaçpərəstlik, atəşpə­rəstlik, fars, türk, ərəb və Azərbaycan ədəbi-poetik, mədə­ni-fəlsəfi düşüncəsini özünün ölməz "Xəmsə”sində – beş mənzum romanında, həmçinin, divanındakı lirik-poetik nümunələrdə ustalıqla bəşəriyyətin kulturoloji irsinə çe­virən ulu Nizami həm öz çağında, həm də indiyə qədər mədəni məkana qədəm qoyan mütəfəkkirlərin yaradıcılığında bu irsi bəşəriyyətin etik və ailə dəyərlər sisteminə çevirib. Avropa ədəbiyyatının klassiki sayılan İohanq Höte özünün "Qərb-Şərq divanı”nda bunu çox incə nüanslarla verir...

XIX yüzilliyə qədər yaxın və uzaq xalqların elmi-fəlsəfi söz sənətinə təsiredici enerjisiylə seçilən Azərbaycan düşüncə texnologiyası o dövrdən başlayaraq artıq öz istiqamətini dəyişməyə və üzünü Avropa həyat tərzinə, düşüncəsinə tərəf tutmağa başladı. Rusiya, İran və Osmanlı imperiyaları arasındakı qlobal savaşlar nəticəsində parça­lanaraq üç yerə – Güney, Quzey və Qərbi Azərbaycana bölünmüş məmləkətimizdə məhz bu dövrdən başlayaraq bütün sahələrdə olduğu kimi, ailə dəyərləri sistemində də avropalaşma prosesi getdi. Bu ümummilli hadisə aralıq sivilizasiya və ya mədəniyyətlərin sərhədində yerləşən, Rusiya imperiyasının əsarətində olan Şimali Azərbaycanda özünü daha kəskinliklə büruzə verdi. Avropa ailə dəyərləri bizim cəmiyyət üçün naməlum olsa da, yad deyildi: ən azı ona görə ki, bu dəyərlərin formalaşmasında Azərbaycan insanı və məmləkəti birbaşa iştirak etmişdi.

Yada salmaq pis olmazdı ki, vaxtilə qədim yunan, Roma və ilkin xaçpərəstlik dövrünün ən dəyərli ədəbi-bədii, elmi-fəlsəfi əsərləri məhz əslən Azərbaycandan olan, dövrün böyük elm adamları tərəfindən elmi ünsiyyət vasitəsinə çevrilmiş ərəbcəyə tərcümə edilmiş, alimlərimiz bu elmi-intellektual bazanın yaradılmasında birbaşa iştirak etmiş, əsərlərini bu dildə yazan çoxsaylı türk-azəri ustad­larının böyük zəhməti sayəsində bu biliklər həm də Av­ropaya ötürülmüşdür. Sözsüz, tərcüməylə yanaşı, bu ağır intellektual-kulturoloji zəhmətə qatlaşanların mütərəqqi fikirləri, çoxsaylı elmi qeydləri, izahları, hətta müstəqil əsərləri İntibah dövrü Avropa ədəbi-mədəni, elmi-fəlsəfi düşüncəsinin, çağdaş Qərb sivilizasiyasının humanitar dəyərlərinin formalaşmasında xüsusi rol oynamışdır. Odur ki, estetik genində Azərbaycan milli düşüncəsinin genetik kulturoloji izləri yatmış Avropa sivillizasiyası ilə toqqu­şanda Azərbaycanda yeni və maraqlı bir mədəni proses başladı.

Əgər bütün bunları unutmasaq və sivil beynəlxalq elmi-mədəni ictimaiyyətin diqqətinə çatdırsaq, qlobal dünyada öz yerimiz, layiqli mövqeyimiz olacaq...

Bütün sahələrdə olduğu kimi, ailə münasibətlərində də millilik dövrünün bitdiyini hamımız yaxşı anlasaq da, onun yeni, modern fəlsəfəsi heç vaxt itmir: o, sadəcə, formasını dəyişir, yeni texnologiyalara uyğunlaşır. Azərbaycan ailəsinin modern formasının sərhədlərini axtarıb tapmaqda isə bizə klassik bilgilərlə yanaşı, yeni dəyərlər sistemi də yardımçı ola bilər...

Cəmilə Çiçək İsbəndiyarova,

AYB və AJB-nın üzvü,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb