Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz fədakarlıqları çox yüksək qiymətləndiririk

Cəmiyət / 18.05.2020 16:23

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Kəlbəcər rayonundan məcburi köçkünFazil Məlikovyazır: "Hörmətli cənab Prezident, xalqımız üçün bu narahat günlərdə mən də Sizə məktub yazmağı özümə borc bildim. İlk növbədə, qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbər təyin olunduğu 1969-cu ildə mən Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Həmin illərdə bir çox tələbə kimi, mən də müxtəlif dövlət tədbirlərində iştirak etmişəm, Ulu Öndərin necə böyük siyasi xadim olduğunu yaxından görmüşəm. Xoşbəxtlik mənə Zərifə xanım Əliyevanı da görməyi qismət edib. Belə ki, göz xəstəlikləri üzrə təcrübə dərslərini Zərifə xanımın işlədiyi tibb ocağında keçmişəm. Onun necə mehriban, sadə və savadlı bir həkim olduğuna şahidlik etmişəm.

Əziz Prezidentimiz, Siz bu ziyalı ailənin layiqli davamçısı olaraq insanlara qayğı göstərir, ölkəmizin uğurlu inkişafını təmin edirsiniz. Mən bir həkim-pediatr olaraq bilirəm ki, xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və səmərəlidir. Sizin koronavirus xəstəliyinə qarşı vaxtında tədbirlər görməyinizin nəticəsidir ki, Azərbaycan bir çox ölkələrdən daha az yoluxma və ölüm halına malikdir. Əminik ki, Siz bu çətinliyin də öhdəsindən gələcəksiniz. Biz kəlbəcərlilər Sizinləyik. Bir daha Sizə təşəkkür edirəm”.

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvüVüsal Əmirlininməktubunda deyilir: "Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) xəstəliyi dünyada hələ pandemiya elan edilməmişdən əvvəl epidemiyanın geniş vüsət alacağını uzaqgörənliklə düşünərək başda səhiyyə sahəsi olmaqla, bütün qurumları səfərbər etməyiniz, xalqımızı bu xəstəlikdən qorumaq üçün atdığınız addımlar, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ayırdığınız böyük vəsaitlər Sizin necə güclü lider olduğunuzu dünyaya bir daha sübut etdi. Dünyanın üzləşdiyi bu çətin dövrdə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə on minlərlə ailəyə etdiyi yardımlar bütün xalqın sizlərə olan rəğbətini daha da artırdı.

Cənab Prezident, bir şəhid övladı olaraq Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, təşəkkür edirəm”.

Saatlı rayonunun Qaralar kəndindənHafiz Babayev: "Hörmətli cənab Prezident, mənim 82 yaşım var. Sizin tapşırığınıza əməl edərək iki aya yaxındır ki, evimdə qalıram, ən əziz insanlarımı görməyə də getmirəm. Bilirəm ki, yaşlı insan virusa tez yoluxur və xəstəliyi daha ağır keçirir. Mən mütəmadi olaraq xəbərləri izləyirəm. Bu virusun dünyanın 200-dən çox ölkəsində yayıldığını bilirəm. Özü də əksər ölkələrdə kütləvi insan tələfatına səbəb olub. Lakin Sizin uzaqgörənliyiniz, xalqınıza qayğıkeşliyiniz nəticəsində Azərbaycanda ölüm və yoluxma sayı çox azdır.

Hörmətli cənab Prezident, XXI əsrin ən qorxulu bioloji müharibəsindən xalqımızın salamat qurtulması üçün göstərdiyiniz fədakarlığa görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı hər zaman köməyiniz olsun!”.

Ağdam rayonunun sakiniRövşən Şıxıyev: "Hörmətli cənab Prezident, Sizin Azərbaycan Respublikasının inkişafında çox böyük xidmətləriniz var. Ağdam rayonunda bütün sahələrdə aparılan işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Rayon ictimaiyyəti Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Ağdamdan Bərdəyə gedən və uzunluğu 30 kilometr olan yeni yolun tikilməsi, rayonun İmamqulubəyli kəndində tibb məntəqəsinin istifadəyə verilməsi rayon sakinlərinin böyük sevincinə səbəb olub. Rayon ərazisində qısa müddətdə bir neçə uşaq bağçasının tikilməsi isə Sizin gələcəyimiz olan uşaqlara qayğınızın göstəricisidir. Bu işlərin belə qayğılı günlərdə də dayanmaması Sizin əzminiz sayəsindədir. Rayonda aztəminatlı ailələrə verilən yardımlar həm də onlara mənəvi dəstəkdir.

Möhtərəm cənab Prezident, biz ağdamlılar görülən işlərə, yaradılan şəraitə görə Sizə minnətdarlığımızı bildirir, uğurlu fəaliyyətinizdə yeni zirvələr fəth etməyi arzulayırıq”.

Lerik rayonunun Vistən kəndinin sakiniCoşqun Rəsulov: "Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr bir vətəndaş kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsiniz.

Cənab Prezident, daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük!”.

Lənkəran rayonunun Kərgəlan kəndindənCümşüd Kərəmov:"Möhtərəm cənab Prezident, Siz daim Azərbaycan xalqının yanındasınız, ona diqqət və qayğı göstərirsiniz. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, sağlamlığımızın qorunması üçün verdiyiniz tövsiyələri yüksək dəyərləndiririk. Bu ağır günlərdə xalqımızın sağlamlığını, onun rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarlığımızı bildirir, "Çox sağ olun!” deyirik. Allahdan Sizə dünyada ən gözəl nemət olan cansağlığı diləyirik. Allah Sizi qorusun!”.

Gəncə şəhərinin sakiniSəbinə Əlizadə: "Əziz Prezidentimiz, mən bir təhsil işçisi olaraq apardığınız uğurlu siyasəti yaxından izləyir və tam dəstəkləyirəm. Son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələrlə əlaqədar Sizin təəssübkeşliyinizdən və fədakarlığınızdan qürur hissi duyuram. Koronavirusa qarşı vaxtında həyata keçirdiyiniz profilaktik tədbirlərin səmərəsini və müsbət nəticələrini hamımız görürük. Sizin istər siyasi, istərsə də sosial sahədə atdığınız hər addımınız demokratik və humanist ideyalara söykənir.

Əziz Prezidentimiz, tarix hər zaman öz liderlərini yetişdirir. Siz müstəqilliyimizi, rifahımızı bizə bəxş edən dahi liderimizin xalqımıza miras qoyduğu siyasətin ən uğurlu və layiqli davamçısısınız. Biz Sizi hər zaman dəstəkləyirik və Sizə inanırıq”.

Bərdə rayon sakinləriSənubər Nəcəfova, Nüsrət Məmmədov, İsmət Hacıyev və Səfiyar Nayıbovyazırlar: "Hörmətli cənab Prezident, Sizin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı imzaladığınız sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsinə dair dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik. Vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminik.

Cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Bərdə rayonunun sakinləri adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz bəhrəsini verəcək”.

Lerik rayonundanNəriman Həsənov, Nazim Əliyev və Mehdi Ağayevdövlətimizin başçısına minnətdarlıqlarını bu sözlərlə ifadə edirlər: "Hörmətli cənab Prezident, Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz leriklilər çox yüksək qiymətləndiririk. Sizin məqsədyönlü işləriniz, vaxtında gördüyünüz tədbirlər hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Siz həmişə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdiniz, uğurlu yol seçdiniz.

Cənab Prezident, biz Sizi dəstəkləyir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz”.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb