Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 28-ci ili ilə bağlı bəyanat yayıb

Siyasət / 18.05.2020 13:24

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Laçının işğalının 28-ci ili ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Laçın Azərbaycan Respublikasının Ermənistan ilə sərhədində yerləşən, çox böyük strateji əhəmiyyətə malik bölgələrindən biridir.

Ermənistan silahlı qüvvələrinin Laçına hücumu rayonun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndinin işğal altına düşməsinə gətirib çıxarıb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən talana və məhvə məruz qalıb. 77 mindən çox Laçın sakini məcburi köçkünə çevrilib və onların mülkiyyətləri talan edilib. Laçından olan məcburi köçkünlər müvəqqəti olaraq Azərbaycan Respublikasının 57 şəhər və rayonunda məskunlaşıb.

6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq Ermənistanın işğalı nəticəsində vandalizmə məruz qalmışdır ki, bu da rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsindən yalnız bir neçəsidir.

Laçının işğalından sonra rayon ərazisində təbii resurslar talan edilib. Digər işğal olunmuş ərazilərdə olduğu kimi xüsusilə Suriyadan olan erməni əsilli qaçqınlar qanunsuz olaraq Laçın rayonunda məskunlaşdırılıb. Laçının işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 77 mindən çox azərbaycanlının təməl insan hüquqlarını pozaraq rayonun demoqrafik tərkibinin dəyişdirilməsi istiqamətində Ermənistanın atdığı addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Laçının ardınca Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədlərinə daxil olmayan Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalı Ermənistanın əsl məqsədinin güc yolu ilə yeni ərazilərin qəsb edilməsindən, ekspansiya siyasətindən ibarət olduğunu bir daha sübut edib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən bütün işğal edilmiş Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış 1 milyondan çox olan azərbaycanlılar adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını tələb etməyi çağırırıq.

Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə xidmət edən açıqlamaları və Azərbaycan ərazilərinin ilhaqına yönəlik çağırışları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurmaqda davam edir.

Bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların, o cümlədən laçınlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər.

Buna görə də, biz - Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bölgənin erməni icmasını dialoqa dəvət edirik.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb