“İrəli” İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib

Cəmiyət / 19.05.2020 17:29

"İrəli" İctimai Birliyi onlayn formatda Hesabat-Seçki konfransı keçirib.

300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda ilk olaraq "İrəli” İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir. Hesabat dövrü ərzində "İrəli” İB-nin vətənpərvərlik, dövlətçilik və azərbaycançılığın təbliği üzrə onlarla müxtəlif layihə çərçivəsində 22600-dən artıq gənci əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, yeni növ koronovirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən "İrəli” İB online formatda 3 iri silsiləli layihə həyata keçirib və hazırkı hesabat-seçki konfransı da bu onlayn fəaliyyətin bir təzahürüdür.

Hesabat məruzəsindən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesinə başlanılıb. İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə İctimai Birliyin İdarə Heyətinin yeni sədri seçilib.

Göstərilən yüksək etimada görə "İrəli" kollektivinə təşəkkür edən Şahin Rəhmanlı daim gənclərin yanında olacağını, bundan sonra da peşəkar komanda ilə İctimai Birliyin uğurları üçün çalışacağını bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, elmi potensialını səmərəli şəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir, ölkəmizin dayanıqlı inkişafını şərtləndirir. Qeyd olunub ki, bu yaxınlarda dövlət başçısının müvafiq sərəncamı "İrəli” İB İdarə Heyətinin sabiq sədri MirHəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması "İrəli" İctimai Birliyinin və dolayısı ilə bütün gənclərin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bu qiymət və diqqətə görə ölkə başçısına "İrəli” üzvləri adından minnətdarlığını bildirən Şahin Rəhmanlı vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib.

Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, YAP Gənclər Birliyinin Sədri Seymur Orucov, AR Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək "İrəli” İctimai Birliyinin bugünə kimi olan uğurlu fəaliyyətindən bəhs ediblər. Eyni zamanda "İrəli” İB-nin yeni sədri Şahin Rəhmanlını təbrik edib, birliyin bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı MirHəsən Seyidov "İrəli” İB-nin daim ölkəmizin maraqlarını ön planda saxladığını, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışdığını vurğulayıb. Yeni İdarə Heyəti və təşkilatın sədri Şahin Rəhmanlını təbrik edən M.Seyidov təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonda "İrəli” İB-nin üzvləri təşkilatın işində fəal iştirak etməyə, "İrəli”nin dəyər və prinsiplərini fəal təbliğ etməyə çağırılıbla



SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb