Azay Quliyev: Ermənilər özlərinin də tanımadığı bir qurumun rəhbərinə andiçmə mərasimi keçirməklə nə qədər riyakar olduqlarını göstərirlər

Xəbər / 19.05.2020 15:54

Ermənistan hökuməti mayın 21-də Dağlıq Qarabağda yaratdığı qondarma rejimin qondarma başçısına Şuşada bir mərasim keçirməyi planlaşdırır. Sual olunur, niyə bu məsxərəni məhz Şuşada təşkil edirlər? Ona görə ki, martın 31-də ermənilərin orada təşkil etdikləri seçki oyunu tamamilə fiaskoya uğradı. Lakin ermənilər özlərinin belə tanımadığı bir qurumun rəhbərinin andiçmə mərasimini keçirməklə nə qədər riyakar olduqlarını göstərmiş olurlar.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Quliyev bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə Ermənistan rəhbərliyi özünü tamamilə ifşa etdi, daxildə və xaricdə rəzil vəziyyətə düşdü:

"Bütün beynəlxalq təşkilatlar - BMT, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, ATƏT PA, AŞ PA, Qoşulmama Hərəkatı, GUAM və s. demək olar ki, bütün beynəlxalq təşkilatlar, dünyanın bütün aparıcı ölkələri istisnasız və birmənalı olaraq Ermənistanın bu qanunsuz hərəkətini qınadı, haqlı olaraq dırnaqarası seçkiləri qeyri-legitim adlandırdılar və işğalın nəticəsinin heç bir halda tanınmayacağını açıq şəkildə bəyan etdilər. Yeri gəlmişkən, onu da deyim ki, postsovet məkanında olan digər qondarma rejimlərin təşkil etdiyi qanunsuz seçkilərə də biz hər zaman bir sıra beynəlxalq təşkilatların etirazının şahidi olmuşuq.

Ancaq Dağlıq Qarabağda bu dəfə keçirilən qanunsuz seçkilərə dünya ictimaiyyətinin göstərdiyi sərt təpki, digər ölkələrdə qondarma rejimlərin seçki şousuna olan etirazlardan daha fərqli, daha güclü və daha mütəşəkkil idi. Bu isə Ermənistanın 30 il apardığı işğalçılıq və etnik təmizləmə siyasətinə, qondarma Dağlıq Qarabağ Respublikasını tanıdılması istiqamətində dünya ermənizminin göstərdiyi bütün səylərə ağır bir zərbə oldu. Hətta özünün forpostu adlandırdığı ölkə belə seçki şousunu açıq şəkildə rədd edərək Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsinin vacibliyini dilə gətirdi. Digər ölkələrdə yaradılmış oyuncaq və qondarma rejimlərdən fərqli olaraq, heç kim bu gün Azərbaycan ərazisində yaradılmış oyuncaq rejimi tanımır. Bax budur, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin əldə etdiyi real nəticə, diplomatik və siyasi uğur. Ona görə də rəzil vəziyyətə düşən Paşinyan özünə təskinlik tapmaq, Münhendə yaşadığı biabırçılığı və seçki fiaskosunu unutdurmaq, ictimai reytinqini reanimasiya etdirmək üçün Şuşada belə bir şou təşkil etmək istəyir".

A.Quliyev vurğulayıb ki, ermənilər özlərinin belə tanımadığı bir qurumun rəhbərinin andiçmə mərasimini keçirməklə özlərini təkcə gülməli vəziyyətə salmırlar, həm də nə qədər riyakar və ikiüzlü olduqlarını bir daha dünyaya göstərmiş olurlar:

"Bu baxımdan da hesab edirəm ki, düşmənin bu təxribatına xüsusi əhəmiyyət vermədən yolumuza davam etməliyik, torpaqlarımızı işğaldan azad etmək üçün daha güclü və daha mütəşəkkil olmalıyıq. Ordumuzu daha da gücləndirməliyik. Ali Baş Komandanın ətrafında daha sıx birləşməliyik. Bəli, Azərbaycan Ordusu dünəndən irimiqyaslı hərbi təlimlərə başlayıb. Hesab edirəm ki, məhz bu məqamda hərbi təlimlərin başlanması düşmənə yaxşı mesajdır. Əminəm ki, düşmənin bütün təxribatlarına ən yaxşı cavabı 2016-cı ilin aprelində olduğu kimi, yenə də ordumuz verəcək, münaqişədə isə son nöqtəni Azərbaycan əsgəri qoyacaq. Buna heç kimin şübhəsi olmasın”.



SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb