Prezident İlham Əliyev: Gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək
Gündəm / 19.05.2020 17:17

Gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"İnformasiya-kommunikasiya texnologiyaları sahəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda geniş vüsət almağa başlamışdır. Xatırlayıram, biz kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlayanda bəziləri təəccüb edirdi, bəziləri düşünürdü ki, Azərbaycan o qədər də böyük ölkə deyil, - kosmik klub dünya miqyasında çox məhdud bir klubdur, - və Azərbaycan üçün orada özünə yer tapmaq çətin olacaq. Ancaq həyat göstərdi ki, biz düzgün yoldaydıq. Çünki kosmik sənayenin yaradılması, üç peykin orbitə çıxarılması təkcə iqtisadi və digər maraqlarımızı təmin etmir, eyni zamanda, bu, kadrların hazırlanması, gənc kadrların yeni texnologiyalara sahib çıxması baxımından da çox önəmli idi. Kadr hazırlığı olmadan müasir texnologiyalar heç bir ölkədə inkişaf edə bilməz. Ona görə biz həm dövlət resurslarımızı bu istiqamətə cəlb etdik və çox düzgün proqram tərtib etdik, həm də kadr hazırlığı ilə əlaqədar əməli-praktiki addımlara start verdik. Çünki bax, bu gözəl DOST Mərkəzinin timsalında görürük, əgər burada peşəkar kadr olmasa, bu Mərkəz fəaliyyət göstərə bilməz. Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır.
Ona görə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgün idi və CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirdiyim görüş də bunu bir daha göstərdi. Biz təkcə CISCO şirkəti ilə əməkdaşlıq etmirik, biz demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. CISCO şirkəti ilə biz, deyə bilərəm ki, artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşırıq. Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafımıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər – "Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq "Smart Nation” – yəni, "Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir.
Pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Ona görə hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır. Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək".
2023-02-02
09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
09:05 Bu gün Gənclər Günüdür
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları