“QHT-lərlə birgə monitorinqlər aparılmalıdır - Sahib Alıyev

Gündəm / 20.05.2020 09:00
"Hesabatda da vurğulanır və mən də bu fikirdəyəm ki, QHT-lərlə birgə zorla əməyə cəlb edilib-edilməmənin araşdırılması məqəsdiylə onlardan ən çox istifadə edilən sahələrdə monitorinqlər aparılmalıdır. Və müəyyən suallar yaranmasın deyə əgər lazım olarsa, monitorinq keçirilən yerlərdə, oradan seçilən deputatların köməkçiləri də bu prosesə cəlb edilə bilərlər".

Bu fikirləri millər vəkili Sahib Alıyev İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ətrafındakı çıxışı zamanı bildirib.

Sahib Alıyev çıxışında qeyd edib:

Hörmətli xanım sədr, dəyərli həmkarlar, mən hesabatla bağlı fikirlərimi sizinlə bölüşməmişdən öncə fürsətdən istifadə edərək, koronavirus pandemiyası meydana çıxandan Azərbaycan polisinin göstərdiyi fədakarlığa toxunmaq istəyirəm. Polislərimiz və daxili qoşunlardakı hərbçilərimiz koronavirusla mübarizəyə cəlb olunan tibb işçilərizimin geyindikləri bir çox qoruyucu geyimlərdən bəlli səbəblərdən istifadə edə bilmədiklərindən əslində onlardan da çox həyatlarını risqə ataraq bu gün bizim təkcə təhlükəsizliyimizin yox, həm də sağlamlığımızın keşiyində dururlar. Peşəkarlıqla, davranışlarından da gördüyümüz kimi səbr və nəzakətlə. Ona görə də onlara həm öz adımdan, həm də seçicilərimin adından təşəkkür edirəm.

Hesabata gəldikdə əvvəlkilər kimi, bu hesabat da yığcam olmaqla yanaşı, 2019-cu ildə insan alverinə qarşı mübarizənin Palermo protokolunun tələblərinə uyğun şəkildə 3 əsas istiqamətinin üçünü də özündə əks etdirir. Bunlar birincisi, insan alverinin qarşısnın alınması yönündə proflaktik tədbirlərin görülməsi, bununla bağlı məlumatlandırmanın artırılması, ona yol açan reallıqların təsbiti və aradan qaldırılmasıdır, ikincisi, mənşə və təyinat ölkələrin də uyğun strukturalarıyla birgə reallaşdırılan cinayət təqibidir, üçüncüsü isə insan alveri qurbanlarına kömək və kompensasiya təminatları məsələləridir ki, məruzəçinin çıxışından da göründüyü kimi bunların hamısıyla bağlı hesabatda faktlar yer alıb.
Dinlədiyimiz çıxışdan və bizə təqdim olunan hesabatdan gəldiyim nəticələr hansılardır? Ötən il 153 min iş yerinin kölgədən çıxarılması faktı, ümumiyyətlə, sosial sahədə və iqtisadiyyatda aparılan islahatlar insan alverinin bir qolu olan məcburi əməyə cəlb edilmə hallarının azalması, onun profilaktikası baxımından da çox önəmlidir.

Azərbaycanda olma və yaşama qaydalarını pozan 11 min 564 əcnəbinin müəyyənləşdirilib inzibati məsuliyyətə cəlb edilmələri, onlardan 8093 nəfərinin vətənlərinə göndərilməsi də bir tərəfdən dövlət strukturlarında aparılan islahatların səmərəliliyini, digər tərəfdən də insan alverinin qarşısının
alınmasına, bütövlükdə kriminogen duruma da müsbət təsir göstərdiyini ortaya qoyur.
Beynəlxalq Əmək Təşkilatı bildirir ki, Şərqi Avropada və Mərkəzi Asiyada hər min nəfərə 3,9 nəfər asılı vəziyyətdə olan, məcburi əməyə cəlb edilən və digər insan alveri qurbanları düşür. Məhz göstərilən regionda yerləşən ölkəmizdə insan alveri qurbanlarının sayının Beynəlxalq Əmək Təşkilatının açıqladığı statistikada kından qat-qat az olması, bir sıra reallıqlarla yanaşı, təbii ki, bizdə bununla bağlı görülən tədbirlərin effektliliyindən xəbər verir.

İnsan alverinə qarşı mübarizədə institut olaraq bununla məşğul olan qurumların və bütövlükdə dövlətin özünün güclülüyü son dərəcə mühüm faktordur ki, bunu beynəlxalq təcrübə də təsdiqləyir. Çünki dövlət zəif olduqda insan alveri qurbanları düşdükləri vəziyyətlə bağlı əlaqədar orqanlara xəbər verməyə qorxurlar. Qorxurlar ki, dövlət yiyə çıxmayacaq və insan alverçiləri isə bundan sonra onlarla daha pis rəftar edəcəklər.

Görüən bütün tədbirlərə rəğmən 2019-cu ildə özündən əvvəlki illərlə tutuşdurduqda insan alveriylə bağlı cinayətlərdə artımın qeydə alınması məncə, ona qarşı mübarizə aparan qurumların da fəaliyətlərinin daha da təkmilləməsi və görünür həm də şəffaflıq məsələləriylə bağlıdır.

İnsan alveri qurbanlarından söz düşərkən Ermənistanda əsirlikdə və girovluqda olan azərbaycanlıların qul kimi istismarları, ən dəhşətlisi isə transplantasiya məqsədilə onların orqanlarının çıxarılıb satılması faktları var ki, biz hər dəfə onu xatırlatmalıyıq. Və burada hörmətli Siyavuş Novruzov da toxundu özlərini ana müxalifət adlandıran bəzi partiyalar var ki, heç bir siyasi fəaliyyətləriylə diqqət çəkməyən gənclərə rüşvət qarşılığında arayış verib guya təqib olunurlarmış kimi Avropaya göndərirlər. Onların da bir çoxu gedib orada əslində siyasi mühacirdən çox insan alveri qurbanlarının yaşadıqları taleyi yaşayır, ya da Azərbaycana qarşı çirkli məqsədlər üçün istifadə edilirlər.
Ortada alman polisinin araşdırmaları var və ümid edirəm ki, uyğun orqanlar bununla bağlı gərəkən addımları atacaqlar.
Son 15 ilin statistikasına nəzər saldıqda 92% təşkil etməklə ən çox insan alveri qurbanları sırasında yer alanlar qadınlar olduğu kimi dəhşətlisi odur ki, onları qurbana çevirənlərin də yenə əksəriyyəti qadınlardır. Yəni bu əməllərə görə məsuliyytə cəlb edilənlərin 15 faizi sənədlərə əsaslansaq kişi, 85 faizi
qadınlardırsa, bu, düşündürücü məqamdır. Belə acınacaqlı statsitikanın mümkün qədər azaldılmasında cəmiyyətin rolunun gücləndirilməsi üçün onsuz da saylarının cüziliyini nəzərə alaraq, fikrimcə, ilk növbədə regionlarda başında qadınların durduğu, qarşısına insan alveri faktlarının aradan qaldırlması və onun qurbanlarına yardım məqsədi qoyan QHT-lərin yaradılmasına ehtiyac var.
İnsan alverinin azərbaycanlı qurbanlarının çoxunun - 69 faizinin məhz Türkiyədə aşkarlanması faktına da toxunmaq istərdim. Biz mediadan da görürük ki, bu insan alverinə cəlb edilənlərdən qaçaqmalçılıq, fırıldaq, soyğunculuq kimi digər əməllərdə də istifadə olunur. Və belə faktlara dayanaraq oradakı hayların, eyni zamanda da Azərbaycan-Türkiyə qardaşlığına qısqanclıqla yanaşan digər çevrələrin maliyyələşdirdikləri, çıxışları olduqları mediada, tamaşa və filimlərdə xalqımız aşağılanır, iki təbii strateji müttəfiq arasındakı ilişkilərə kölgə salmağa çalışılır. İnsan alverinin bax belə bir tərəfi də var. Məncə, biz - qanunverici orqanın təmsilçiləri də biri o birindən doğan bütün bu xoşagəlməz halların qarşısının alınması üçün daha nələrə ehtiyac duyulduğu haqda türkiyəli həmkarlarımızla fikir mübadiləsi aparmalıyıq.
Burada bir faktı xatırlatmaq istəyirəm ki, ötən ilin iyulunda Avropa İnsan haqları məhkəməsi Yunanıstanda cinsi istismara məruz qalan 3 rusiyalı qadına 48 min avro kompensasiya ödəməsi haqda qərar çıxardı. Yəni artıq belə bir pretsedentin varlığı ümid edirəm ki, təyinat ölklərində insan alverçilərinə qarşı daha sərt addımların atılmasını şərtləndirəcək.
İnsan alveri qurbanlarını müəyyənləşdirmək üçün internet informasiya resurslarında və mediada monitorinqlərin keçirlməsini müsbət qiymətləndirirəm. Amma bu haqdakı 100-ə yaxın informasiyanın yoxlanılması zamanı onlardan ancaq 4-nün təsdiqini tapması da maraqlı faktdır. Bir tərəfdən bu, sosial şəbəkədəki qərəzli və yoxlanmamış, saxta faktların dövriyyəyə buraxılmasının insan alverinə yanaşmada da özünü göstərdiyini üzə çıxarırsa, digər tərfdən də, obyektiv informasiyaların bu cür mənfi halların aradan qaldırılmasında necə mühüm rol oynaya biləcəyini gösətrir. Ona görə də özəlliklə də jurnalist həmkarlarımı bu məsələyə həm daha çox diqqət yetirməyə, həm də ancaq doğruluğu yoxlanmış informasiyaların dərcinə səsləyirəm ki, insan alverinə qarşı mübarizə aparan qurumlar onların izinə düşükdə lazımsız vaxt və resurs itkisiylə üzləşməsinlər.
Nəzərə alsaq ki, insan alveri deyiləndə söhbət bununla məşğul olanlarla yanaşı ən müxtəlif səbəbdən genişlənməsində digər maraqlı tərəflərin də olduğu, ildə ən azı 150 milyard dollar gəlir gətirən və bir sıra hallarda ora cəlb edilənlərin öz qurbanlıqlarını anlamadıqları bir biznesdən gedir, demək, onunla mübarizənin effektliyi təkcə güc srturkturlarımızın peşəkarlığına və qətiyyətinə bağlı məsələ deyil, həm də bütövlükdə ölkədəki duruma, o sıradan da cəmiyyətin yetkinliyinə və belə hallara qarşı reaksiyasının necəliyinə bağlıdır. Ona görə də bu yöndə mübarizədə biz qanunvericilik orqanının təmsiçiləri başda olmaqla cəmiyyətin bütün üzvləri əllərindən gələn dəsətyi verməlidirlər.
Hesabatda da vurğulanır və mən də bu fikirdəyəm ki, QHT-lərlə birgə zorla əməyə cəlb edilib-edilməmənin araşdırılması məqəsdiylə onlardan ən çox istifadə edilən sahələrdə monitorinqlər aparılmalıdır. Və müəyyən suallar yaranmasın deyə əgər lazım olarsa, monitorinq keçirilən yerlərdə, oradan seçilən deputatların köməkçiləri də bu prosesə cəlb edilə bilərlər.


SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb