Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

Xəbər / 21.05.2020 17:03

Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən deyib.

Azərbaycan Prezidenti vurğulayıb:

"Ödənişli ictimai iş yerlərinin yaradılması artıq bir neçə ildir ki, təmin edilir və biz bu kateqoriyaya aid olan insanların sayını ildən-ilə artırırıq. Biz 30 mindən başlamışıq. Bu il mənim göstərişimlə 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır və bu istiqamətdə artıq nəticələr vardır. Ancaq əfsuslar olsun ki, bəzi icra başçılarının cinayətkar əməllərinə görə, bu sahə də ən korrupsiyalaşmış və ən çirkin sahəyə çevrilib. O işlərə cəlb edilən insanların ödəniş kartları icra başçıları tərəfindən oğurlanırdı. Həbs olunmuş bütün icra başçılarının iş otaqlarından və onların yaxınlarının iş otaqlarından yüzlərlə ödəniş kartı çıxır. Bu pul kasıb, özünə iş tapa bilməyən insanlara çatmalıdır. Xüsusilə pandemiya dövründə bütün ölkələrdə iş yerləri ixtisar edilir, bütün ölkələrdə işsizlik artır, o cümlədən Azərbaycanda. Belə bir vəziyyətdə kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir. Ona görə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, onlar ümumi nəzarət və eyni zamanda, monitorinq aparsınlar. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bu işləri ciddi təhlil edin, görün nə qədər insan cinayətkar icra başçıları tərəfindən bu imkandan məhrum edilib. Biz bu ədaləti bərpa etməliyik.

Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub. Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır".



SON XƏBƏRLƏR

2020-08-10

13:39 “Serbiyanın bu addımı Azərbaycanın diplomatik uğurudur”

2020-08-07

19:26 "Mən səni Azərbaycan qədər sevirəm!"

18:34 Sülh üçün Beynəlxalq İnstitutun saytı: “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub”

18:23 Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi

17:57 “Vətənin müdafiəsinə hazırıq”

17:41 Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib

17:13 Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər

16:35 Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

16:00 Şura üzvü: Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir

14:53 QHT sədri: Prezident İlham Əliyevin tapşırığı ilə sosial proqramlar genişlənir

14:51 Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

13:55 Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

11:30 Nazir 190 manat birdəfəlik ödəmələrin nə vaxt veriləcəyindən danışdı

11:20 Ehsan Zahidov: Qaydalara riayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır

11:11 2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

10:51 İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

10:27 Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb

10:25 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

2020-08-06

19:45 Şuranın dəstəyilə QHT-lərə konsultativ, məlumat və təşkilati-texniki xidmətlər göstəriləcək

17:06 Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü

17:00 Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi: Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir

16:50 “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsinin növbəti videoçarxı Polad Həşimovun xatirəsinə ithaf olunub

16:33 Prezident İlham Əliyev: Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin

14:57 Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olunub (FOTO)

14:47 Azərbaycan dövlət dilinin qorunması və inkişafı: kreativ yanaşmalar dəstəklənəcək

14:41 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq

14:02 Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb

13:39 Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

12:47 Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər (FOTO/VİDEO)

12:44 İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (FOTO) (YENİLƏNİB)

12:28 2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

11:33 Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

10:38 Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb - RƏSMİ

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İdman Product image

14:29 “Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb