Sahibə Qafarova: Görülən tədbirlərin nəticəsidir ki, ölkəmizdə koronavirusun yayılması ilə bağlı vəziyyət nəzarət altına alınıb

Siyasət / 21.05.2020 09:19

98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, videoqəbulda millət vəkili seçicilərin orta məktəb binalarının və uşaq evi-bağçaların təmiri, sakinlərin içməli su ilə təminatı, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, Atabəy kəndinin qazlaşdırılması, bəzi kəndlərdə aralıq su kanallarının təmiri və betonlaşdırılması, gənclərlə bağlı layihələrin reallaşdırılması və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib.

Qeyd olunub ki, millət vəkili S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Hazırda isə həmin məsələlər müvafiq Dövlət Proqramında öz əksini tapıb.

S.Qafarova qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir.

O, son illərdə ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin reallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Millət vəkili təhsil infrastrukturunun yaxşılaşdırılmasının ölkəmizdə sosial siyasətin başlıca hədəflərindən biri olması, bununla bağlı dövlət proqramlarının icra edilməsi, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti barədə də məlumat verib.

S.Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib və bu tədbirlərin nəticəsidir ki, hazırda virusun yayılması ilə bağlı vəziyyət nəzarət altına alınıb:

"Ona görə də ölkəmizdə koronavirusla əlaqədar karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Bununla belə, təhlükə hələ tam sovuşmayıb və gündəlik yoluxma halları qeydə alınmaqdadır”.

Bunu nəzərə alaraq S.Qafarova hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Millət vəkili deyib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də müəyyən dərəcədə təsir göstərib. İndi seçicilərlə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Bu gün keçirilən videoqəbul da bu məqsədlə təşkil olunub.

S.Qafarova qarşıdakı dövrlərdə də seçicilərlə videokonfrans vasitəsilə görüşlərin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb