Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

Siyasət / 22.05.2020 16:18

Şuşada qondarma "andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin açıqlamasında deyilir.

T.Gəncəliyevin sözlərinə görə, dünən – 21 may tarixində Ermənistan ən yüksək səviyyədə sülh prosesinə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz "seçki” şousu ilə təyin etdiyi qondarma "prezident” üçün, qondarma "andiçmə mərasimi” təşkil etdi. Bu təxribat Ermənistan siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, Azərbaycan kinoteatrının binasında təşkil edildi:

"Bütün addımlar – qondarma "seçki” şousu, qondarma "andiçmə” tədbiri və ən əsası bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə - Şuşada təşkili bir məqsədə xidmət edirdi - sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək.

Hətta dünən təşkil edilən "tədbir” o qədər mənasız və əssassız idi ki, qondarma rejimin yeni oyuncaq "rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar etdi.
Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə əslində çox aydındır, Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə.
Qətiyyətlə bildiririk ki, Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq.

Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapmışdır. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan Respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.
Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Bir daha bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll oluna bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu bizim üçün qırmızı xəttdir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir".



SON XƏBƏRLƏR

2020-08-10

13:39 “Serbiyanın bu addımı Azərbaycanın diplomatik uğurudur”

2020-08-07

19:26 "Mən səni Azərbaycan qədər sevirəm!"

18:34 Sülh üçün Beynəlxalq İnstitutun saytı: “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub”

18:23 Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi

17:57 “Vətənin müdafiəsinə hazırıq”

17:41 Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib

17:13 Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər

16:35 Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

16:00 Şura üzvü: Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir

14:53 QHT sədri: Prezident İlham Əliyevin tapşırığı ilə sosial proqramlar genişlənir

14:51 Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

13:55 Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

11:30 Nazir 190 manat birdəfəlik ödəmələrin nə vaxt veriləcəyindən danışdı

11:20 Ehsan Zahidov: Qaydalara riayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır

11:11 2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

10:51 İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

10:27 Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb

10:25 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

2020-08-06

19:45 Şuranın dəstəyilə QHT-lərə konsultativ, məlumat və təşkilati-texniki xidmətlər göstəriləcək

17:06 Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü

17:00 Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi: Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir

16:50 “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsinin növbəti videoçarxı Polad Həşimovun xatirəsinə ithaf olunub

16:33 Prezident İlham Əliyev: Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin

14:57 Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olunub (FOTO)

14:47 Azərbaycan dövlət dilinin qorunması və inkişafı: kreativ yanaşmalar dəstəklənəcək

14:41 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq

14:02 Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb

13:39 Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

12:47 Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər (FOTO/VİDEO)

12:44 İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (FOTO) (YENİLƏNİB)

12:28 2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

11:33 Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

10:38 Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb - RƏSMİ

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İdman Product image

14:29 “Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb