Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

Cəmiyət / 22.05.2020 18:09

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

Trend-in məlumatına görə, onlayn görüşdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Zaliha Tahirova, həmçinin Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə iştirak ediblər.

Müvəkkil onlayn görüşdə iştirak edən QHT nümayəndələrini salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə onları təbrik edib, xoş arzularını bildirib.

Səbinə Əliyeva Müvəkkil kimi səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini, qısa zaman kəsiyində təşkil edilən tədbirlərə QHT nümayəndələrin də cəlb olunduğunu, bu əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi məqsədilə geniş bir toplantının keçirilməsinin qərara alındığı, lakin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əsasən ölkəmizdə kütləvi tədbirlərin müvəqqəti olaraq dayandırılmasına görə canlı görüşün baş tutmadığını bildirib. Ombudsman qeyd edib ki, pandemiyadan sonra QHT nümayəndələri ilə birgə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Müasir dövrdə QHT-lərin vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib elementlərindən birinə çevrildiyi, dövlət tərəfindən həyata keçirilən islahatlarda vətəndaş cəmiyyəti institutlarının fəal şəkildə iştirak etməsinə şərait yaradıldığı, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq olunması haqqında” ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamında bu sənədin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edilməsinin icra orqanları qarşısında bir tapşırıq olaraq müəyyən edildiyi bildirilib.

Milli insan hüquqları təsisatı olaraq fəaliyyətə başladığı ilk dövrdən müxtəlif profilli çoxsaylı QHT-lərin təmsil olunduğu Ombudsman yanında Müstəqil Ekspertlər Şurasının yaradılmasının əhəmiyyətli olduğunu vurğulayan Müvəkkil vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT-lərlə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Ombudsman Müstəqil Ekspertlər Şurasının gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat verib, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara veriləcək hesabatların hazırlanması, qanunvericilik üzrə təkliflərin irəli sürülməsi, hüquqi maarifləndirmə işinin aparılması və digər sahələrdə əlaqələndirilmiş fəaliyyət göstərəcəyini bildirib.

Görüşdə Müstəqil Ekspertlər Şurasının gələcək fəaliyyəti, qanunvericiliyin insan hüquqlarının müdafiəsi baxımından təkmilləşdirilməsi, ictimai nəzarətin həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklərin edilməsi istiqamətində Ombudsmanın QHT-lərlə əməkdaşlığı mövzularında səmərəli fikir mübadiləsi aparılıb.

Onlayn görüşdə iştirak edən QHT rəhbərləri tərəfindən Müstəqil Ekspertlər Şurasının fəaliyyətini tənzimləyən Əsasnamənin bir daha müzakirə olunaraq təkmilləşdirilməsi, bəhs olunan Şura nəzdində müxtəlif istiqamətlər üzrə işçi qruplarının formalaşdırılması, Ombudsmanın fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq və regional insan hüquq müdafiə təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, təsisatın əməkdaşları ilə birlikdə insan hüquqları sahəsində müvafiq araşdırmaların, monitorinqlərin aparılması, əhalinin müxtəlif kateqoriyalarına ünvanlanan birgə maarifləndirmə işinin təşkili üzrə təkliflər verilib.

Görüş çərçivəsində aparılan müzakirələrin insan hüquqlarının müdafiəsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb və gələcəkdə belə görüşlərin sistemli şəkildə davam etdirilməsi qərara alınıb.



SON XƏBƏRLƏR

2020-08-10

13:39 “Serbiyanın bu addımı Azərbaycanın diplomatik uğurudur”

2020-08-07

19:26 "Mən səni Azərbaycan qədər sevirəm!"

18:34 Sülh üçün Beynəlxalq İnstitutun saytı: “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub”

18:23 Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi

17:57 “Vətənin müdafiəsinə hazırıq”

17:41 Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib

17:13 Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər

16:35 Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

16:00 Şura üzvü: Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir

14:53 QHT sədri: Prezident İlham Əliyevin tapşırığı ilə sosial proqramlar genişlənir

14:51 Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

13:55 Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

11:30 Nazir 190 manat birdəfəlik ödəmələrin nə vaxt veriləcəyindən danışdı

11:20 Ehsan Zahidov: Qaydalara riayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır

11:11 2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

10:51 İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

10:27 Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb

10:25 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

2020-08-06

19:45 Şuranın dəstəyilə QHT-lərə konsultativ, məlumat və təşkilati-texniki xidmətlər göstəriləcək

17:06 Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü

17:00 Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi: Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir

16:50 “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsinin növbəti videoçarxı Polad Həşimovun xatirəsinə ithaf olunub

16:33 Prezident İlham Əliyev: Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin

14:57 Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olunub (FOTO)

14:47 Azərbaycan dövlət dilinin qorunması və inkişafı: kreativ yanaşmalar dəstəklənəcək

14:41 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq

14:02 Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb

13:39 Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

12:47 Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər (FOTO/VİDEO)

12:44 İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (FOTO) (YENİLƏNİB)

12:28 2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

11:33 Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

10:38 Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb - RƏSMİ

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İdman Product image

14:29 “Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

Product image

20:13 Azərbaycan idmançıları: Ali Baş Komandanın və müzəffər ordumuzun arxasındayıq

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb