QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

Cəmiyət / 22.05.2020 18:14
Etiraf edək ki, əhaliyə xidmət sahəsində sovet dönəmindən qalan stereotiplər, müstəqillik qazandıqdan sonra da ölkəmizin yerli idarəetmə və vətəndaşlara xidmət sahəsində qalmaqda idi. Göstərilən xidmətlərdən yararlanmaq üçün tanışlıq, növbəsizlik və hətta rüşvət elementləri insanları narahat edən əsas məsələlərdən biri olmuşdur.

Bu sözləri müsahibəsində "İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri Cəsarət Hüseynzadə söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərhələli islahatlar paketində mühüm yer alan vətəndaş məmnunluğunun təmin edilməsində ilk addım məhz "ASAN xidmət” modelinin yaradılması oldu. Bu model qısa müddətdə nəinki Azərbaycanda özünü doğrultdu, hətta bəzi dövlətlər üçün də yeni təcrübə oldu.

Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onların sosial problemlərinin həlli ilə bağlı davamlı təşəbbüslərlə çıxış edən və əməli fəaliyyətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi isə sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcı oldu."ASAN xidmət vətəndaşların bu və ya digər formada hər hansı xidmətdən istifadəsini ehtiva edirsə, DOST layihəsi birbaşa Azərbaycan vətəndaşının sosial xidmətlərlə bağlı təminatını özündə birləşdirir. Bu layihə ölkənin sosial idarəetmə sisteminin vahid platformasına çevrilməkdədir.2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsinin nəzərdə tutulması da, bu platformanın sosial sahə üzrə əsas xidmət mexanizmi olacağını təsdiqləyir” deyən QHT sədri əlavə edib ki, innovativ yanaşma, çevik idarəetmə, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipi DOST Agentliyinin iş prinsipinin əsas seqmentləridir”.
C. Hüseynzadə diqqətə çatdırıb ki, DOST ideyasının reallaşmasın həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də gənc və yeni komanda olaraq ümidləri doğrultdu. Nazirlik bu mexanizmləri inkişaf etdirməklə, eyni zamanda öz üzərində ictimai nəzarətin təmin olunması və qiymətləndirmə indikatorlarını da müəyyən etmiş oldu.

"Bildiyimiz kimi, DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Bu layihə ölkə əhalisinin böyük hissəsini əhatə etməklə yanaşı, eyni zamanda həssas sosial qruplara da ünvanlanmışdır. Bu baxımdan sosial sahədə idarəetmə sisteminin yeni çağırışlara cavab verməsi vacib şərtdir. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsinin 96 faiz təşkil etməsini DOST ideyasının vacibliyin və xidmətlərin yüksək səviyyədə həyata keçirilməsin göstərən əsas amil kimi qeyd edə bilərik” – deyə Cəsarət Hüseynzadə vurğulayıb.

QHT rəhbəri "Gənc DOST”, ahıl şəxslər üçün "Gümüşü DOST” və "Virtual DOST” proqramlarına da diqqəti çəkərək, DOST agentliyinin təkcə əhaliyə xidmət sahəsi ilə məhdudlaşmamasını, eyni zamanda cəmiyyətimizin inkişafı naminə korporativ sosial məsuliyyət üzrə çağırışlar etdiyini də bildirib.
Agentliyin artıq təqdim edilən dost.gov.az saytı da ekspertlər tərəfindən geniş, əhatəli və funksional baza kimi qiymətləndirilir. Bəzi elektron xidmətləri sayta inteqrasiya etməklə imkanları daha da artırmaq olar – deyə Cəsarət Hüseynzadə qeyd edib.

Pandemiya ilə bağlı sosial fəaliyyətlərə toxunan təşkilat sədri deyib: "Əlbəttə ki, ölkəmizdə COVİD 19 Pandemiyasının ilk mərhələsində digər sahələrdə olduğu kimi, sosial sahədə də ölkə vətəndaşların problemlərinin həlli istiqamətində gərgin və çevik fəaliyyətlər həyata keçirildi. Pandemiya dövründə həyata keçirilən tədbirlər ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdi.İş yerləri, əmək haqlarının qorunması, Davamlı sosial ödənişlərin edilməsi, Ünvanlı sosial yardım, Birdəfəlik ödəmə proqramı, Ödənişli ictimai işləri, Özünə məşğulluq proqramı, İşsizlikdən sığorta, Ərzaq yardımı təminatı və digər proqramlar birbaşa ölkə başçısının diqqətində olmuş və müvafiq dövlət qurumları tərəfindən həyata keçirilmişdir".

"Hesab edirəm ki, Pandemiya dövründə görülən bütün fəaliyyətləri uğurlu və müsbət hesab edilməlidir. Bu uğurlu fəaliyyətləri Prezident İlham Əliyev tərəfindən aparılan köklü islahatlar fonunda qiymətləndirmək vacibdir. Bu islahatlar çərçivəsində idarəetməyə yeni kadrlar cəlb edilib və yeni hökumət daha çevik fəaliyyət göstərməklə ölkə başçısının tapşırıqlarını uğurla həyata keçirir” – deyə Cəsarət Hüseynzadə əlavə edib.


SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb