Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

Siyasət / 31.05.2020 19:31

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini qeyd edib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də Azərbaycanlı sülhməramlıların "Qətiyyətli dəstək” missiyası çərçivəsində iştirakını məmnunluqla qeyd etdi və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə etdi. Əfqanıstanlı nazir, habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə həmkarını təbrik etdi.

Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı və bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğuladı.

Nazir Elmar Məmmədyarov, öz növbəsində Azərbaycan tərəfinin Əfqanıstan ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında cari ilin mayın 4-də Azərbaycanın sədrliyi ilə videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə toxunan nazir, bu xüsusda BMT Baş Assambleyasının da xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürüldüyünü qarşı tərəfin diqqətinə çatdırdı. Müəyyən olunmuş prioritetlərə uyğun olaraq və mövcud aktual məsələlər nəzərə alınmaqla, Qoşulmama Hərəkatı çərçivəsində həmrəyləyin gücləndirilməsi və Hərəkatın özünün nüfuzunun artırılması istiqamətində sədrlik fəaliyyətimizin davam etdirildiyi bildirildi.

Tərəflər, həmçinin iki ölkə arasında mövcud siyasi, iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardılar. Lapis-Lazuli nəqliyyat dəhlizinin strateji əhəmiyyəti qeyd edildi və bu çərçivədə əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq İşçi Qrupları səviyyəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulandı. Eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinin Lapis-Lazuli layihəsinə dəstəyin yeni bir komponenti ola biləcəyi qeyd edildi.

Tərəflər, həmçinin iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirərək, qarşılıqlı ticarət əlaqələrinin davamlılığının təmin edilməsi üçün geniş imkanların olduğunu ifadə etdilər.

Nazirlər, eyni zamanda iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini vurğuladılar. Tərəflər qlobal pandemiya yekunlaşdıqdan sonra ölkələrə səfərlərin edilməsi məqsədilə qarşılıqlı dəvətlərini ifadə etdilər.



SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb