Qarabağı yaşat...

Gündəm / 01.06.2020 14:27
"Oğlanlarıma məktublar” silsiləsindən

Əziz oğullarım!

Əcdadlarımızın bizə vəsiyyət və nəsihətlərindən biri də "keçmişinə güllə atanın gələcəyi topa tutular” - kəlamı olub. Amma təəssüf ki, bir çox nəsihət və vəsiyyət kimi, bunu da qulaqardına vurmuşuq. Və nəticələri də göz qabağındadır. Başımıza gətirilməyən oyun qalmadı. Torpaq itkisi, müstəqillik itkisi, soyqırımı, ziyalılarımızın repressiyası, etnik təmizləmə, dini və mənəvi dəyərlərimizin məhv edilməsi... Bu siyahını uzatmaq da olar. Amma məsələ başımıza hansı oyunların gətirilməsi deyil, nədən gətirilməsidir. Bunu bilməlisiniz! Bu yaxınlarda təsadüfən internetdə qarşıma unutqanlıq (amneziya) barədə məqalə çıxdı. Unutqanlığa səbəb "demans sindromudur”. Bu sindrom yaddaşın zəifləməsinə və əsəblərin pozulmasına gətirib çıxarır.... məsləhət görülür ki, "unutqanlıqdan qaçmaq yerinə onun səbəblərini araşdırın. İlk əvvəl niyə bu hala gəldiyinizi düşünməyə başlayın”. Mən də düşünməyə başladım. Biz niyə bu vəziyyətə düşdük?! Bunları böyük türk yazıçısı Çingiz Aytmatovun "Əsrə bərabər gün” romanındakı manqurtlaşdırma ideyasının hələ də davam etdirilməsində görürəm və hesab edirəm ki, unutqanıq və tarixi yaddaşımız zəifdir. Lazımi məqamlarda əsəbləri cilovlaya bilməməyimiz də, ciddi fəsadlara səbəb olur. Və bu, əfsuslar olsun ki, kütləvi xarakter daşıyır. Qarabağı itirməyimizin əsas səbəblərindən biri tarixi unutqanlığımızdır. Bundan qaçmaqla və ya bunu inkar etməklə heç bir nəticə hasil olmayacaq, səbəblərini araşdırmalı və unutqanlığımıza çarə tapmalıyıq.
Azərbaycanın ən qədim və gözəl guşələrindən biri, mədəniyyət və musiqi beşiyi olan Dağlıq Qarabağ əzəli-əbədi torpağımız, Vətənimizin ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni zənginlikləri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli sərkərdə, alim, yazıçı, şair, rəssam və musiqiçilərin vətənidir.

Dağlıq Qarabağda hadisələr başlarkən 10 yaşım var idi. Qarabağla və Kəlbəcərlə bağlı heç vaxt unutmayacağım zəngin uşaqlıq xatirələrim var. Amma o diyarları daha çox babamın, nənəmin, atamın dediklərində yaşadıram. Sanki onların ayaq basdığı hər yerdə özüm olmuşam. O qədər həvəslə və duyğusallıqla o yerləri xatırlayıblar ki, hər guşəsini, gözəlliklərini, nəfəsini bizim gözümüzdə canlandırıblar. Xatirələrimə görə onlara minnətdaram. Torpaqlar işğaldan azad olunan kimi gedib o xatirələri yaşamaq, bununla babamın və nənəmin ruhunu şad etmək, eyni zamanda onların mənə anlatdıqlarını və uşaq ikən gördüklərimi sizlərə ötürməklə mənəvi borcumu qaytarmaq istəyirəm.
Əziz oğullarım! Sizin kimi, Qarabağı heç vaxt hələ ki, görmək qismət olmayan yüz minlərlə gənclərimiz var. Onların müvəqqəti olaraq düşmən tapdağında olan yurdumuzla mənəvi tellərini möhkəmləndirmək, beyinlərinə və qanlarına hopdurmaq lazımdır. Burada da unutqanlıq olarsa, bunu bizə nə tarix, nə millət, nə də gələcək nəsillər bağışlayar. Əksinə, siz və onlar hər gün bu torpaqlara qovuşmağın həsrəti və cəsarəti ilə yaşamalıdırlar. Qarabağın bir gün qaytarılacağına heç şübhəm yoxdur və əminəm ki, o gün heç də uzaqda deyil. Amma o günə qədər biz də boş oturmamalıyıq. Zehnimizdə, ürəyimizdə onu hər gün canlandırmalıyıq. Nağıllarımızın, romanlarımızın, dastanlarımızın, musiqilərimizin, şerlərimizin, filmlərimizin mövzusu bu olmalıdır. Deyirlər ki, insanın harası ağrıyırsa canı oradır. Canı ağrıyan insan bütün gücünü sağalmasına yönəldir. Bu gün bizim ağrıyan və qanayan yaramız da, canımız da Qarabağdır. Bu ağrı kəsməyincə, qanı durmayınca, canımız sağalmayınca başqa nə işimiz - gücümüz ola bilər ki?!

Övladlarım, doğma Qarabağdan didərgin düşmüş əziz gənclər, siz babalarınızın, ata və analarınızın Qarabağda - Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda yaşadığı kəndlərin, küçələrin, məhəllələrin, qəsəbələrin adlarını ola bilsin ki, dəqiqliyi ilə bilmirsiz. Onların qonşularını və dostlarını tanımırsınız. Amma bunu bilmək sizin üçün çox önəmlidir, hər biriniz üçün vacibdir. Atalarınızdan, analarınızdan, baba- nənələrinizdən soruşun. Dünyasını dəyişənlərə, şəhid olanlara, Allahdan rəhmət, sağ qalanlara doğma yurdunu görməyi arzulayaq. Ən kiçik detallara qədər soruşun. Hansı kənddən çay axır, o çayın adı nədir? Kim sizin qonşunuz olub? Yaşadıqları evin ətrafında nə var idi? Küçələrin adları, oxuduğu məktəbləri, müəllimlərinin adlarını, adət ənənələri... nə qədər mülkünüz, torpağınız olub? Soruşmaqla qalmayın, dəftərinizdə not alın. Telefonunuza çəkin. Bununla onları çox sevindirərsiniz, çox yaşlıların gözü arxada qalmaz. Bir gün o torpaqlara sahib çıxmaq istəyən nəvələri ilə iftixar duyarlar. Saxlayın bu xatirələri. Bu xatirələr əvəzolunmazdı, qiyməti olmayan müqqədəs anlardı. Çünki əziz gənclər, o böyük Qələbə günündə siz ata - analarınızın, ulu babalarınızın xatirələrini doğma Qarabağda yaşadacaqsınız! Sahib olduqlarınıza iddia edə bilərsiniz! Buna heç şübhəniz olmasın!

Səbinə E. Hüseynova
18. May 2020.

İstanbul.


SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb