Leyla Abdullayeva: Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir
Siyasət / 02.06.2020 17:29

Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir.
Bunu Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Trend-in suallarını cavablandırarkən deyib.
- Son zamanlar beynəlxalq ictimaiyyət, xüsusilə də beynəlxalq münasibətlərin mühüm aktorları tərəfindən dünya düzəni, bu xüsusda, beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyü prinsiplərinə dəstəyi ən yüksək platformalarda vurğulanır. Misal üçün, Avropa İttifaqının vitse-prezidentinin bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının iclasında çıxışını göstərmək olar. Buna münasibətinizi, konkret olaraq Azərbaycanın halında bunun nə cür şərh edildiyini öyrənmək istərdik.
- Müasir dünyada baş verən hadisələr, o cümlədən qlobal pandemiya təhdidi, dövlətlərin beynəlxalq qaydalara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinin hörmət olunduğu, çoxtərəflilik amilinin ön sıraya çəkildiyi və əlbəttə ki, beynəlxalq əməkdaşlıq ruhunun inkişaf etdiyi bir dünyaya ehtiyac duyulduğunu açıq şəkildə nümayiş etdirir. Xüsusilə də, COVİD-19 böhranı dövlətlərin sərhədlərinin əhəmiyyətini, beynəlxalq tanınmış sərhədləri çərçivəsində hər dövlətin öz əhalisinin təhlükəsizliyini təmin etməsinin zəruriliyini açıq şəkildə göstərdi. Təsadüfi deyil ki, elə sizin də qeyd etdiyiniz misalda Aİ-nin yüksək səviyyəli rəsmisi BMT TŞ kimi ali platformada beynəlxalq qaydalara əsaslanan dünya düzənindən danışır və Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsasında suverenlik və ərazi bütövlüyü prinsiplərinin dayandığını qeyd edir. Həmdə bu prinsiplərin əks olunduğu ATƏM-in 1975-ci il Helsinki Yekun Aktına istinad edir. Bundan qısa müddət öncə Aİ Şurasının ŞT üzrə yekun qərarında da eynilə bu prinsiplərə Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunduğu kimi istinad edilmiş və onlar Aİ-nin birgə öhdəlikləri sırasında sadalanmışdır. Konkret olaraq, bizim halımızda bu, Azərbaycanın hər zaman bəyan etdiyi və dəyişməz mövqeyinin əksidir. Dövlət başçımızın, o cümlədən yüksək səviyyəli beynəlxalq platformalardakı çıxışlarında hər zaman səsləndirdiyi mövqeyində birmənalı şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyin əhəmiyyəti vurğulanır. Bu mövqeyi ölkəmiz eynilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində də sərgiləyir. Cari vəziyyət bizim üçün nəyi dəyişir sualı ilə maraqlanırsanız, əslində bizim üçün heç nə dəyişmir, mövqeyimiz prinsipial və dəyişilməzdir. Lakin beynəlxalq ictimaiyyətin formalaşmış bu qəti mövqeyi, beynəlxalq hüquqi öhdəlikləri pozan bəzi dövlətlər üçün əlbəttə, bir siqnal olmalıdır.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyimiz mövqeyi qeyd etdiniz. İşğal olunmuş ərazilərimizdə Ermənistanın təxribatçı əməlləri, o cümlədən qondarma "seçkilər” münaqişənin həlli prosesinə xələl gətirir, sözsüz. Bununla bağlı və ümumiyyətlə münaqişənin həlli üzrə mövcud vəziyyətə dair XİN-in mövqeyi nədən ibarətdir?
- Təcavüzkar Ermənistanın təxribatçı əməlləri ilə bağlı XİN-in mövqeyi hər zaman açıqlanır, bu, istər qeyri-qanuni "seçkilər” olsun, istərsə də "andiçmə” adı altında oyuncaq mərasimin təşkili ilə bağlı olsun, eləcə də digər qanunsuz fəaliyyətlərə də aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 may tarixində məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin açılışında söylədiyi nitqində aydın şəkildə bəyan etdi ki, dünyanın bütün aparıcı ölkələri də daxil olmaqla, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri” də bunu bir daha nümayiş etdirdi. Dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlar açıq şəkildə bəyan etdilər ki, nə bu "seçkiləri”, nə də onların nəticələrini tanımırlar, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Prezidentimiz bu çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsindən bəhs edərək danışıqlar masasında mərhələli həll üzrə müzakirələrin aparıldığını və mərhələli həlldən başqa heç bir həllin mümkün olmadığını vurğuladı. Dövlət başçısı münaqişənin həlli məqsədinin beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində suverenliyimizin tam və birdəfəlik təmin edilməsi olduğunu qeyd etdi. Hər zaman bildirmişik ki, münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi, məhz işğalın nəticələrinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin işğaldan azad olunması və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının, hüquqlarının bərpa olunmasının təmin edilməsidir. Cənab Prezidentin bəyan etdiyi kimi, heç kim bu məqsədə nail olacağımızdan şübhə etməməlidir.
Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə gəldikdə isə, ölkəmiz münaqişənin tezliklə həllində ən maraqlı tərəfdir və münaqişənin danışıqlar yolu ilə mərhələli şəkildə həlli istiqamətində əsaslı və substantiv müzakirələrin aparılması mövqeyindən çıxış edir. Mövcud qlobal pandemiya vəziyyəti münaqişənin həllinə maneə olmamalı, əksinə bölgədə sülh və təhlükəsizliyin tezliklə təmin olunması istiqamətindəki səyləri daha da sürətləndirməlidir. Çünki nə qədər tez münaqişə həll olunarsa və dövlətlər beynəlxalq hüququn da diktə etdiyi kimi bir-birlərinin beynəlxalq tanınmış sərhədlərinə hörmət edərlərsə, bir o qədər də qısa zamanda müstəqil və firəvan bölgəmizin gələcək tərəqqisindən danışa bilərik. Beləliklə də, Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir. Azərbaycan tərəfindin dəfələrlə ən yüksək səviyyədə bəyan etdiyi kimi, bu münaqişə ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Çünki, Dağlıq Qarabağ Azərbaycandır!
2023-03-27
15:14 Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları