Cəsarət Hüseynzadə: Azərbaycan pandemiya ilə mübarizədə kompleks tədbirlər həyata keçirir

Gündəm / 11.06.2020 20:00
Fövqəladə hadisələr zamanı risklərin düzgün idarə olunması, qərarların vaxtında və qətiyyətlə verilməsi bacarığı iqtisadi güc qədər əhəmiyyət daşıyır.

Bu fikirləri saytımıza açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri və 

QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

Risklərin düzgün idarə olunması

Cəsarət Hüseynzadə bildirib ki, COVİD-19 koronavirus infeksiyasının yaranıb yayılmağa başladığı Çinin Uhan şəhərində vəziyyətin gərginləşdiyi dövrdən ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda əhalisinin sağlamlığın qorunması ilə bağlı müvafiq addımlar atılmağa başlayıb. Azərbaycanda bu xəstəliyin yayılma mümkünlüyü və xəstələrin yerləşdirilməsi ilə bağlı xəstəxanaların optimallaşdırlması və hazırlıq vəziyyətə gətirilməsi həyata keçirilib: "Azərbaycanda koronavirusla yoluxmaq qeydə alınmadan öncə bu təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb. Qərargahda müvafiq qurumların yüksək nümayəndələri təmsil olunub. Bu qərargah bütün problemlərin həlli ilə bağlı operativ qərar qəbul etmək və risklərin düzgün idarəetməsi funksiyasını həyata keçirib. Azərbaycan pandemiya ilə mübarizədə kompleks tədbirlər nümayiş etdirir. ”
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il seçkilərində sonra elan olunan və icra edilən islahat siyasətinin bir qolu da idarəetmədə olunan yeniliklər idi. Pandemiya şəraitində məhz bu islahatların nəticəsi olaraq çevik hökumət modeli özünü müsbət mənadan göstərdi –deyə QHT rəhbəri bildirib.

Prezidentin qətiyyətli qərarları və Birinci Vitse Prezidentin həmrəylik çağırışları

Təşkilat rəhbəri vurğulayıb ki, bəzən problemlərin həll olunması təkcə iqtisadi faktorlarla mümkün olmur. Covid 19-la mübarizədə də məhz bu faktorlar mühüm rol oynayır.

Ölkə bacısı cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevanın həmin məqamda güclərin birləşdirilməsi istiqamətində atdığı addımlar bu prosesdə mühüm və həlledici rol oynadı: "Cənab İlham Əliyev sərhədlərin bağlanılması, xüsusi karantin rejiminin tətbiqi, əhalinin sosial və iqtisadi vəziyyətinin qorunması məqsədi ilə xüsusi proqramların hazırlanması və icra edilməsi, xüsusi modul tipli xəstəxanaların yaradılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və digər həyati vacib qərarları pandemiya ilə mübarizədə Azərbaycanın nümunəvi addımları kimi, beynəlxalq müstəvidə qəbul edildi.”

Birinci Vitse Prezident Mehriban Əliyevanın Koronavirusla mübarizə ilə bağlı bir neçə dəfə xalqa müraciəti, bu virusun ölkəmizə vura biləcəyi zərərlə ilə bağlı narahatçılığı və çıxış yolu kimi, həmrəyliyin və qoyulan tələblərə əməl olunması vacibliyinin qeyd olunması ölkə vətəndaşlarında COVİD 19-la bağlı rəyi və münasibəti xeyli dəyişdi – deyə bildirən Cəsarət Hüseynzadə əlavə edib ki, bu çağırışlara cəmiyyətin bütün təbəqələrindən reaksiyalar gəldi və bu sosial çağırışlar bütün ölkə miqyasında yayıldı.

İctimai Birlik sədri qeyd edib ki, cənab prezident hər fürsətdə həmrəylik ideyasını və bu çağırsa vətəndaşların müsbət cavabını yüksək qiymətləndirərək təşəkkürünü bildirir. Prezident bu təşəkkürünü təkcə böyük şirkətlərə deyil, hər bir vətəndaşa bildirməklə, ölkəmizin inkişafında hər bir vətəndaşın rolunun olduğuna diqqət çəkir. Bildiyimiz kimi, nəzərdə tutulan modul tipli 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Bu da dövlətin üzərinə düşən yükü bir qədər azaldacaq. Ölkə başçısı modul tipli xəstəxanaların açılışında bir daha özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürünü bildirdi: "Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.”

Koronavirusla mübarizədə Azərbaycan modeli

Cəsarət Hüseynzadə vurğulayıb ki, koronavirusla mübarizədə davam edir və Azərbaycan dövləti də bütün imkanlardan istifadə edərək ən yaxşıları etməyə çalışır:" Azərbaycanda bu günə kimi xəstəliyin müəyyən olunması ilə bağlı 360 minə yaxın test keçirilib. Ölkəmiz adambaşına testlərin sayına görə qabaqcıl yerdədir. Məsələn, Azərbaycan bu göstəriciyə görə əhalisi 130 milyon olan Meksika və onlarla əhalisi 50-100 milyon olan ölkə ilə yanaşıdır. Eyni zamanda qeyd etmək lazımdır kİ, Azərbaycan adambaşına apardığı testlərin sayına görə aparıcı və inkişaf etmiş Avropa ölkələrini qabaqlayır. Sözsüz ki, bu testlərin aparılması kifayət qədər maliyyə tələb edir və həkimlərin gərgin fəaliyyətini tələb edir. Bu testlərinin keçirilməsində məqsəd virusa yoluxanları daha tez aşkar etməklə həmin şəxslərin həyatını xilas etməkdir. Bilirik ki, bu xəstəliyin ilkin mərhələdə müəyyən edilməsi nəticəsində ölüm halları xeyli azalır. Azərbaycanda ölüm hallarının az olmasının bir səbəbi də məhz yoluxmanın ilkin mərhələdə müəyyən olunmasıdır. Daha çox testin keçirilməsinin digər müsbət cəhəti də xəstəlik müəyyən edilən şəxsin digərlərini yoluxdurmamasıdır.”

Müqayisə üçün deyək ki, bəzi inkişaf etmiş ölkələrdə ölənlərin sayı Azərbaycanda yoluxanların sayından çoxdur. Azərbaycan əhalisi qədər əhalisi olan bəzi ölkələr var ki, həmin ölkələrdə koronovirusdan ölənlərin sayı on minə yaxındır –deyən təşkilat sədri vurğulayıb ki, Azərbaycan ilk dövrdən koronovirusla mübarizədə kompleks yanaşa sərinləməklə itikliləri dəfələrlə azaldıb.
Problemlər məngənəsində olan Ermənistana koronovirus zərbəsi

Bütün dünyaya yayılan koronovirus və onunla mübarizədə Azərbaycanın gördüyü işləri inkişaf etmiş Avropa ölkələri ilə müqayisə etmək daha doğru olduğunu bildirən Cəsarət Hüseynzadə əlavə edib ki, bəzi antimilli qüvvələrin qarayaxma kampaniyalarına cavab olaraq bu müqayisəni Ermənistanla da aparmaq yerinə düşərdi: "Müxtəlif zaman kəsiyində düşdüyü və etdiyi xoşagəlməz hərəkətləri ilə gülüş obyektinə çevrilən Paşinyan, onsuz da problemlər məngənəsində boğulan Ermənistani daha da çıxılmaz vəziyyət salıb.

Əhalisi Azərbaycandan 3 dəfə az olan Ermənistanda yoluxanların və ölənlərin sayı Azərbaycandan 2 dəfədən artıqdır. Testlərin keçirilməsin görə isə Azərbaycan Ermənistanı 5 dəfə qabaqlayır.”
Müqayisə üçün beynəlxalq təcrübədə bu rəqəmlər əhali sayına görə hesablanır. Belə olduğu halda Ermənistanın vəziyyətinin nə dərəcədə ağır olduğu tam aydın olur. Belə ki beynəlxalq standartlara uyğun olan bu hesablamaya görə Ermənistanda yoluxma sayı Azərbaycandan 5,74 dəfə, COVİD 19 səbəbindən ölənlərin sayı isə 8 dəfə artıqdır – deyə müsahibimiz bildirib.

COVİD 19-la mübarizədə dövlət və vətəndaş həmrəyliyi

Koronovirus artıq dünya üçün qlobal problemə çevrildiyini deyən C. Hüseynzadə bu pandemiyanın nəticələrinin həm sağlamlıq baxımdan, həm də iqtisadi baxımdan artıq ciddi zərbə olaraq dəyərləndirildiyini qeyd edib: "Demək olar ki, dünya yeni düzənə daxil olub. Çox təəssüf ki, proseslərin hansı istiqamətdə irəliləməsin də proqnoz etmək mümkün deyil. Bütün dövlətlərə ciddi zərbələr dəyib. Azərbaycan ilk dövrdən özü üçün əsas istiqaməti müəyyən edib. Bəzi ölkələr ilk növbədə iqtisadiyyatını düşündüyü halda, cənab prezident İlham Əliyev bildirib ki, əsas hədəf Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. Bütün addımlar ilk növbədə vətəndaşların sağlamlığın qorunması istiqamətində atılıb. Keçən dövr göstərir ki, dövlət tərəfindən mövcud vəziyyətlə bağlı, şərtlərə uyğun qərarlar qəbul edilir.”

Təşkilat sədri bildirib ki, bu vəziyyətdən daha az itkilərlə çıxmağın yeganə düsturu dövlət və vətəndaş həmrəyliyidir. Keçən zaman kəsiyində də əldə edilən uğur hekayəsi də məhz bu düstura əsaslanır.


SON XƏBƏRLƏR

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır

17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"

17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib

16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb

16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib

15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib

14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”

12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"

11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"

10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"

2023-05-17

18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB

18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi

10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət

10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Product image

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları