Mübariz Qurbanlı: ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma öz əksini tapmayıb

Gündəm / 12.06.2020 15:18

ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyətinə dair 2019-cu il üçün illik hesabatında Azərbaycanla bağlı hissədə ölkəmizdəki din sahəsində müsbət rəylərlə bərabər, bizim razılaşmadığımız və obyektivlikdən uzaq olan, həmçinin əvvəlki illərə aid və artıq həllini tapmış bəzi fikirlər özünə yer tapıb.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və Azərbaycan Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edilib:

"Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət sayəsində Azərbaycan dini etiqad azadlığı baxımından dünyada nümunəvi ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanda "Multikulturalizm İli”, "İslam Həmrəyliyi İli” elan edilib. Çoxlu sayda tədbirlər həyata keçirilib. Həmçinin, Azərbaycanda din sahəsində aparılan siyasət ölkədə dini konfessiyalar arasında harmoniyaya, qarşılıqlı anlaşmaya, tolerant, multikultural mühitə çox böyük imkan yaradıb.

Ona görə də ABŞ Dövlət Departamentinin hesabatını diqqətlə nəzərdən keçirəndə orada olan bəzi məqamlar var ki, o məqamların hər biri ilə əlaqədar fikirlərin obyektiv olmadığını göstərmək imkanımız var. Misal üçün, həmin hesabatda Azərbaycanda dini icmaların qeydiyyatı məsələsinə toxunulur. Nəzərinizə çatdırım ki, qeydiyyat məsələsi ilə bağlı ölkəmizin qanunvericiliyində olan imkanlar ən mütərəqqi və nümunəvidir. Yəni Azərbaycanda 50 nəfərdən ibarət vətəndaşlar bir araya gələrək dini icmanı qeydiyyatdan keçirə bilir. Baxmayaraq ki, bəzi Avropa ölkələrində bu rəqəm daha yüksəkdir. Bu gün statistikaya baxsaq, Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-sı İslam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür və bu sahədə heç bir məhdudiyyət yoxdur. Çox təəssüf ki, həmin hesabatda bununla bağlı yanlış mövqe vardır. Və yaxud hesabatda "Yehova şahidləri” ilə bağlı 3-4 il bundan qabaqkı məsələlər vardır ki, buna məhkəmədə baxılıb. İndi o məsələni hesabata təkrar daxil ediblər. Halbuki, "Yehova şahidləri” ilə bağlı ölkəmizdə hansısa bir problem yoxdur. "Yehova şahidləri”nin mərkəzi Azərbaycanda bu qurumla bağlı atılan addıma görə ölkəmizə dəfələrlə təşəkkür edib. Eyni zamanda, digər qeyri-müsəlman icmaları vardır ki, bu icmaların qeydiyyatında da, fəaliyyətində də hər hansı bir məhdudiyyətə yol verilməyib.

Eyni zamanda, hesabatda Gəncədə baş vermiş məlum hadisələrlə əlaqədar məqamlar vardır ki, onun dinə və dini etiqad azadlığına aidiyyəti yoxdur. Bu məsələ ilə əlaqədar məhkəmə araşdırması aparılıb, qərar qəbul olunub, cinayət hadisəsi baş verib və cəzalandırılanlar var. Hesabatda bu hadisəni dini məsələ ilə əlaqələndirməyə cəhd ediblər və bu tamamilə qeyri-düzgün yanaşmadır.

Qeyd etdiyim kimi hesabatda Azərbaycanda görülmüş işlər, müsbət hadisələrin qeyd edilməsi ilə əlaqədar yanlış fikirlər, bizim qəbul edə bilməyəcəyimiz qeyri-obyektiv tezislər var. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq sənəd hazırlayaraq öz mövqeyini bildirəcək”.

Komitə sədri bildirib ki, Azərbaycan demokratik ölkədir və Azərbaycanda mövcud olan vətəndaşların hüquq və azadlıqları, demokratik azadlıqlar kiməsə görə edilmir: "Bu, Azərbaycan xalqının seçimidir, Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalardır. Ona görə də biz öz siyasətimizi hansısa ölkəyə, hansısa quruma görə müəyyən etmirik. Bu bizim Prezidentimizin apardığı siyasətdir və ötən il Azərbaycanda Dünya dini liderlərinin ikinci sammitində qəbul edilən sənəddə də Azərbaycanın dini tolerantlıq baxımından ən nümunəvi ölkə olması öz əksini tapıb. Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa, vicdan azadlığına, həyata keçirilən siyasətə obyektiv yanaşma öz əksini tapmayıb”.



SON XƏBƏRLƏR

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

12:53 Yaşar Gülər Zakir Həsənovu təbrik etdi

12:53 Nazir bütün istiqamətlərdə uğur qazanıldığını AÇIQLADI

12:40 "Ordumuzun Xankəndiyə hücum etməsi tamamilə yalandır" -Müdafiə Nazirliyi

11:44 Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

11:39 "Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

11:22 Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

11:15 Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürdü

10:30 Ordumuz Ağdərənin Çərəkdar kəndində

10:00 "Erməni silahlı qüvvələri tərksilah edilir" - Hikmət Hacıyev

2023-09-20

18:02 "Bakı İrəvanla danışıqlar aparmağı planlaşdırmır" - Ceyhun Bayramov

17:52 “Sülh sazişi ilə bağlı 70% məsələ razılaşdırılıb” - Hikmət Hacıyev

17:49 “Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək” - Elçin Əmirbəyov

17:47 Qarabağın erməni sakinlərinin reinteqrasiya planı ilə bağlı RƏSMİ AÇIQLAMA

17:07 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

17:06 Ulu öndərlə olan xatirə fotosunu Prezidentə təqdim etdi

17:02 Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib: “ASALA təhlükəsi var”

16:55 "Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq" - Cevdet Yılmaz

16:36 İlham Əliyev qəbul keçirdi - YENİLƏNİB

16:23 İlham Əliyev görkəmli siyasətçi, Paşinyan isə uğursuzdur - Korotçenko

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları