QHT sədri: "Azərbaycan beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşdır"

Gündəm / 18.06.2020 12:04
Azərbaycan beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşdır və bu qurumlar üçün ölkəmizlə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu fikirləri saytımıza açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
QHT sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya dövründə beynəlxalq əməkdaşlıq çərçivəsində keçirdiyi görüşlər xüsusi əhəmiyyətə malikdir: "Cənab Prezident pandemiya dövründə mühüm videogörüşlər keçirib. Bu görüşlər ölkəmizin siyasi nüfuzu və iqtisadi inkişafı baxımından əhəmiyyətinin göstəricisidir. Cənab prezidentin Dünya Bankının təşəbbüsü ilə bankın rəhbər şəxsləri ilə keçirdiyi videokonfransda bir daha beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi yüksək etimadı hiss etdik.”

Təşkilat sədri qeyd edib ki, bu görüşlərdə ölkə başçısının nüfuzu və liderlik bacarıqları bizi qürulandırır: "Prezident İlham Əliyevin ixtisaslaşmış qurum rəhbərləri ilə keçirilən görüşlərdə həmin sahə ilə bağlı təklifləri və təşəbbüsləri, mütəxəssilər tərəfindən yüksək qiymətləndirilir .”
Dünya Bankının Azərbaycanda mühüm layihələrə dəstək verməsini ölkəmizdəki stabillik və iqtisadi inkişafla bağlı olduğunu diqqətə çatdıran C. Hüseynzadə vurğulayıb ki, Bank 2016-cı ildə TANAP layihəsinə 800 milyon ABŞ dolları kredit ayırıb. Həmin kreditin 400 milyon ABŞ dolları Azərbaycan dövlətinin zəmanəti ilə verilib: "Dünya bankı tərəfindən ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Cənab prezident də Dünya Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib və Azərbaycanın gələcək üçün daha çox planın olduğunu, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarının olduğunu bildirib.”

Ölkə başçısı dəfələrlə çıxışında qeyd edib ki, bu gün ölkənin inkişafı və sabitlik səbəbindən istənilən maliyyə qurumu Azərbaycana kredit verməyə hazırdır. Bu fikrin əyani sübutu kimi ölkə başçısının Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi videokonfransı hesab etmək olar – deyə C. Hüseynzadə qeyd edib.

Prezidentin özünüməşğulluq proqramı ilə bağlı Azərbaycana dəstək göstərilməsinə dair müraciətinə dərhal cavab verilib. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunub və bir ildən də az müddət ərzində artıq bütün hazırlıq işlərini tamamlanmışdır.

Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində 
olacaq. Bu il bu proqramın 15 minə yaxın şəxsi əhatə etməsi gözlənilir.

QHT sədri bildirib ki, Azərbaycanın beynəlxalq arenada yüksək nüfuzu iqtisadi inkişaf və stabillik ilə yanaşı, inteqrasiya üçün açıq olması, beynəlxalq humanitar öhdəliklərə bağlı təşəbbüslərlə çıxış etməsi ilə bağlıdır: "Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde bu səbəbdən ölkə başçısına təmsil etdiyi maliyyə qurumu adından verdiyi töhfəyə görə minnətdarlığını bildirdi. Anna Byerde Azərbaycanın ən yoxsul ölkələr üçün olan fondu dəstəkləməyi Dünya Bankı tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd etdi.”

Videokonfranda toxunulan əsas məqamlardan biri də, "Doing Business” hesabatı ilə bağlıdır.
Bildiyimiz kimi, Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir. Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək, ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi. Görüşdə bank rəsmisi bu nəticələri dəyişikliyin daha bir sübutu kimi qiymətləndirib.

Cənab prezident "Doing Business”dəki mövqeyimizin bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya olduğunu qeyd edib.

Cəsarət Hüseynzadə qeyd edib ki, ölkə başçısının bu mövqeyi bir daha onu göstərir ki, Azərbaycanın bu hesabatda vəziyyətin yaxşılaşdırmaqda əsas hədəfi geridə qaldığımız sahələrə diqqəti artırmaq, ölkədəki biznes mühitini daha da yaxşılaşdırmaq və daha çox investisiyalardan faydalanmağa nail olmaq olub. Bu isə ölkənin iqtisadi inkişafını üçün həyata keçirilən davamlı və strateji kursun əsas istiqamətlərindəndir.


SON XƏBƏRLƏR

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır

17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"

17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib

16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb

16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib

15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib

14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”

12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"

11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"

10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"

2023-05-17

18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB

18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi

10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət

10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Product image

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları