Elmar Məmmədyarov: Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

Siyasət / 22.06.2020 18:02

Azərbaycan beynəlxalq birliyin məsul üzvü olaraq Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə, sülh yolu ilə həllini dəstəkləyir. Nəticədə məsələnin davamlı həllinə səbəb olacaq səyləri davam etdirməyə aşkar bir ehtiyac var. Cammu və Kəşmir məsələsi ilə əlaqəli bütün həll edilməmiş məsələlərin sülh yolu ilə həlli, daha geniş Cənubi Asiya bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə virtual görüşündə çıxışı zamanı deyib.

Nazir bildirib: "Cammu və Kəşmir üzrə İƏT Əlaqə Qrupunun üzvü olaraq, Azərbaycan bu formatı İƏT üzvü olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün vacib və faydalı bir mexanizm hesab edir.

Azərbaycan yaxın vaxtlarda bölgədə sülhün və əmin-amanlığın bərqərar olacağına inamla Təmas Qrupunun işində fəal iştirakını davam etdirəcəkdir.

Məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, habelə bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərindəki Azərbaycan tarixi və islam irsinə aid əsərlər də daxil olmaqla çoxsaylı tarixi, mədəniyyət və dini abidələr vəhşicəsinə məhv edilmişdir. Azərbaycan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası və İƏT-in müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə sadiq qalsa da, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam əsasda bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə etmək qanuni haqqını qoruyub saxlayır.

Sonda vurğulamaq istərdim ki, COVID-19 pandemiyasının çətin şərtlərində beynəlxalq birlik bundan sonra təcavüz və işğalın nəticələrini daha da möhkəmləndirmək məqsədilə beynəlxalq münasibətlərin hazırkı vəziyyətindən istifadə etmək istəyənlərin səylərinə qarşı durmaqda xüsusi hazır olmalıdır. Bu baxımdan, İƏT çərçivəsində birlik və birgə fəaliyyət həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir və bununla da pandemiya nəticəsində vurulan ciddi zərərin azaldılmasında və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında birgə gücümüzü artırır".



SON XƏBƏRLƏR

2023-06-03

10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO

09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb

09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"

09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"

09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB

08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları