Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Siyasət / 25.06.2020 11:50

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Trend xəbər verir ki, nazir təbrik məktubunda Silahlı Qüvvələrimizin şəxsi heyətini Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətdə hərbçilərimizə uğurlar arzulayıb.
Məktubda vurğulanıb ki, Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.
"2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi. Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir”, - deyə təbrik məktubunda qeyd olunub.
Şəhid ailələrinin, müharibə veteranları və əlillərinin, eləcə də hər bir hərbi qulluqçunun Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunduğunun diqqətə çatdırıldığı təbrik məktubunda ifadə edilib ki, dövlətimizin başçısının Fərmanına əsasən orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.
"Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Əminliklə bildirirəm ki, siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz”, - deyə Müdafiə nazirinin təbrik məktubunda qeyd olunub.
2023-06-03
10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb
09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"
09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"
09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB
08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək
2023-06-01
11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq
10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib
2023-05-30
17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir
13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi
12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır
11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı
11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik
11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker
11:08 Milli Məclisin iclası başladı
10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
10:29 İsrail Prezidenti Azərbaycanda
10:08 Mövqelərimiz atəşə tutuldu
10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif
09:46 Moskvaya PUA hücumu olub - VİDEO
09:41 Hərb tariximiz- qürur mənbəyimiz!
09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”
09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları