KARANTİN REJİMİ TƏHSİLİMİZƏ NƏ VERDİ, yaxud distant təhsil xilas yoludurmu?

Müsahibə / 29.06.2020 10:50

Bu gün təkcə ölkəmiz deyil, bütün dünya böyük problemlərlə üzləşib. Bu, birinci növbədə yoluxucu xəstəliklə bəşəriyyəti təhlükə qarşısında qoyan pandemik şəraitlə bağlıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bəlanın kütləviləşməsinin qarşısını almaq məqsədilə karantin rejimi fəaliyyət göstəririr. Karantin vəziyyətində təhsil müəssisələri necə fəaliyyət göstəririr? Hamımızı bir sual düşündürür: Elm və təhsil sahəsində çalışan mütəxəssislərimiz, ali və orta ixtisas məktəblərində təhsil alan gənclərimiz vəziyyətdən necə çıxırlar? Bizi düşündürən bu suallarla bağlı ölkəmizin tanınmış alimlərinin fikrini öyrənmək istədik. Bu dəfə müsahibimiz filologiya elmləri doktoru, professor Azərbaycan Dillər Universiteti, Təhsil fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Cahangirov Fikrət Fətiş oğludur

- Hörmətli professor, sirr deyil ki, son 6 ayda həyatımıza qəfil daxil olan koronavirus pandemiyası dövründə cəmiyyət olaraq biz yeni yaşam tərzinə keçməyə məcbur olduq. Siz Azərbaycanın nüfuzlu təhsil və elm ocağının professoru, geniş tələbə və gənclər, eləcə də pedaqoq və alim kontingenti ilə işləyən tanınmış ziyalı, elm adamı olaraq yaranmış fövqəladə dövrə necə qiymət verərdiniz?

- Yunancadan hərfi tərcümədə pandemiya "bütün xalq” mənasını verir. Pandemiya yoluxucu xəstəliyin bütün ölkəni, bəzi hallarda çoxlu sayda ölkəni, qitələri cənginə alması mənasını verir. Koronavirusla bağlı 9 mart 2020-ci il tarixindən sonra qeydə alınan rəqəmlər onun pandemiya meyarlarına uyğun olduğunu təsdiqləyib və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu baxımdan pandemiya elan edib. Nəzərə almaq lazımdır ki, pandemiya insanlıq tarixində birinci hal deyil. XX əsrdə üç qrip pandemiyası baş verib: 1) 1918-ci il –İspan qripi 2) 1957-ci il –Asiya qripi 3) 1968-ci il –Honk Konq qripi. Hal-hazırda yaranmış fövqəladə dövrü yuxarıda qeyd etdiyim pandemiyaların yenidən təkrarı kimi qiymətləndirirəm.

- Universitetin əməkdaşlarını və xüsusən gəncləri düşündürən bir məsələ ilə əlaqədar fikrinizi bilmək maraqlıdır: Doğrudanmı, COVİD-19 adlı bəla bəşəriyyətin sonuna aparıb çıxaracaq dəhşətli bir bəladır?

- Gəlin məsələyə pessimist yanaşmayaq. Düşünmürəm ki, COVİD-19 bəlası bəşəriyyətin sonuna aparacaq. Bu tezis heç də həqiqətə uyğun deyildir. Ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı. Hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böhranın ilk yayıldığı günlərdə hadisənin ehtimal ediləcək miqyası təhlil olunaraq ciddi mübarizə tədbirlərinə başlanıldı.

Hər bir böhran zərərli olduğu kimi, həm də təcrübədir. Pandemiya hamıya göstərdi ki, istənilən ölkə üçün ərzaq və enerji təhlükəsizliyi vacib şərtdir. Pandemiya eyni zamanda İKT-nin, tibbin, marketinqin nə qədər lazımlı sahələr olduğunu bir daha sübüt etdi. Hesab edirəm ki, həyatdakı bütün bəlalar insan zəkası, intelekti qarşısında acizdir. Keçmişdə başvermiş böhran və bəlalar elmi-texniki tərəqqini sürətləndirmiş, bəşəriyyəti yeni inkişafa aparmışdır.

- Son vaxtlar virtual tədris, elektron təhsil deyilən fərqli anlayışlar bizim həyatımıza daxil oldu. Düzdür, xarici ölkələrdə bu formatlardan çoxdan yararlansalar da, bizdə distant təhsil təzəlikcə formalaşır və pandemiya bunu bir az da tezləşdirdi. Sizcə, Azərbaycan gəncləri, xüsusən tələbələr elektron-distant təhsilə hazırdırmı?

- İKT-nin inkişafı təhsil sisteminə də öz təsirini göstərib. Bunun məntiqi nəticəsi olaraq distant-müəyyən məsafədən keçirilən tədris sistemi yaranıb. Distant təhsil öyrənən və öyrədən arasında əlaqəni telekommunikasiya və internet vasitəsilə operativ, əks əlaqə əsasında uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluq, iqtisadi səmərəlilik, təhsilin keyfiyyətinə xüsusi nəzarət və s. daxildir.

Distant təhsil hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Eləcə də pandemiya kimi fövqəladə hallarda vəziyyətdən yeganə çıxış yoludur. Bu təhsili hamı üçün əlçatan edir. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual problemlərə çıxışı olur. Bunun üçün sadəcə intenet lazımdır. Zənnimcə, Azərbaycan gəncləri distant təhsil almağa hazırdır. Bundan ötrü müəyyən hazırlıq işləri aparmaqla mühüm lazımdır.

-  Bizim keçirdiyimiz media-monitorinqlər onu göstərdi ki, Azərbaycan tələbələri İKT imkanlarından yararlanıb yeni metodlarla oxumaqdansa, internetüstü distant imtahanlar verən zaman müxtəlif qeyri-qanuni üsullardan istifadə edib cavablardan "köçürmələr”dən yararlanırlar. Belə neqativ halların qarşısını almaq mümkündürmü?

Əvvala, bu hal hər bir insanın vicdan məsələsidir. Digər tərəfdən həmin tələbə bunu etməklə hamıdan çox özünə ziyan vurur. Bu məqamda cənab Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki nitqindən bir fikri xatırlatmaq yerinə düşərdi. Möhtərəm Prezident xüsusilə vurğuladı ki, müasir dövrdə dövlətimizin yüksək savadlı kadrlara ehtiyacı vardır. Məhz ona görə də biliyə, savada söykənməyən diplom artıq heç kimə lazım deyildir. Dahi Nizami Gəncəvi deyirdi: "Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz..."

O ki qaldı neqativ halların qarşısını necə almaq olar? Düşünürəm ki, distant yolla imtahan verən tələbələr üçün sualların qoyuluşuna yenidən baxılmalıdır. Suallar tələbələri düşündürməyə, münasibət sərgiləməyə yönəlik hazırlanmalıdır. Belə olan halda köçürmə etməyə nə şərait, nə də ki lüzum qalacaq.

-  Azərbaycandakı ali təhsil müəssisələri, dünya universitetlərinə rəğmən, distant və ya virtual təhsilə hazırdırlar?

Etiraf edək ki, koronavirus pandemiyası dövründə onlayn(distant) təhsil təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini düşdüyü kritik situasiyadan xilas etdi. Bu böhran bizə təhsilin necə təşkil edilməsi haqqında yenidən düşünmək imkanı verdi. Heç şübhəsiz, distant təhsil ənənəvi təhsili əvəz edə bilməz. Bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri ona əsasən qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır. Lakin distant təhsil ənənəvi qiyabi təhsildən daha uğurlu formadır. Əslində, müasir təhsil forması olan distant təhsil ənənəvi təhsilə dəstək xarakteri daşıyır. Eyni zamanda kritik situasiyalarda əsas təhsil forması kimi də çıxış edə bilir. Koronavirus pandemiyası göstərdi ki, distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacibdir.

Təhsil Nazirliyi tərəfindən "Microsoft Teams” platformasının tətbiqi də göstərdi ki, bütün ali təhsil müəssisələri üçün domenlər yaradılsa da, bəzi universitetlər distant təhsilə tam hazır deyil. Distant təhsil məsafədən təhsil olduğundan, bu təhsil formasının keyfiyyətli olması şərtdir. Bunun üçün isə ali məktəblər İKT baxımından tam hazır olmalı, həmçinin elektron dərsliklərlə də təmin olunmalıdırlar.

-Dəyərli professor, ətraflı müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk. Qaldırdığınız məsələlər günün aktual problemləri ilə bağlıdır və güman edirəm, hadisələrə yanaşma tərziniz bizi optimizt olmağa sövq edəcək. Yaşadığımız günlərin qiymətini tarix verəcək. Ən başlıcası odur ki, Azərbaycan cəmiyyəti, xüsusən təhsilimizi təmsil edən təbəqə kritik anlarda daha düzgün yolu seçə bildilər. Sizin tövsiyələriniz isə ali təhsillə bağlı problemləri vaxtında həll etməyə yardımçı olacaq. Ölkəmizin sözükeçən alimlərindən biri kimi toxunduğunuz vacib məsələlər hamı üçün örnək olmalıdır, çünki siz praktikadan, əməli fəaliyyətdən yararlanaraq təhsillə bağlı çözülməli məsələlərə obyektiv qiymət verdiniz.

Bir daha müsahibə üçün təşəkkür edirik.

Müsahibəni apardı: Cəmilə ÇİÇƏK,

AJB və AYB-nin üzvü,

filologiya üzrə fəlsəfə doktoru,

prezident təqaüdçüsü



SON XƏBƏRLƏR

2022-11-28

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları