“Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinin uğurları

Sosial layihə / 12.09.2018 13:06

"Ailə dəyərlərini simvollaşdıran kultlar” kitabı nəşr olunub

http://www.zekaishiginda.az saytı yenidən qurularaq yayımına başlayıb

"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə15 may – 10 sentyabr 2018-ci il tarixində "Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkilimövzusunda layihəsini həyata keçirib.

Bu barədə "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü yazıçı-publisist, Prezident təqaüdcüçü Cəmilə Çiçək (İsbəndiyarova) layihə haqqında yığcam məlumat verib. Fəaliyyətlərinin əsas məqsəd və mövzusu haqqında danışan çıxışçı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihəyə, eyni zamanda "Ailə dəyərlərini simvollaşdıran kultlar” elmi-kütləvi kitabının nəşrinə və saytın fəaliyyətinin gücləndirilməsinə ayırdığı maliyyə yardımına görə minnətdarlığını çatdırdı. Natiq bildirdi ki, layihə çərçivəsində həyata keçirilən fəaliyyət müasir həyatın bütün sahələrində elektronlaşdığı, qloballaşdığı, internetləşdiyi bir vaxtda yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, xarici mədəniyyətlərin daşıyıcılarına çevrilən gənc soydaşlarımız arasında Azərbaycan milli-mənəvi dəyərlərinin tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ağsaqqallıq-ağbirçəklik dəyərlərinin dirçəldilməsini qarşısına məqsəd qoyurdu. Bir tərəfdən Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından qovulmaları, digər tərəfdən də çağdaş genetik-mənəvi xəritəmizi dağıdan liberal-radikal dalğalar bu dəyərlərin, az qala, tənəzzülünə aparıb çıxarır. Problemin kəskinliyini nisbətən azaltmaq, nəsillər arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan bu məişət-ailə institutunun, sosial-mənəvi təsisatı daha da möhkəmləndirməklə qədim və modern dəyərlərin sintezini tədqiq etmək vacibdir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı anlayışlar, ağsaqqallıq-ağbirçəklik institunun xüsusi yeri vardır. Təəssüflər olsun ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və əksər hallarda gənclərimizin bir hissəsi də liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi "dəbli trendlər” altında o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar. Layihə Qarabağ köçkünləri timsalında sosial-kulturoloji hərəkata başlamaq, eyni zamanda, Azərbaycan cəmiyyətində get-gedə zəifləyən ailə dəyərləri, ağsaqqallıq və ağbirçəklik institutu dəyərlərinin bərpası və genişlənməsi istiqamətində aksiyalar keçirməklə, sadalanan halları nisbətən zəiflətməyi, yaşlılara olan sayğını, sevgini artırmaqla bu istiqamətdəki gərginlikləri azaltmağı, ulu dəyərlərimizin dirçəldilməsini, daha da inkişaf etdirilməsi məsələlərinin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ təşəbbüslərini dəstəkləyir. Layihənin əsas hədəfi ailə və ağsaqqallıq- ağbirçəklik dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslə çatdırılmasında, internet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş yayılmasında gənclərin rolunun artmasına nail olmaq, bu yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, ictimaiyyət tərəfindən tanıdılmasına, dəstəklənməsinə yönəldilib.

C.Çiçək onu da bildirib ki, sentyabrın əvvəllərində layihənin nəticəsi olaraq son tədbirlərini – Beynəlxalq Mətbuat Mərkəzinin zalında geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni – sosial media təmsilçilərinin, bloqerlərin, QHT rəhbərlərinin, Azərbaycanın bütövlüyünün qorunması uğrunda rəşadət göstərmiş, gəncliyini, sağlamlığını belə fəda etmiş Qarabağ əlillərinin iştirakı ilə layihə çərçivəsində nəşrə hazırlanaraq çap edilən "Ailə dəyərlərini simvollaşdıran kultlar” elmi-kütləvi kitabının və genişləndirilərək internetdə yayımlanan http://www.zekaishiginda.az ünvanlı saytın təqdimatı, eləcə də milli ailə mövzusunda ictimai dinləmə dəyirmi masa da təşkil olundu. Məlumatlanmadan sonra milli ailə dəyərlərinin problemləri və çap edilən kitabın və saytın əhəmiyyətinə həsr olunmuş ictimai dinləmə müzakirə baş tutdu.

Bakı Dövlət Universitetinin professoru Əyyub Əzizov əhatəli çıxışında tədbirin əhəmiyyətini vurğulayıb, milli ailə dəyərlərimizin qorunmasının vacibliyini qeyd edib, təqdimatı keçirilən araşdırma kitabının və saytın maraqlı tərəfləri haqqında söz açıb. Tanınmış jurnalist İntiqam Mehdizadə kitabın soykökümüzə bağlılıq, ailə dəyərlərinin bütün zamanlardakı forma və məzmunu barədə yaxşı mənbə rolu oynayacağını bildirib. Alimlərdən Mənsur Cəfərov, Elçin Muradxanlı, Əziz Ələkbərli, Cəsarət Camalov, publisist-şair Məhəmməd Nərimanoğlu, Adil Həmid, Rövşən Hüseynov, Fəxrəddin Meydanlı, şairə Nuridə Misir, Türkiyədən tədbirə qatılan şairə Nihayət Ağçay, QHT rəhbəri Seymur Əzəmmədov və başqaları mövzu ilə əlaqədar ictimai dinləmələrin vacibliyini söyləyərək Cəmilə Çiçəyin (İsbəndiyarova) müəllifi olduğu "Ailə dəyərlərini simvollaşdıran kultlar” elmi-kütləvi kitabın və http://www.zekaishiginda.az saytının dəyərli tərəflərini göstərırık, ata-babalarımızdan gələn müqəddəs ailə dəyərlərinin yaşadılması, bu sahədə təbliğat işinin gücləndirilməsi və varislik ənənəsinin təmin olunması sahəsində kitabın aşıladığı dəyərlər barədə danışaraq bu problematik mövzuda layihələrin cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Sonra mövzu ilə bağlı dəyərli fikirlərini bölüşənlər – Kəlbəcərdən məcburi köçkün, bölgə ədəbi mühitinin yetişdirdiyi 82 yaşlı ağsaqqal, məhəbbət şeirlərinin müəllifi, el şairi Əyyub Cabbarova, Astaradan tədbirə qatılan ağsaqqal ziyalı Rzayev Fariz Güləli oğluna, ağsaqqallıq-ağbirçəklik bilgilərini, milli-mənəvi dəyərlərimizin müxtəlif nəsillər arasında nəvələrə ötürülməsi istiqamətindəki xidmətlərinə görə yeniyetmə, bacarıqlı Rzayevə Nərmin Polad qızına təhsildəki uğurlarına, eyni zamanda qurumun fəaliyyətinə dəstək vermiş gənc intellektual, texnika elmləri üzrə fəlsəfə doktoru Cəsarət Camalova təşkilatın təsis etdiyi "MİLLİ ZƏKA” diplomu təqdim edildi. Xatırlatmaq yerinə düşər ki, ailə, ülvi məhəbbət mövzusunda işlənmiş "Əyyub və Sənəm dastanı” el şairi kimi tanınan Əyyub Cabbarovun şeirləri əsasında tərtib edilmişdir. Eşq dastanının yurd yeri deyilən nəsr qisminin toplayıcısı və kitabın tərtibçisi Cəmilə Çiçəkdir. "Əyyub və Sənəm dastanı”nın qəhrəmanlarının nakam eşqinə ailə səbəbkardır. Bu fakt isə müasir həyatla səsləşir, bugünün problemləri baxımından dəyər qazanır. Dəyirmi masa və ictimai dinləmələrin sonunda müxtəlif təkliflər səsləndi, söylənilən fikirlərə aydınlıq gətirildi, yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni – sosial media təmsilçilərinin, bloqerlərin suallarına cavab verildi.

QHT sədri onu da vurğulayıb ki, layihənin davamı olaraq fəaliyyətlərini daha da genişləndirəcəklər və gələcəkdə onun ikinci mərhələsi olaraq daha geniş istiqamətdə işlər həyata keçirilməsi planlaşdırılır.

Əlirza İSBƏNDİYAROV




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb