Hüseyn Altınalan: FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır
Dünya / 15.07.2020 18:00

FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır.
Trend-in məlumatına görə, bu sözləri Türkiyənın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Türkiyədə 2016-cı ilin iyul ayının 15-də baş verən mənfur çevriliş cəhdindən bəhs edərkən deyib.
O, qeyd edib ki, Türkiyə Cümhuriyyətinin tarixinə qara ləkə olaraq düşən Fətullahçı Terror Təşkilatının (FETÖ) orduya məxsus silahları türk millətinə tuşlamasının üzərindən dörd il keçib:
"Ölkəmizin bütün kapilyarlarına gizli şəkildə sızan FETÖ 15 iyul gecəsi 251 nəfəri şəhid etdi, minlərlə insanı yaraladı və əlil qalmasına səbəb oldu. Polisimizi də hədəf alan FETÖ xainləri 16 iyul tarixinin ilk dəqiqələrində Gölbaşındakı Baş Polis İdarəsinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri İdarəsinə bomba yağdıraraq 44 polisi şəhid etdi. Tarixdə ilk dəfə bir ordu döyüş təyyarələri ilə öz parlamentini bombaladı.
Xalqın seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqını zalımlara boyun əyməməyə, küçələrə çıxıb sui-qəsdçilərə, terrorçulara qarşı müqavimət göstərməyə çağırdı. Medianın çağırışları və minarələrdən ucalan azan sədaları altında milyonlarla insan "Allahu Əkbər” deyərək küçələrə çıxdı. Meydanlara axışan vətəndaşlar o gecə dastan yazdı. Canlarını heçə sayaraq tankların üzərinə çıxan, qorxusuzca silahların qarşısında sipər olan xalqımız yalın əllə tanklara, toplara, silahlı əsgərlərə doğru irəlilədi və türklərin tarixinə yeni bir qəhrəmanlıq dastanı yazıldı.
Ordudakı və polisdəki milli qüvvələr də prezidentə sadiq qalaraq dövlətin yanında yer aldılar. Türk xalqı muzdlu xainlərə diz çökdürdü. İpləri xaricdəkilərin əlində olanların planları alt üst oldu. Eynilə Çanaqqalada, Sakarya meydan müharibəsində olduğu kimi... Türk xalqı tarixini tərsinə çevirərək dünyaya nümunə oldu. 15 iyul gecəsi, Türkiyə Silahlı Qüvvələrinə sızan FETÖ üzvü olan və bu təşkilatın fəaliyyətini dəstəkləyən 8 mindən çox hərbçi, 35 təyyarə, o cümlədən döyüş təyyarələri, 3 gəmi, 37 helikopter, 74-ü tank olmaqla 246 zirehli maşın və 4 minə yaxın yüngül silahın istifadə olunduğu xain çevriliş cəhdinin qarşısı alındı.
Bunu xüsusilə qeyd etmək lazımdır ki, FETÖ üzvləri hər cür dona girir, hər cür ideoloji qanadda yer alaraq fəaliyyət göstərir. Millətçi, dindar, ateist və deist kimi müxtəlif görüntülər nümayiş etdirdikləri üçün müəyyən edilmələri çətin olan bu xain təşkilatla bağlı hər zaman ayıq olmaq lazımdır. FETÖ üzvləri mövcud olduqları ölkələrin müstəqilliyinə və sabitliyinə düşmən olan, bütün təxribatların arxasında dayanmaqdan çəkinməyən, ələ keçirmək istədikləri iktidarı sıradan çıxarmaq üçün düşmanlarla gizli əməkdaşlıq edən, günahsız insanların qanını tökməkdən çəkinməyən, qurban və dürüst görüntüsü yaradan mələk maskası geyinmiş şeytanlardır. FETÖ oğurluq edən, korrupsiya ilə məşğul olan, imtahan suallarını oğurlayaraq təşkilat üzvlərinə verib başqalarının gələcəyini oğurlayan, tələ quran, şantaj edən, gizli kameralarla nöqsan axtaran, hər yerə təşkilat üzvlərini və ya tərəfdarlarınıı yerləşdirməyə çalışan, özlərindən hesab etmədiklərinə iş yerlərində psixoloji təzyiq göstərən, qısacası hər cür çirkinliyə əl atan bir təşkilatdır. Və FETÖ onlardan olmayanları bütün bu etdikləri ilə günahlandıran bir təşkilatdır eyni zamanda.
Gizli fəaliyyət göstərən, dünyanın ən təhlükəli terror təşkilatlarının başında gələn bu təşkilatın üzvlərinə qətiyyən güzəştə gedilməməli, məsumiyyət maskalarına inanılmamalıdır. Çünki onlar xalqlarına və ölkələrinə düşməndır...
Kütləvi informasiya vasitələri FETÖ kimi terror təşkilatlarının ən vacib təbliğat və manipulyasiya vasitəsidir. FETÖ və PKK kimi terror təşkilatları bu vasitədən intensiv istifadə edir və beləliklə təbliğatlarını geniş kütlələrə yayırlar. Məqsədləri cəmiyyətdə çarəsizlik, ümidsizlik, bezginlik və narahatlıq yaradaraq xalqı üsyana təşviq etməkdir. Dünyada yeni "15 iyul”lar yaşamamaq üçün ayıq olmalı, məqsədinə çatmaq üçün hər cür dona girən, hər cür təbliğat aparan və hər yola əl atan FETÖ terror təşkilatına qarşı ayıq olmalı, tələyə düşmədən vətənimizə sahib çıxmalıyıq. Hər bir ölkə və xalqları onlara qarşı diqqətli olmalıdırlar.”
2023-02-02
09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
09:05 Bu gün Gənclər Günüdür
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları