ATƏT PA-dan Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürülməsinə reaksiya
Siyasət / 03.09.2020 14:23

ATƏT Parlament Assambleyası (PA) rəhbərliyinin 2 sentyabr 2020-ci ildə keçirilən iclasında qurumun Büro üzvləri Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərinə Livan ermənilərinin qanunsuz köçürməsi və işğalçı ölkənin Azərbaycana qarşı törətdiyi təxribatların son aylarda daha da intensivləşməsindən narahatlıqlarını bildiriblər.
Trend-in məlumatına görə, ATƏT PA-nın rəsmi internet səhifəsində Assambleyanın Bürosunun onlayn iclasına dair dərc olunan press-relizdə (https://www.oscepa.org/news-a-media/press-releases/2020/pa-leaders-meet-online-for-discussions-on-assembly-activities-international-priorities-and-challenges-facing-osce) qeyd olunub ki, təşkilatın prezidenti Georgi Tsereteli iclasda ATƏT regionunda davam edən münaqişələr, Dağlıq Qarabağ münaqişəsində son bir neçə ayda baş verən eskalasiya, Gürcüstan ərazisində davam edən qanunsuz sərhədləşmə prosesi və Ukrayna ərazilərinin qanunsuz işğalının davam etməsi məsələlərinə toxunub.
Eyni zamanda, Büro üzvləri ATƏT PA-nın Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə töhfə verməsi üçün mövcud perspektivləri, ABŞ və Belarusdakı son durumu və COVID-19 pandemiyasının yaratdığı fəsadların aradan qaldırılmasının əhəmiyyətini müzakirə ediblər.
Press-relizdə deyilir ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair cari vəziyyətə toxunan ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Büro üzvlərinə prezident Tsereteli və bir sıra ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə ünvanladığı məktublar barədə məlumat verib. ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu məktublarda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn və 1975-ci il Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq ədalətli həllinə dəstək göstərməyə çağırış əksini tapıb. Büro iclası ilə bağlı ATƏT PA-nın mətbuata yaydığı rəsmi açıqlamada qurumun vitse-prezidentinin Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinə etirazı əksini tapıb: "Vitse-prezident Azay Quliyev Beyrut şəhərində baş verən son partlayışdan sonra Ermənistanın erməni mənşəli livanlıların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi haqqında məsələ qaldırıb və bu barədə narahatçılığını ifadə edib".
Xatırladaq ki, ATƏT PA Bürosunun sentyabrın 2-də keçirilən iclasında qeyd olunan məsələlərlə yanaşı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi Tovuz təxribatı və Rusiya Federasiyasının Ermənistanı silahlandırması faktları da müzakirə olunub.
ATƏT PA-nın Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı fəaliyyətinə münasibət bildirməsi beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə daha adekvat qiymət verməsi və ölkəmizin ədalətli mövqeyinin müdafiəsi baxımından xüsusi önəm kəsb edir.
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları