Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Siyasət / 10.09.2020 14:57

Sentyabrın 10-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasına toplaşıb.

Trend-in məlumatına görə, öncə komitənin sədri Hicran Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verdi, həmkarlarına VI çağırış Milli Məclisin ilk payız sessiyasında qanunvericilik işlərində uğurlar arzulayıb.

Sonra iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim olundu. Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb. Qanunvericilik fəaliyyəti ilə yanaşı komitə üzvləri seçicilərlə də müntəzəm əlaqə saxlayıb, problemlərinin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar xüsusilə COVİD-19 pandemiyası ilə əlaqədar geniş maarifləndirmə işləri aparıb, daim vətəndaşların yanında olublar.

Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb.

Onlayn iclasda aparılan fikir mübadiləsində deputatlar hesabatı məqbul saydılar.

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarıldı. 10 bənddən ibarət iş planı təsdiqləndi.

Komitədə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edən Hicran Hüseynova bildirdi ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğuladılar.

Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşıladılar.

İclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Nigar Arpadarai, Tamam Cəfərova, Könül Nurullayeva və Pərvin Kərimzadə rəy və təkliflərini bildirdilər. Sonra cari məsələlərə baxıldı.

Onlayn iclası yekunlaşdıran Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirdi, qanunvericiliyə dair təkliflərini həmkarları ilə bölüşdü.

Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olundu.



SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları