Dövlət Komitəsinin sədri ATƏT-in Minsk Qrupuna üzv ölkələrə müraciət edib

Gündəm / 16.10.2020 16:43

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinə məktubla müraciət edib. Müraciətin məqsədi mövcud münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsi üçün mandat almış dövlətlərin diqqətini Ermənistanın yeni təcavüzünə yönəltməkdir.

Komitədən Trend-ə verilən məlumata görə, müracətdə deyilir: "Ermənistanın silahlı qüvvələri 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı genişmiqyaslı hücuma başlamışlar. Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı –2020-ci il iyulun 12-16-da Tovuz rayonu istiqamətində silahlı hücumun və avqustun 23-də Goranboy rayonu rayonu istiqamətində digər erməni təxribatının davamıdır.

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn əsas norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın cəbhə xəttinə yaxın ərazilərində əhalinin sıx olduğu mülki obyektlərə və yaşayış məntəqələrinə qəsdən atəş zərbəsi endirir. Məcburi köçkünlərin və qaçqınların yerləşdirildiyi Tərtər rayonunun Şıxarx qəsəbəsi, Ağdam rayonunun Baharlı, Dördyol-1 və Təzəkənd qəsəbələri, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri iriçaplı silahlardan, minaatanlardan və artilleriyadan açılan intensiv atəş nəticəsində ciddi dağıntıya məruz qalıb. Məcburi köçkün əhali, o cümlədən uşaqlar və qadınlar arasında ölənlər və yaralananlar vardır. Onlar Ermənistanın təcavüzünün qurbanıdırlar və uzun illər çadır düşərgələrində, dəmiryol vaqonlarında yaşadıqları mərhumiyyətlərdən, müharibənin, xüsusən də, 1992-ci ildə Xocalıda mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və yaşlılara qarşı törədilən soyqırımının ağır psixiloji yaralarından sonra yenidən köçkünlüyün sınaqları ilə üzləşməyə məcburdurlar. Bu adamlar 1992-1994-cü illərdəki müharibə zamanı öz evlərindən qovulublar və Azərbaycan dövlətinin saldığı, yuxarıda adıçəkilən qəsəbələrdə müvəqqəti yerləşdiriliblər.

Qeyd etmək lazımdır ki, dövlətin diqqət və qayğı göstərməsinə baxmayaraq, məcburi köçkünlərin problemlərinin həllinin yeganə yolu, BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə Xüsusi Məruzəçilərinin hesabatlarında təsbit edildiyi kimi, beynəlxalq birliyin Azərbaycandakı rəsmi missiyaları çərçivəsində onların layiqli həyat yaşamaq hüququnun – könüllü şəkildə və ləyaqətlə, təhlükəsiz şəraitdə öz doğma torpaqlarına qaytarılmasıdır. Artilleriya və raket zərbələri nəticəsində, xüsusilə zəruri enerji mənbələri və sosial infrastruktur da daxil olmaqla, 160-a yaxın yaşayış binası və digər mülki infrastruktur dağıdılıb.

Bu hərbi hücum Ermənistanın güc tətbiqi strategiyasının və işğal edilmiş ərazilərdə qanunsuz demoqrafik, mədəni və fiziki dəyişikliklər həyata keçirmək, o cümlədən bu əraziləri erməni əhali ilə məskunlaşdırmaq xəttinin, həmçinin bu təcvüzkar ölkənin rəhbərliyinin digər təxribatçı bəyanatlarının ("Qarabağ Ermənistandır.”) və fəaliyyətinin davamıdır.

Ermənistan rəhbərliyinin təhlükəsizlik strategiyasında "yeni ərazilər uğrunda yeni müharibə” ideyası və beynəlxalq hüquqla bir araya sığmayan, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in qərarlarına zidd olan "məhdudiyyətsiz özünütəyinetmə” adlandırılan kəşfi öz əksini tapıb. Ermənistan işğal edilmiş ərazilərdə yaratdığı qanunsuz oyuncaq rejimi tərəf kimi cəlb etməyə cəhd göstərərək danışıqların mövcud formatını davamlı şəkildə pozur. Bu, bütövlükdə sülh danışıqları prosesinə ciddi zərbədir.

Ermənistanın Azərbaycana növbəti təcavüzü 1949-cu il Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 1993-cü il 822, 853, 874, 884 nömrəli qətnamələri, BMT Baş Assambleyasının "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” 2008-ci il qətnaməsi də daxil olmaqla beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağda və ona bitişik rayonlarda qanunsuz mövcudluğunun regionda sülhə və təhlükəsizliyə qorxu yaratması, münaqişənin yenidən alovlanmasının əsas səbəbi kimi qalması faktını dərindən dərk edərək, Azərbaycan öz vətəndaşlarını və suveren ərazisini Ermənistanın hərbi təcavüzündən qorumaq məcburiyyətindədir. Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq qanuni əks-həmlə əməliyyatı onun ərazi bütövlüyünün bərpasına xidmət edir.

Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan Moskvada imzalanmış humanitar atəşkəsin arxasında gizlənərək, Azərbaycanın mülki əhalisinə yenidən hücum edir. Ermənistan humanitar məqsədlərlə elan olunmuş atəşkəsi pozmaq məqsədilə təcavüz və təxribatları davam etdirir. Azərbaycanın ikinci böyük şəhəri olan və döyüş əməliyyatları zonasından uzaqda yerləşən Gəncə şəhərinin dinc əhalisinə qarşı oktyabrın 11-də baş verən qanlı hücum erməni terroru və faşizminin, soyqırımı aktının və yenicə əldə olunmuş atəşkəs razılaşmasının pozulmasının biabırçı təzahürüdür.

Beynəlxalq birlik, xüsusən, ATƏT-in Minsk Qrupunun üzv-ölkələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləməli və dayandırmalı, bu işğalçı dövləti beynəlxlaq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri və beynəlxalq humanitar hüqüq üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etməlidirlər”.



SON XƏBƏRLƏR

2022-12-06

18:02 Hulusi Akar: "Bu gün təhlükəsizliyi yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür"

17:01 Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

15:00 Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

14:51 Nazir: “Türkiyənin daim can Azərbaycanın yanında olduğunu kimsə əsla unutmasın”

14:44 Hulusi Akar: “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik"

14:43 Türkiyəli nazir: "Hər cür təhdid və təhlükəyə qarşı Azərbaycanla birlikdə mübarizə aparacağıq"

12:51 Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

12:01 Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədilər

11:26 Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib

11:24 Deputat: "Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir"

10:34 Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

10:21 Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

2022-12-05

18:05 Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib

17:26 Andrey Volkov: “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq” - VİDEO

17:22 XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”

17:06 Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

16:57 Azərbaycanın Baş naziri Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

16:56 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:13 Ceyhun Bayramov: "Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər"

15:53 Prezidentdən Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına MÜRACİƏT

13:53 Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

13:29 Səhiyyə Nazirliyində Əlcəzairin ölkəmizdəki səfiri ilə görüş keçirilib

13:19 Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb

12:51 Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

12:49 Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

12:08 Azərbaycan XİN Tailandı təbrik edib

12:07 BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

12:04 Samir Şərifov: “Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib”

10:44 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir - VİDEO

10:40 Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görülüb

10:26 Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

10:21 Zəngilanda erməni vandallığı: Məzarları qazıb dağıdıblar - VİDEO

10:15 FHN əməliyyat görüntülərini yayıb - VİDEO

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları