Mətbuat Şurası Ermənistanın sosial şəbəkələrdəki təxribatları ilə bağlı müraciət yayıb

Gündəm / 16.10.2020 17:25

Azərbaycan Mətbuat Şurası Ermənistan hakimiyyətinin sosial şəbəkələrdəki təxribatları ilə bağlı müraciət yayımlayıb.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"Sosial şəbəkələr informasiyanı hər kəs üçün əlçatan vasitəyə çevərən geniş platformadır. İstənilən şəxs onun imkanlarından yararlanaraq bilgi yayıcısına çevrilir. Ancaq mövcud reallıqda mənfi təmayüllər də özünü göstərir. Yaşadığımız müharibə şəraitində bunu düşünməli, sosial şəbəkələrdən istifadədə ehtiyatlı davranmalıyıq. Cəbhədən qələbə gözləntilərimiz düşmən təxribatının bizi gözdən salmağa hesablanmış mahiyyətilə ilə zədələnməməlidir.

Ermənistan hakimiyyəti və hərbi dairələri son günlər Azərbaycan əsgərlərinin guya əsir düşmüş ermənilərə, həmçinin meyitlərə qarşı nalayiq, insanlıqdan uzaq tərzdə davrandıqlarının əksini tapdığı saxta, səhnələri qurama xarakter daşıyan video görüntülər dövriyyəyə buraxırlar. Bu görüntülər sosial şəbəkələrin Azərbaycan seqmentində, habelə ölkəmizin bəzi kütləvi informasiya vasitələrində yayılır. Ermənistanın terrorçu dairələri və ermənipərəst qüvvələr həmin paylaşımlardan Azərbaycan əsgərini ləkələmək, onun mənfi obrazını yaratmaq üçün istifadə edirlər. Beləliklə nəinki Azərbaycan əsgərinə, ümumilikdə azərbaycanlılara qarşı antipatiya formalaşdırmaq siyasəti yeridirlər.

Azərbaycan Mətbuat Şurası sosial şəbəkələrdə yayılmış bilgilərin informasiya yükü daşıdığını, eyni zamanda kütləvi informasiya vasitələri üçün mənbə rolunu oynaması reallığını nəzərə alaraq, ictimaiyyəti, o cümlədən jurnalistləri cəbhədəki vəziyyətlə bağlı paylaşımlara diqqətli yanaşmağa çağırır. Bu məsələdə jurnalist-cəmiyyət vəhdəti mütləqdir. Birinci işində peşəkar, ikinci yanaşmasında həssas olmalıdır.
Jurnalist peşəkarlığı əldə edilmiş bilgilərin yoxlanılmasına, doğruluğunun rəsmi təsdiqinə söykənir. Obyektiv və operativ informasiya bolluğu cəmiyyətin düzgün istiqamətlənməsində həlledici amildir. Media təmsilçiləri müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində bunu təmin etməyə çalışmaqla yanaşı, cəmiyyətdə yayılmış bilgilərin doğruluğunu yoxlamalı, yanlışlıqlara münasibətdə operativ ictimai və rəsmi reaksiyanın formalaşmasına dəstək göstərməlidirlər.

İndi yalnız jurnalistlər deyil, bütövlükdə cəmiyyət üzvləri, ayrı-ayrı vətəndaşlar ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına, paylaşımlarına istinad etməlidirlər. Nəzərə alınmalıdır ki, müharibə şəraitində informasiyanın əldə edilməsi və yayılması ilə bağlı bütün məsələlər daha çox strateji əhəmiyyət daşımaqdadır. Bunu hər bir məsuliyyətli Azərbaycan vətəndaşı, hər bir peşəkar media əməkdaşı ciddi şəkildə düşünməlidir.

Xalqımız və dövlətimiz üçün bu taleyüklü günlərdə ön cəbhə ilə yanaşı informasiya cəbhəsi də var və hamımız o cəbhənin əsgərləriyik. Azərbaycan Mətbuat Şurası olaraq mediadan və cəmiyyətdən gözləntimiz intizamlı və məsuliyyətli əsgər olmaqdır. Əminik ki, hər kəs əməli fəaliyyətilə üzərinə düşən vətəndaşlıq missiyasını yerinə yetirəcək, Azərbaycanımızın haqq işinə layiqli töhfəsini verəcəkdir".



SON XƏBƏRLƏR

2022-11-28

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

15:08 Azərbaycan QHT-lərindən Fransaya etiraz

14:14 İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu

13:45 İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib

12:31 Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb

12:25 QHT-media münasibətləri müzakirə olundu

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları