AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb

Gündəm / 21.10.2020 17:02

AZƏRTAC Ermənistanın müharibə cinayətləri, xüsusən cəbhə zonasından xeyli uzaqda yerləşən, ərazisində heç bir hərbi obyekt olmayan Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə terror hücumları ilə bağlı beynəlxalq və regional xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) üzv olan agentliklərin rəhbərlərinə ünvanlanan müraciətdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü və regionda cərəyan edən hadisələri doğru-düzgün işıqlandırmağa çağırış edilir.

Müraciətdən əsas məqsəd beynəlxalq KİV-lərin diqqətini Ermənistan tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı davam etməkdə olan, daha geniş miqyas alan terror aktlarına yönəltməkdir. Bu kontekstdə xəbər agentliklərinin rəhbərləri xüsusən Gəncə faciəsinin ağır nəticələri, Mingəçevirin raketlərlə atəşə tutulması barədə məlumatlandırılır. Eyni zamanda, Ermənistan rəhbərliyinin və erməni lobbisinin uydurduğu feyk xəbərlərin bəzi KİV-lərə yol tapmasından narahatlıq ifadə olunur.

Qeyd edilir ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alır. Aralarında uşaqlar, qadınlar və qocalar olmaqla, 60-dan çox mülki şəxs bu barbar hücumların qurbanı olub, 300-ə yaxın insan yaralanıb, minlərlə ev, yaşayış binası və infrastruktur obyekti dağılıb. Gəncəyə edilən son hücum öz amansızlığına görə xüsusilə fərqlənir. Gecə saatlarında insanlar yuxuda olarkən yaşayış məhəlləsinə atılan "Skad” tipli ballistik raket böyük dağıntılara səbəb olub, 13 insanın ölümü, 54 nəfərin yaralanması ilə nəticələnib. Ölənlərdən 4-ü qadın, 3-ü azyaşlıdır. Qətlə yetirilən uşaqlar arasında məktəblilər, hətta dünyaya yeni göz açmış körpə var. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həyata keçirilən terror aktları və müharibə cinayətləridir, bəşəriyyətə qarşı cinayətdir.

Diqqətə çatdırılır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki erməni əhaliyə münasibətdə humanist yanaşma nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Ölkəmizin ərazi bütövlüyü bərpa olunan kimi Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan Respublikası vətəndaşlarının malik olduğu bütün hüquq və imtiyazları əldə edəcək.

Müraciətdə daha sonra deyilir: "Təəssüf ki, bəzi beynəlxalq KİV-lərdə ermənilərin Azərbaycana qarşı genişmiqyaslı təcavüzünün işıqlandırılmasında qərəzlilik halları davam etməkdədir və bu, bizdə ciddi narahatlıq doğurur. Bəzi xarici KİV-lər informasiyanı yoxlamadan Ermənistan tərəfinin feyk məlumatları əsasında xəbərlər yayır, eləcə də dinc azərbaycanlı əhaliyə və mülki obyektlərə məqsədli hücumlarla bağlı mövqe bildirməkdən yayınırlar. Biz, sadəcə, sizin haqq və ədalətin tərəfində olmağınızı, ölkənizin ictimaiyyətinə yalnız və yalnız həqiqətləri çatdırmağınızı istəyirik və bundan kənar heç bir istəyimiz yoxdur. Rəhbəri olduğunuz agentliyin xəbərçilik prinsiplərinə sadiqliyini şübhə altına almadan sizi Ermənistanın mülki əhaliyə qarşı yuxarıda qeyd etdiyimiz qanlı terror aktlarına biganə qalmamağa çağırırıq. AZƏRTAC bununla bağlı hər bir sorğunuza cavab verməyə, istənilən məlumatı təqdim etməyə, Azərbaycanın rəsmi mənbələri ilə media əlaqələri yaradılmasında sizə kömək göstərməyə hazırdır”.

Xatırladaq ki, AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) və İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyi Şurasının (UNA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür.



SON XƏBƏRLƏR

2022-12-06

18:02 Hulusi Akar: "Bu gün təhlükəsizliyi yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür"

17:01 Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

15:00 Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

14:51 Nazir: “Türkiyənin daim can Azərbaycanın yanında olduğunu kimsə əsla unutmasın”

14:44 Hulusi Akar: “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik"

14:43 Türkiyəli nazir: "Hər cür təhdid və təhlükəyə qarşı Azərbaycanla birlikdə mübarizə aparacağıq"

12:51 Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

12:01 Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədilər

11:26 Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib

11:24 Deputat: "Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir"

10:34 Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

10:21 Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

2022-12-05

18:05 Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib

17:26 Andrey Volkov: “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq” - VİDEO

17:22 XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”

17:06 Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

16:57 Azərbaycanın Baş naziri Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

16:56 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:13 Ceyhun Bayramov: "Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər"

15:53 Prezidentdən Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına MÜRACİƏT

13:53 Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

13:29 Səhiyyə Nazirliyində Əlcəzairin ölkəmizdəki səfiri ilə görüş keçirilib

13:19 Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb

12:51 Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

12:49 Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

12:08 Azərbaycan XİN Tailandı təbrik edib

12:07 BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

12:04 Samir Şərifov: “Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib”

10:44 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir - VİDEO

10:40 Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görülüb

10:26 Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

10:21 Zəngilanda erməni vandallığı: Məzarları qazıb dağıdıblar - VİDEO

10:15 FHN əməliyyat görüntülərini yayıb - VİDEO

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları