"İcazələrin Alınması və Monitorinqi Sistemi" yenidən aktivləşdirildi
Cəmiyət / 11.12.2020 11:57

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də qeyd olunan tarixlərdə fəaliyyət göstərəcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarı əsasında fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda "icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər. Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər.
Sistemdən istifadəyə dair daha ətraflı məlumat üçün təlimat videosu : https://youtu.be/RCVtH5YyEIg
Vətəndaşlar isə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməlidirlər:
1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 saat müddətinə verilir;
2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 saat müddətinə gündə 1 dəfə verilir;
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur.
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar "ASAN xidmət”in 9108 "Çağrı" Mərkəzinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sistemdən istifadəyə dair daha ətraflı məlumat üçün təlimat videosu : https://youtu.be/jfOcH50SiuI
2023-06-03
10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb
09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"
09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"
09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB
08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək
2023-06-01
11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq
10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib
2023-05-30
17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir
13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi
12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır
11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı
11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik
11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker
11:08 Milli Məclisin iclası başladı
10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
10:29 İsrail Prezidenti Azərbaycanda
10:08 Mövqelərimiz atəşə tutuldu
10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif
09:46 Moskvaya PUA hücumu olub - VİDEO
09:41 Hərb tariximiz- qürur mənbəyimiz!
09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”
09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları